Icma.az
close
up
RU
Qlobal çağırışlar fonunda UNESCO nun artan rolu

Qlobal çağırışlar fonunda UNESCO nun artan rolu

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Səfir Elman Abdullayev tərəfindən ölkəmizin milli bəyanatı yayılıb

UNESCO-nun mənzil-qərargahında təşkilatın İcraiyyə Şurasının 224-cü sessiyası işinə başlayıb. Sessiya çərçivəsində keçirilən plenar debatlar hissəsində Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev tərəfindən ölkəmizin milli bəyanatı səsləndirilib.

Bəyanatda UNESCO-nun fəaliyyətində institusional səmərəliliyin, şəffaflığın və hesabatlılığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb, təşkilatın prioritetləri ilə mövcud resurslar və icra mexanizmləri arasında uyğunluğun təmin edilməsinin əhəmiyyəti qeyd olunub. Eyni zamanda, qlobal çağırışlar fonunda UNESCO-nun təhsil, elm və mədəniyyət sahələrində dialoq və əməkdaşlığın təşviqində oynadığı mühüm rol diqqətə çatdırılıb.

Respublikamızın beynəlxalq təşkilatlarda yüksək fəallığı

Həyata keçirdiyi balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal əməkdaşlığa mühüm töhfələr verən, etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq modelinə malikdir. O cümlədən BMT, Avropa İttifaqı, NATO, İƏT, QH və digər dünya siyasətində söz sahibi olan bu kimi təşkilatlar Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər. Hazırda respublikamız  həm Qlobal Qərbi, həm də Qlobal Şərqi təmsil edən çoxsaylı təşkilatların üzvüdür ki, bu da Azərbaycan diplomatiyasının böyük uğurudur.

Ölkəmiz hər zaman özünün geniş imkanlarını təqdim etməklə üzv olduğu beynəlxalq təşkilatların fəaliyyətinin səmərəliliyinin artmasına sanballı töhfələr verir. Dünya Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü kimi fəaliyyət göstərərkən, Qoşulmama Hərəkatına sədrlik həyata keçirərkən və digər məqamlarda bunun şahidi olub. Ölkəmiz hər zaman meydana çıxan qlobal çağırışlara beynəlxalq həmrəyliyin gücləndirilməsi təşəbbüsləri ilə cavab verir.

Azərbaycan həmçinin UNESCO ilə əlaqələrinin genişlənməsinə böyük önəm verir. Təşkilatla səmərəli əməkdaşlığın nəticəsidir indiyədək Azərbaycanın ayrı-ayrı görkəmli şəxsiyyətlərinin yubileyləri UNESCO çərçivəsində qeyd edilib. Bu sırada Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin 100 illik yubileylərinin qeyd edilməsini misal çəkə bilərik. O cümlədən Azərbaycan muğamının, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, İçərişəhərin, Qız qalasının, Şirvanşahlar Sarayı Kompleksinin, Şəki şəhərində Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına, aşıq, xalçaçılıq, tar ifaçılığı və hazırlanması sənətlərinin, Novruz bayramının, dolma, lavaş və kəlağayının, Lahıc misgərlik sənətinin, Çövkən oyununun UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilməsi respublikamızın təşkilatla səmərəli əməkdaşlığının bəhrəsidir.

Dəyişən dünyada dialoq və əməkdaşlığın təşviqi

Narahat dünyada yaşayırıq. Səngimək bilməyən müharibələr, artan iqlim dəyişmələri, sürətli urbanizasiya problemləri daim qarşıya yeni çağırışlar çıxardır. Belə şəraitdə bəşəriyyətin gələcəyi naminə ölkələrin və beynəlxalq təşkilatların məsuliyyəti də artır. Bu kontekstdə ölkəmizin milli bəyanatında diqqətin  bir sıra vacib məqamlara yönəldilməsi təqdirəlayiq haldır. Çıxış zamanı təşkilat daxilində üzv ölkələr ilə katiblik arasında koordinasiyanın gücləndirilməsinin zəruriliyi vurğulanıb, bu istiqamətdə aparılan islahatların əhəmiyyəti qeyd edilib. Həmçinin bildirilib ki, dəyişən qlobal mühit şəraitində qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir və UNESCO-nun mandatı bu sahədə xüsusi rol oynamağa imkan verir.

Bununla yanaşı, plenar debatlar zamanı Daimi Nümayəndəlik tərəfindən ölkəmizin Qrup 77 və Çin Paris bölməsi, eləcə də UNESCO-da fəaliyyət göstərən Türk Dövlətləri Qrupu adından bəyanatlar səsləndirilib.

Qrup 77 və Çin adından səsləndirilmiş bəyanatda çoxtərəfliliyə, beynəlxalq əməkdaşlığa və həmrəyliyə sadiqlik bir daha təsdiqlənib, inkişaf etməkdə olan ölkələrin prioritetlərinin irəli aparılmasında kollektiv fəaliyyətin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədi 4 çərçivəsində inklüziv və keyfiyyətli təhsilin təşviqi, təhsilin ana dilində verilməsinin əhəmiyyəti, eləcə də təhsilin davamlı inkişafın əsas hərəkətverici qüvvəsi kimi rolu qeyd olunub.

Bəyanatda, həmçinin UNESCO-nun qlobal prioritetləri olan Afrika və gender bərabərliyi, eləcə də Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlər (SIDS) və gənclərlə bağlı təşəbbüslərə dəstək ifadə olunub, təşkilatın proqram və büdcə çərçivəsində üzv dövlətlərə daha güclü dəstək göstərilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, UNESCO80 Yol Xəritəsinə dəstək ifadə edilib, inkişaf etməkdə olan ölkələrin baxışlarının qərar qəbuletmə proseslərində əks olunmasının əhəmiyyəti qeyd edilib.

İrqçilik, ksenofobiya və nifrət nitqinə qarşı mübarizənin zəruriliyi

Dünyanın gözəlliyi və cəlbediciliyi onun çoxmədəniyyətli olmasındadır. Ayrı-ayrı xalqların tarix boyunca qoruduqları ənənələr, maddi və qeyri-maddi irs nümunələri dünyanı bənzərsiz edir. Ancaq təəssüf doğuran haldır ki, hazırda bu rəngarəngliyə, bizim birgə yaşayışımıza təhdidlər yaranıb və belə zərərli tendensiyanın əhatə dairəsi getdikcə genişlənir. Plenar debatda Türk Dövlətləri Qrupu adından səsləndirilmiş bəyanatda çoxtərəfliliyin gücləndirilməsi, türk dövlətləri arasında ortaq tarixi və mədəni irsin qorunması və təşviqi, o cümlədən UNESCO çərçivəsində birgə təşəbbüslərin irəli sürülməsi vurğulanıb. Eyni zamanda, irqçilik, ayrı-seçkilik, ksenofobiya və nifrət nitqinə qarşı mübarizənin əhəmiyyəti qeyd olunub, iqlim dəyişikliyi, su təhlükəsizliyi və davamlı inkişaf kimi qlobal çağırışlara qarşı elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Bəyanatda, həmçinin rəqəmsal transformasiya və süni intellektin etik istifadəsi məsələləri əksini tapıb, Türk dünyasının dil və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyəti qeyd edilib.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Aprel 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri