Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“İslamda karma yoxdur!” İlahi ədalət necə?

“İslamda karma yoxdur!” İlahi ədalət necə?

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“Karma anlayışı İslam dinində yoxdur. İslam dini karma düşüncəsindən və bu inancın əsaslandığı fəlsəfədən uzaqdır. Ümumiyyətlə, karma anlayışı daha çox buddizm və hinduizm dinlərinin etiqad və inanclarında öz əksini tapır. İslamda isə bu anlayışa yer verilmir. Allah kainatı və varlıq aləmini səbəb-nəticə əlaqəsinə, ilahi hikmətə əsasən idarə edir. Hər şeyin öz hikməti, hesabı və kitabı var. Buna görə də İslam dinində karma anlayışı mövcud deyil”.

Bunu “Yeni Sabah”a ilahiyyatçı Ağa Hacıbəyli deyib. O bildirib ki, İslam dinində insanları mühakimə etmək, qınamaq və yaşadıqlarına görə hesaba çəkmək məsələsi tamamilə fərqli şəkildə izah olunur:

“Qurani-Kərimdə Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) belə buyurulur: “Və ləstə aleyhim bi-musaytir”. Bu ayənin mənası belədir: “Ya Məhəmməd, sən insanların üzərində hakim deyilsən. Sənin vəzifən ilahi əmrləri cəmiyyətə və insanlara çatdırmaqdır”. ShopByBro

Bu baxımdan hər bir müsəlmanın, möminin və təvazökar insanın vəzifəsi doğru bildiyi, öyrəndiyi həqiqətləri başqalarına çatdırmaq, ehtiyac olduqda doğru yolu göstərmək və nəsihət verməkdir. Lakin insanları qınamaq, mühakimə etmək və onlardan hesabat tələb etmək heç kimin səlahiyyətində deyil. İslam dini belə bir haqqı heç bir insana, hətta peyğəmbərlərə belə vermir.

Məlumdur ki, İslam dinində bütün əməllərin təməlində niyyət dayanır. Bu niyyət saf və təmiz olmalıdır. İnsan etdiyi əməli Allahın rizasını qazanmaq, axirətini düşünmək və səmimi şəkildə ibadət etmək məqsədilə yerinə yetirməlidir. İçində dünyəvi maraq, nəfs, şeytani vəsvəsə və başqalarının alqışını qazanmaq istəyi olmayan, ixlasla Allah üçün edilən əməllər Allah qatında məqbuldur.

Əgər insan hər hansı bir işi tərif eşitmək, alqış qazanmaq və başqalarının diqqətini cəlb etmək üçün edirsə, İslam dinində bu, riya adlandırılır. Riya riyakarlıq və ikiüzlülük kimi qiymətləndirilir. Belə əməllər zahirən xeyirxah görünsə də, onların axirətdə savab qarşılığı olmur.

Məsələn, bəzi insanlar maddi ehtiyacı olan şəxslərə humanitar yardım göstərir, onların problemlərini həll etməyə çalışırlar. Əgər bu yardımlar Allah rizası üçün deyil, insanların tərifini və hörmətini qazanmaq məqsədilə edilirsə, həmin şəxslər dünyada etdikləri yaxşılıqların qarşılığında cəmiyyətdə hörmət və ehtiram görə bilərlər. Onlara comərd, mərd və xeyirxah insanlar deyərlər. Lakin axirətdə bu əməllərin savabını qazana bilməzlər. Çünki axirət mükafatı insanın əməli hansı niyyətlə yerinə yetirməsindən asılıdır. Əgər bir insan yaxşılığı Allahın rizası üçün edirsə, onun axirət qarşılığı, savabı və əcri var. Yox, bunu insanların rəğbətini qazanmaq üçün edirsə, deməli, istədiyi dünya mükafatını – hörmət və ehtiramı artıq əldə edib”.

İlahiyyatçı qeyd edib ki, bu dünya müvəqqəti bir müsafirxanadır:

“Hər bir insanın burada yaşamaq üçün müəyyən zamanı var. Biz müəyyən bir ailədə doğulur, müəyyən bir cəmiyyətin üzvü kimi yaşayırıq. Buna görə də digər insanlarla əməkdaşlıq etməyə, gözəl münasibətlər qurmağa ehtiyacımız var. Hər bir insan Allahın yaratdığı bir dəyərdir və məhz bu səbəbdən hörmətə layiqdir.

Bəs başqasına pislik edən insan mütləq bir gün bunun qarşılığını görəcəkmi? Əlbəttə! İnsan hansı toxumu əkirsə, bir gün onun nəticəsini də görür. Əgər tikanlı ağac əkibsə, onun tikanı ilə qarşılaşacaq, meyvəli ağac əkibsə, meyvəsini dərəcək.

Bu baxımdan insanların dünyada etdiyi bütün əməllərin qarşılığı var. Qurani-Kərimdə belə buyurulur: “Fəmən yə’məl misqalə zərrətin şərrən yərah”. Yəni insan zərrə qədər şər əməl edərsə, onun qarşılığını görəcək. Eyni şəkildə, zərrə qədər xeyir iş görərsə, onun da mükafatını alacaq. Çünki varlıq aləmi ilahi ölçülərlə idarə olunur.

Sağımızda və solumuzda Kirəmən Katibin adlanan mələklər var. Onlar bütün əməllərimizi qeydə alırlar. Necə ki, siz media nümayəndələri və kameramanlar baş verən hadisələri lentə alıb cəmiyyətə təqdim edirsiniz, həmin mələklər də insanın həyatında baş verənləri, etdiyi əməlləri qeydə alırlar. Qurani-Kərimdə bildirilir ki, insanın etdiyi heç bir əməl qeyddən kənarda qalmır. Qiyamət günü isə hər kəsə öz əməlləri göstəriləcək.

Ona görə də bəli, insan etdiyi əməllərin qarşılığını mütləq görəcək. Lakin İslamda bu, karma deyil, axirət və ilahi ədalət anlayışı ilə izah olunur. Axirət günü hər kəs öz əməlləri ilə üz-üzə qalacaq. Kiminsə haqqını yeyən, hüququnu tapdalayan, qəlbini qıran, onu incidən, malına və sərvətinə əl qoyan hər bir insan bütün bunlara görə Qiyamət günü Allah qarşısında cavab verəcək”.

Aydan Hacı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Noyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see343

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see329

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see325

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see306

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see300

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see298

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see289

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see280

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see268

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see264

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see252

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see251

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see246

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see242

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see237

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see229

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see225

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see222

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see221

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri