Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Türkiyənin Kaçkar dağları qlobal arenada

Türkiyənin Kaçkar dağları qlobal arenada

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Türkiyənin Şimali Qara Dəniz bölgəsində, Rize və Artvin illərinin qoynunda ucalan Kaçkar Dağları, dörd fəsil boyu fərqli təcrübələr təqdim edən ən möhtəşəm təbiət və macəra məkanlarından biri kimi tanınır. Bu misilsiz zənginliyi sayəsində Kaçkar Dağları, ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlər vasitəsilə dünya arenasındakı yerini möhkəmlətməkdə davam edir. Keçən il böyük uğurla startını verən KAÇKAR BY UTMB dağ ultramarafonunun ardından, indi isə Beynəlxalq Kaçkar Turizm Sərgisi aprelin 17-18-də Rizedə keçiriləcək.
Newscenter.az xəbər verir ki, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyə Turizmin Təşviqi və İnkişafı Agentliyinin (TGA) dəstəyi ilə təşkil olunan Beynəlxalq Kaçkar Turizm Sərgisi, Kaçkar Dağlarının və Qara Dəniz bölgəsinin özünəməxsus təbiət gözəlliyini və zəngin mədəni irsini dünya miqyasında cazibə mərkəzinə çevirməyi hədəfləyir. Bölgənin ən nüfuzlu turizm tədbiri olan sərgi, ənənəvi bir sərgi formatından kənara çıxaraq, iştirakçıların yeni turizm tendensiyalarını araşdıracağı və əməkdaşlıqlar quracağı panel müzakirələri, konfranslar və seminarları da əhatə edəcək. Bu il Rize Çay Bazarında keçiriləcək tədbir 1000-dən çox sənaye nümayəndəsini və 3000-i aşan ziyarətçini bir araya gətirəcək.
Dörd fəsil boyu müxtəlif təcrübələr təqdim edən Kaçkar Dağları, təbiət və macəra həvəskarları üçün misilsiz marşrutları, köklü tarixi və zəngin qastronomik mədəniyyəti ilə fərqlənir. Bölgə, eyni zamanda Türkiyənin ən təbii qorunan ərazilərindən biri olmaqla, 50-dən çox alp gölünü, dərin dərələri, yaşılın hər çalarını əks etdirən sıx meşələri və müxtəlif ekosistemlər tərəfindən formalaşan coşqun çayları ilə möhtəşəm bir təbiət xəzinəsinə ev sahibliyi edir.
3937 metr hündürlüyə yüksələn Kaçkar zirvəsi, sıra dağların ən uca nöqtəsi olmaqla bu ecazkar mənzərəyə hakim kəsilir və bölgənin trekkinq, dağçılıq və təbiəti kəşf baxımından cəlbediciliyini daha da artırır. Ziyarətçilər mənzərəli cığırlar boyunca gəzintiyə çıxa, dolanbac dərələrdə velosipedlə gəzə, nadir vəhşi təbiəti müşahidə edə və fotoşəkillər çəkdirə bilər. Qış aylarında qar örtüyünə bürünən Kaçqar Dağları qar ayaqqabısı ilə gəzinti, xizək, snoubord və heliski həvəskarları üçün əvəzsiz bir məkana çevrilir.
Kaçkar Dağları təkrarolunmaz təbiəti ilə yanaşı, mədəni turizmdən ekoturizməcən uzanan geniş imkanlar da təqdim edir. Ziyarətçilər ekoloji cəhətdən dost iqamətgahlarda qala, yerli həyat tərzinin canlı şahidi ola və tarixi əhəmiyyət daşıyan çoxsaylı abidələri gəzib-görə bilərlər. Bu yaylaların yerli icmaları bölgənin mədəni irsinə dərindən nüfuz etməyə imkan yaradır. Qorunaraq günümüzə çatmış dillər, ənənəvi əl sənətkarlığı nümunələri, tulumun (Kaçkar zurna növü) sədaları və ritmik horon rəqsi, orijinal yerli təcrübələr axtaran səyyahları heyran edir. Rəngarəng yaylaq şənliklərindən çay yığımı bayramlarınadək qonaqlar bölgənin canlı ənənələrinə tam qərq ola bilərlər.
Kaçqar yaylaları təkrarolunmaz təbiəti və dağların təmiz havası ilə istirahət və sağlıq turizmi üçün də ən gözəl məkanlardan biri sayılır. Ziyarətçilər ətraf mənzərə ilə ahəngdar şəkildə həm ənənəvi, həm də müasir sağlıq prosedurlarından yararlanarkən, Ayderin termal bulaqları bölgənin ən ikonik guşələrindən birində təbii müalicə və rahatlama imkanı təqdim edir.
Bu təcrübələri tamamlayan bölgənin özünəməxsus kulinariya irsi — üzvi bal, şəfalı dağ otları, dünyaca məşhur çay və təzə dəniz məhsulları — Kaçkarlardakı hər bir səfəri unudulmaz bir xatirəyə çevirir.
İlboyu davam edən bu müxtəliflik sayəsində Kaçkar Dağları getdikcə daha çox beynəlxalq diqqət qazanır və dünya turizm xəritəsindəki mövqeyini möhkəmləndirir. UTMB Dünya Seriyasının Türkiyə mərhələsinə və Beynəlxalq Kaçkar Turizm Sərgisinin məhz bu bölgədə keçirilməsi də həmin yüksəlişin açıq sübutudur. Apreldəki sərginin ardından KAÇKAR BY UTMB-nin 2026-cı il mərhələsi də sentyabrın 11-13-ü tarixlərində Rizedə baş tutacaq.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Aprel 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri