Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Qlobal çağırışlar qarşısında..

Qlobal çağırışlar qarşısında..

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət və cəmiyyət birliyi milli təhlükəsizliyin əsasıdır

İctimai və dövlət maraqlarının müdafiəsi hər bir cəmiyyətin möhkəmliyini, təhlükəsizliyini və gələcəyə inamını müəyyən edən vacib prinsiplərdən biri hesab olunur. Dövlət yalnız sərhədləri qorumaqla deyil, eyni zamanda vətəndaşlarının hüquqlarını, rifahını, milli-mənəvi dəyərlərini və sosial sabitliyini təmin etməklə güclü və dayanıqlı bir sistem qurmağa nail ola bilir. Müasir dövrdə informasiya axınının sürətlə artdığı, texnologiyanın həyatın bütün sahələrinə nüfuz etdiyi və qlobal çağırışların dövlətlərin qarşısında yeni məsuliyyətlər yaratdığı bir zamanda ictimai maraqların qorunması daha böyük əhəmiyyət qazanır.

Dövlət maraqlarının müdafiəsi dedikdə yalnız siyasi və iqtisadi təhlükəsizlik deyil, həm də milli kimliyin, mədəni irsin, dilin və mənəvi dəyərlərin qorunması nəzərdə tutulur. Çünki tarix boyu güclü dövlətlər məhz öz dəyərlərinə sahib çıxaraq, xalqın birliyini qoruyaraq və cəmiyyət daxilində həmrəylik yaradaraq inkişaf edib və gələcək nəsillərə sabit bir ölkə miras qoyublar.

Geosiyasi təzyiqlər dövründə dövlət maraqlarının qorunması

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən politoloq Turan Rzayev bildirib ki, ictimai və dövlət maraqlarının müdafiəsi məsələsi müasir siyasi nəzəriyyədə və beynəlxalq münasibətlər sistemində dövlətin dayanıqlığını müəyyən edən əsas faktorlar sırasında xüsusi yer tutur. Onun sözlərinə görə, hər bir dövlətin gücü yalnız iqtisadi potensial və hərbi imkanlar ilə ölçülmür, eyni zamanda cəmiyyət daxilində mövcud olan sosial sabitlik, vətəndaş həmrəyliyi, milli identiklik və dövlət institutlarına olan ictimai etimad səviyyəsi ilə birbaşa bağlı olur: “Dövlət maraqları anlayışı sadəcə hakimiyyətin qorunması və ya idarəetmə mexanizmlərinin saxlanılması mənasını daşımır, əksinə dövlətin suverenliyinin, milli təhlükəsizliyinin, iqtisadi müstəqilliyinin, informasiya təhlükəsizliyinin və geosiyasi mövqeyinin qorunması kimi strateji istiqamətləri özündə birləşdirir. Çünki qlobal rəqabətin sərtləşdiyi, informasiya manipulyasiyalarının artdığı və beynəlxalq münasibətlərdə güc balansının sürətlə dəyişdiyi bir dövrdə dövlətlər yalnız çevik siyasət və güclü ictimai dəstək sayəsində öz maraqlarını müdafiə edə bilirlər”.

İctimai və dövlət maraqları arasında balans

Politoloq qeyd edib ki, ictimai maraqların müdafiəsi daha mürəkkəb və çoxşaxəli bir anlayışdır: “Burada əsas məqsəd cəmiyyət daxilində sosial ədalətin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların rifah səviyyəsinin yüksəldilməsi, təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, həmçinin insanların təhlükəsiz və sabit mühitdə yaşamaq hüququnun təmin edilməsidir. Məhz bu səbəbdən güclü dövlət modeli yalnız sərt idarəetmə ilə deyil, eyni zamanda xalqın maraqlarını nəzərə alan çevik sosial siyasətlə formalaşır.

Müasir siyasi proseslər göstərir ki, ictimai maraqlarla dövlət maraqları arasında balansın qorunması dövlət idarəçiliyinin ən çətin və strateji məsələlərindən biridir. Bəzi hallarda populizm dövlətin uzunmüddətli maraqlarına zərbə vurduğu kimi, həddindən artıq sərt dövlətçilik modeli də cəmiyyət daxilində narazılıqlar yarada və sosial harmoniyanı poza bilir. Buna görə də peşəkar siyasi idarəçilik ilk növbədə xalqın gözləntiləri ilə dövlətin strateji məqsədləri arasında rasional uyğunluq yaratmağa çalışır”.

İnsanlarda milli məsuliyyət hissi formalaşdıqda...

Politoloqun fikrincə, xüsusilə regional münaqişələrin, iqtisadi böhranların, enerji savaşlarının və informasiya müharibələrinin artdığı indiki mərhələdə dövlət maraqlarının qorunması artıq yalnız diplomatik və hərbi məsələ hesab edilmir: “İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, milli ideoloji dayanıqlıq və vətəndaşların dövlətə bağlılığı da milli təhlükəsizlik anlayışının ayrılmaz hissəsinə çevrilib. Bu amillər zəiflədikdə xarici təsirlərin cəmiyyət daxilində parçalanma yaratmaq imkanları daha da genişlənir.

Güclü dövlətin əsas dayağı vətəndaşların dövlətə kor-koranə deyil, şüurlu şəkildə bağlı olmasıdır. İnsanlarda milli məsuliyyət hissi formalaşdıqda, cəmiyyət qanunun aliliyinə hörmət etdikdə və dövlət institutlarına etimad yüksək olduqda həm daxili sabitlik möhkəmlənir, həm də xarici təzyiqlərə qarşı müqavimət qabiliyyəti artır. Nəticədə, dövlət daha çevik, daha nüfuzlu və daha dayanıqlı siyasi aktora çevrilir.

Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi yalnız hüquqi və siyasi məsələ deyil, həm də milli şüur, strateji düşüncə və gələcək nəsillərin təhlükəsiz inkişafı ilə bağlı fundamental məsələdir”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see252

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see249

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see245

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see243

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see238

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see231

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see227

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see223

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see218

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see205

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see200

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see196

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see194

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see192

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see191

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see188

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see179

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see175

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see174

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri