Icma.az
close
up
RU
Qlobal bazarlarda son vəziyyət GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət GÜNƏ BAXIŞ

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin 13–17 oktyabr tarixlərini əhatə edən həftə qlobal maliyyə bazarları üçün həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm hadisələrlə yadda qaldı. ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan danışıqlar, eləcə də böyük Amerika banklarının açıqladığı güclü rüblük nəticələr investorların diqqət mərkəzində idi.
Həftə boyunca ABŞ dolları və əsas indekslərdə (S&P 500, Nasdaq, Dow Jones) dalğalanmalar müşahidə olundu, kriptovalyuta bazarında isə satış təzyiqi artdı.

Trump–Putin danışıqları: Geosiyasi fon yenidən gərginləşir

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

17 oktyabrda Donald Tramp ilə Vladimir Putin arasında baş tutan telefon danışığı dünya mediasının əsas mövzularından biri oldu. “Reuters” agentliyinin xəbərinə görə, Putin söhbətdən dərhal sonra yüksək səviyyəli müşavirə keçirib. “Washington Post” isə iddia edib ki, danışıqlar zamanı Rusiya lideri Ukraynanın bəzi əraziləri ilə bağlı güzəştlər tələb edib.
Bu məlumatlar beynəlxalq siyasi gündəmi silkələdi və bazarlarda riskli aktivlərdən qaçış meylini artırdı. Analitiklərin fikrincə, ABŞ–Rusiya münasibətlərində bu cür qeyri-müəyyənliklər qısa müddətdə investor psixologiyasına mənfi təsir göstərərək, “risk-off” rejimini aktivləşdirir.

İqtisadi göstəricilər və korporativ nəticələr: “Wall Street”-də müvəqqəti yüksəliş

Həftənin əvvəlində ABŞ birjaları müsbət əhval-ruhiyyə ilə açıldı. Donald Trampın Çinə tətbiq ediləcək növbəti gömrük tariflərində yumşalma siqnalı verməsi və texnologiya şirkətlərinə dair optimist açıqlamalar nəticəsində 13 oktyabr sessiyasında S&P 500 indeksi 1.56%, Nasdaq 2.21%, Dow Jones 1.29% yüksəldi.

Daha sonra “Morgan Stanley” və “Bank of America” kimi iri bankların rüblük mənfəət göstəriciləri gözləntiləri üstələməsi 15 oktyabrda indekslərdə yeni artıma səbəb oldu. Lakin həftənin sonuna doğru geosiyasi gərginliyin yenidən yüksəlməsi bu artımı məhdudlaşdırdı.

ABŞ dolları: Yüngül zəifləmə, lakin qoruyucu status qalır

Valyuta bazarlarında isə ABŞ dolları (DXY indeksi) həftəyə 98.88 bənd səviyyəsində başlayaraq, 17 oktyabrda təxminən 98.54 səviyyəsində bağlandı. Bu zəifləməyə səbəb kimi, korporativ gəlirlərin yaxşı çıxması ilə risk iştahının qismən bərpası, FED tərəfindən mümkün faiz yumşalmasına dair gözləntilər və digər əsas valyutaların möhkəmlənməsi göstərilir. Xatırladaq ki, “shutdow” hələ də davam edir və bu faktor da dollar üzrində təzyiqləri artmasına səbəb olur.

Kriptovalyuta bazarları: Volatillik və satış təzyiqi

Kriptovalyuta bazarlarında bu həftə mənfi dinamika müşahidə olundu.
Bitcoin qiyməti 17 oktyabrda $107.120 həddiniı kimi enərək, əvvəlki həftələrdəki artımın bir hissəsini itirdi.
“Ether” (ETH), “Solana” (SOL), “Binance Coin” (BNB) və digər altkoinlərdə isə 15–25% aralığında geriləmələr qeydə alındı.
Əsas səbəblər:

makroiqtisadi qeyri-müəyyənlik,
 leverajlı mövqelərin likvidasiyası,
 investorların riskli aktivlərdən çıxış strategiyası idi.

Kripto bazarları ənənəvi indekslərə nisbətən geosiyasi xəbərlərə daha sərt reaksiya verdiyindən, qısa müddətdə yüksək dalğalanma potensialı qorunur.

İnvestorlar üçün nəticə və proqnoz

Qısamüddətli perspektivdə: geosiyasi risklərin təsiri ilə volatillik artmağa davam edəcək. Yüksək leverrecli mövqelərdən uzaq durmaq və portfeli müdafiə sektorları ilə diversifikasiya etmək məqsədəuyğundur.

Orta və uzunmüddətli baxışda: əgər Tramp–Putin danışıqları konkret diplomatik nəticələr doğurarsa (sülh razılaşması və ya ticarət gərginliyinin azaldılması kimi), bazarlarda stabilləşmə və dolların möhkəmlənməsi mümkündür.

Kripto investorları üçün: risk idarəetməsi və likvidlik nəzarəti bu mərhələdə ən vacib faktor olaraq qalır.

Cari həftə ərzində isə, Amerikada və İngiltərədə açıqlanaca İstehlak Qiymətləri İndeksi (CPİ), İstehsal Qiymətləri İndeksi (PPİ), Almaniyada, Avrozonada, İngiltərədə və Amerikada dərc olunacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMİ) rəqəmləri birjalara yön verə biləcək əsas xəbərlərdir.

EUR

Ötən həftəyə artımla başlayan EURUSD məzənnəsi 1.17280 səviyyəsinə qədər bahalaşsa da, Tramp Putin danışıqlarından sonra bir qədər bahalaşdı və bağlanışı 1.16520 həddində reallaşdırdı.

Hazırda 1.16720 hədlərində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.17000 həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər. 

Almaniyada, Avrozonada dərc olunacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi rəqəmləri avronun dünya birjalarındakı qiymətlərinə ciddi təsri edə bilər.

GBP

Keçən həftə 1.33440 həddinə qədər bahalaşan GBPUSD məzənnəsi də baş verən geosiyasi proseslər fonunda 1.34240 hədlərinə kimi bahalaşdı və həftəni bu səviyyədə tamamladı. 

Bu həftə isə İngiltərədə dərc olunacaq İngiltərədə açıqlanacaq CPİ, PPİ və PMİ göstəriciləri funtun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.

XAUUSD

Ötən həftə də ardıcıl olaraq rekord təzələyən qızıl 4379$-a kimi bahalaşdı. Lakin, daha sonra kəskin ucuzlaşan “sarı metal” həftəni 4252$ həddində tamamladı. Hazırda 4265$-a ticarət olunan qiymətli metalın qiyməti 4300$ həddini qırıb üzərində möhkəmlənə bilsə, artım tendensiyası davam edə bilər.

Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri tərəfindən hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://marja.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri