Rusiya Baş prokuroru Azərbaycan Prokurorluğunun yubiley medalı ilə təltif edilib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin əmri ilə Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.
APA xəbər verir ki, bu gün Baş Prokurorluqda kecirilən mərasimdə Kamran Əliyev medall rusiyali həmkarına təqdim edib.
Medal Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsana Azərbaycan və Rusiya prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın təşkilinə, işgüzar və dostluq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsinə, həmçinin təcrübə mübadiləsi və qarşılıqlı yardım sahəsində göstərdiyi xüsusi xidmətlərə görə təqdim edilib.
Təltifetmə mərasimi Azərbaycan və Rusiya prokurorluq orqanlarının rəhbərlərinini görüşü çərçivəsində keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 29 Oktyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















