Icma.az
close
up
RU
Qlobal arenada ...fransız qalanlar, yaxud hökumətin xidməti uyğunsuzluq sindromu

Qlobal arenada ...fransız qalanlar, yaxud hökumətin xidməti uyğunsuzluq sindromu

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşe Bakıya gəlməyəcək. O, bu barədə Fransa Milli Məclisində çıxışı zamanı deyib. Bildirib ki, ölkəsinin baş naziri, eləcə, prezident Emmanuel Makronla razılaşdırdıqdan sonra səfərini ləğv edib.

Nazir Pannye-Runaşe bu qərarını Azərbaycan prezidenti İlham Əliyevin COP29 konfransının liderlər sammitində Fransa barədə söylədikləri ilə əlaqələndirib.

Azərbaycan tərəfi isə bu süni "motiv"lə, təbii ki, razılaşmır. Xarici işlər naziri Ceyhun Bayramov bu barədə jurnalistlərə açıqlamasında belə deyib: "Özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən Avropa İttifaqının aparıcı ölkəsi olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması yanlış addımdır".

Ceyhun Bayramovun bu bəyanatının açması odur ki, əvvəla, ümumiyyətlə, Fransa qlobal iqlim gündəliyi çərçivəsində üzərinə düşəcək məsuliyyətdən qaçır.

COP29-da söhbət, müzakirələr o istiqamətdə gedir ki, inkişaf etmiş dövlətlər inkişaf etməkdə olan, eləcə də, daha kasıb ölkələrə yardım etməlidir. Bunu BMT-nin baş katibi də, bir çox dövlətlərin rəhbərləri də Bakıda öz çıxışlarında söylədilər. Fransa dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ilk 20 ölkəsi arasında da var, ilk 7-likdə də. BMT baş katibi Antoniu Quterreş də açılış nitqində dedi ki, atmosferə atılan sənaye tullantılarının həcminin 80 faizi ilk 20 ölkənin payına düşür. Deməli, istənilən halda - G7 formatı olsun, yaxud G20 formatı olsun - Fransa dünya üçün fəlakətli iqlim dəyişmələrinə görə məsuliyyət daşıyan dövlətlər sırasındadır. Ancaq Ceyhun Bayramovun da dediyi kimi, "istənilən bəhanələrlə" bu öhdəlikdən qaçmağa çalışırlar. Ekologiya, energetika və ətraf mühit nazirinin səfərini ləğv etməsinin bir səbəbi məhz budur. Azərbaycan prezidentinin Fransa haqqında söylədiyi həqiqətləri, sadəcə olaraq, bəhanə edirlər.

İkincisi, əgər Fransa hökuməti, o cümlədən, xanım nazir öz ölkəsi haqqında deyilən fikirlərlə razı deyillərsə, COP29 konfransı buna cavab vermək üçün ən münasib platformadır. Prezident, yaxud baş nazir səviyyəsində konfransa, elə həmin liderlər sammitinə qatıla, Fransa barədə deyilən fikirlərə aydınlıq gətirə bilərdilər.

Prezident Əliyevin bəyanatı, əslində, heç siyasi diskurs da deyildi; tam olaraq, qlobal iqlim çağırışları kontekstində idi. Çünki dünyanın bir çox ada ölkələri qlobal iqlim dəyişmələri qurbanlarının birinci cərgəsindədir. Fransa kimi inkişaf etmiş dövlətlərdə atmosferin çirklənməsi son nəticədə qlobal istiləşməyə səbəb olub. Bu da Okean səviyyəsinin qalxmasına, adaların su altında qalmasına gətirib çıxarır. Həmin adalarda insanlar var, kiçik dövlətlər var, xalqlar var. Bu ərazilərin bir qismi hələ də Fransanın müstəmləkəçilik rejimi altındadır.

Prezident İlham Əliyev Yeni Kaledoniyanı, Fransız Polineziyasını misal çəkdi. Fransa bu əraziləri hələ də müstəmləkə altında saxlayır, təbii sərvətlərini mənimsəyir, bölgələrdə təbii ekoloji tarazlığı pozur, yerli xalqları təbii fəlakətlərlə, ekoloji böhranla üz-üzə qoyur, ancaq bu problemlərin həlli üçün heç bir kömək göstərmək istəmir. Üstəlik öz müstəqil dövlətçiliyi, öz hüquqları uğrunda mübarizə aparan yerli xalqların üzərinə ordu yeridir, silah işlədir, dinc insanları qətl edir, həbs edir, onların əmlakını və torpağını zəbt edir. Bir sözlə, təbii yaşam haqlarına qəsd edir.

Bu, Azərbaycan prezidentinin şəxsi mülahizələri deyil ki. Bunlar BMT İnsan Hüquqları Komitəsinin hesabatında yer alıb. Prezident İlham Əliyev bu faktları BMT-nin rəhbərlərinin, bu təşkilata üzv olan onlarla dövlətin yüzlərlə rəsmi şəxsləri qarşısında açıqlayıb.

Fransa indi nə deyəcək? Bu hesabatı bəhanə edib BMT-nin iclaslarını da boykot edəcək?

Yeri gəlmişkən, Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi qlobal təhlükəsizliyə ən çox cavabdeh olan beş dövlətdən biridir. Ancaq görünən odur ki, Fransa qlobal təhlükə mənbəyinə çevrilmiş dövlətdir.

Nazir Pannye-Runaşe cənab İlham Əliyevin Fransanın müstəmləkələri haqda dediyi faktları öz ölkəsinə "hücum" adlandırıb. Xeyr, Azərbaycan prezidenti Fransaya hücum etmirdi. Müstəmləkə xalqları Fransadan müdafiə edirdi. Fransanın öz ərazisi saydığı ada dövlətlərdə əzilən insanları müdafiə edirdi. Həmin müstəmləkə xalqların təmsilçiləri də həmin iclas salonunda idilər və Azərbaycan prezidentinin çıxışını alqışladılar. Əgər nazirin dediyi kimi, Fransaya hücum edilirdisə, Fransa prezidenti, yaxud baş naziri hardaydı?! Niyə orda deyildilər? Niyə öz ölkəsini "hücum"dan qorumadılar? Niyə meydandan qaçmışdılar?! Yaxud meydana çıxmaqdan niyə qorxmuşdular?!

Sualın cavabı əslində bəllidir: Fransa prezidenti, hökuməti, o cümlədən, bu "etirazçı" xanım nazir öz müstəmləkə ərazilərində - kiçik ada dövlətlərində yaşayan xalqların təmsilçiləri ilə bu cür nəhəng platformada, beynəlxalq konfransda qarşılaşmaq istəmədilər.

Dünyanın diqqəti bu günlər Azərbaycana, Bakıya - COP29 tərəflər konfransına cəmləşib. Fransa rəsmiləri gəlib dünyanın gözü qarşısında öz neokolonialist siyasətinin qurbanları ilə qarşılaşacaqdı. O xalqların qəzəbli baxışları, tutarlı fikirləri, təbii etirazları, haqlı tələbləri qarşısında fransalı siyasətçilərin duracaq üzləri, deyəcək sözləri, verəcək cavabları yoxdur. Ona görə də, bəli, nazir Ceyhun Bayramovun dediyi kimi, istənilən bəhanələrlə kənarda qalmağı seçdilər. Özlərini dünyanın öncül dövlətlərindən biri hesab edənlər (tək Fransa deyil, başqaları da), qlobal məsuliyyət anında öz qınına, öz qaranlığına çəkildilər.

...Tarixdə öz klassik Makiavellizmi - ifrat prinsipsizliyi ilə məşhur olan fransız baş diplomatı, kardinal Şarl Morris de Taleyran demişdi ki, dil - insana əsl fikirlərini gizlətmək üçün verilib. Fransanın indiki hakim siyasətçiləri də (Makrondan tutmuş üzüaşağı) kardinal Taleyranın o məlum (məlun!) "prinsip"ini, daha doğrusu, prinsipsizliyini rəhbər tuturlar. Bəhanələrə sığınıb səbəblərdən yayınmağa, hərəsi öz dilinin arxasında gizlənməyə cəhd edirlər. Elə bu "boykotçu" nazir Pannye-Runaşe kimi...

Dünya xalqları arasında belə bir deyim var: "Söhbətə fransız qalmaq". Yəni bir hadisənin, yaxud fikrin mənasını anlamamaq. Pannye-Runaşe sanki "iqlim naziri" məqamındadır, amma qlobal iqlim söhbətinə "fransız qalmış".

Hərb sistemində buna "xidməti uyğunsuzluq" deyirlər...

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Noyabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see160

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see132

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri