Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qlobal Cənub QHT Platforması: Azərbaycan vətəndaş cəmiyyəti müstəvisində də qlobal aktora çevrilir

Qlobal Cənub QHT Platforması: Azərbaycan vətəndaş cəmiyyəti müstəvisində də qlobal aktora çevrilir

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilib.

Tədbir çərçivəsində Qlobal Cənub QHT Platforması təsis olunub. Konfrans 28-29 aprel tarixlərində davam edəcək. 

Qlobal Cənub QHT Platformasının  Azərbaycanın beynəlxalq diplomatiyasının və vətəndaş cəmiyyətinin mühüm uğurlarından biri kimi yadda qalacaq.

Bu tədbir, dünyanın inkişaf etməkdə olan ölkələrinin əsas məsələlərinə diqqət çəkmək və onların qarşılaşdığı problemləri beynəlxalq miqyasda eşitdirmək məqsədini güdür.

Azərbaycanın bu təşəbbüsə rəhbərlik etməsi, ölkənin beynəlxalq aləmdə ədalət və həmrəyliyin təbliğindəki mühüm rolunu bir daha nümayiş etdirir. Tədbirə qatılan QHT nümayəndələri Azərbaycanın beynəlxalq səviyyədəki sülh, ədalət və inkişaf məqsədlərinə verdiyi töhfəni yüksək qiymətləndiriblər.


Siyasi şərhçi Elçin Alıoğlu Sherg.az-a açıqlamasında bildirib ki, dünya əhalisinin təxminən 80 faizini təmsil edən 116 ölkədən nüfuzlu QHT liderləri və vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycanın paytaxtında bir araya gəliblər. Məqsəd - Qlobal Cənub QHT Platformasının rəsmi təsisini elan etməkdir:


“Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionlarını – planetin üçdə iki hissəsini əhatə edən bu böyük coğrafiyanın vətəndaş cəmiyyəti üçün Bakıda baş tutan bu toplantı yeni bir siyasi-ictimai mərhələnin başlanğıcı hesab olunur. Bu, yalnız konfrans deyil; bu, Qlobal Cənubun beynəlxalq sistemdə daha ədalətli yer tutması uğrunda mübarizəsinin rəsmi elanıdır. Qlobal Cənub QHT Platformasının yaradılması ideyası ilk dəfə 2024-cü ilin noyabrında, Bakıda keçiriləcək COP29 konfransının hazırlıqları çərçivəsində Azərbaycan Milli QHT Forumu tərəfindən irəli sürülmüşdü. Bu təşəbbüs qısa müddətdə beynəlxalq aləmdə güclü rezonans doğurdu və COP29 QHT Koalisiyası tərəfindən tam dəstəkləndi. Beləliklə, Azərbaycan qeyri-hökumət təşkilatları dünya miqyasında ilk dəfə bu qədər geniş dəstək qazanaraq, beynəlxalq vətəndaş cəmiyyətinin yeni səhifəsini açdı. Bu uğur təsadüfi deyildi. Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə göstərdiyi prinsipial mövqe, yeni və ədalətli dünya nizamı uğrunda ardıcıl fəaliyyəti və COP29 zamanı əldə edilən "Bakı dönüşü" ölkəmizə Qlobal Cənub dövlətləri arasında böyük rəğbət qazandırdı. Azərbaycan artıq təkcə dövlətlər səviyyəsində deyil, vətəndaş cəmiyyəti müstəvisində də qlobal proseslərin aparıcı aktoruna çevrilir.

Qlobal Cənub QHT Platformasının məhz Bakıda formalaşması təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq aləmdə getdikcə daha açıq görünən rolunu – qlobal vasitəçi və dialoq platforması yaradan aktor statusunu bir daha təsdiqləyir.

Azərbaycan Qlobal Cənubun problemlərini - yoxsulluq, iqlim dəyişikliklərinin ağır nəticələri, müstəmləkəçilik irsi, rəqəmsal bölünmə, ticarət bərabərsizliyi - beynəlxalq gündəmə daşımaq, bu məsələlər üzrə ölkələr arasında koordinasiyanı gücləndirmək, BMT və digər beynəlxalq qurumlarda vahid mövqedən çıxış etmək məqsədi daşıyan yeni bir qlobal platforma yaradır”.


E. Alıoğlunun sözlərinə görə, bu təşəbbüs eyni zamanda Cənub-Cənub əməkdaşlığının yeni mərhələsini açır. İnkişaf etməkdə olan ölkələrin bir-biri ilə daha sıx inteqrasiyası, bilik, texnologiya və resurs mübadiləsi təşviq edilir:

“Bu gün və sabah Bakı Konqres Mərkəzində keçirilən "Həmrəy fəaliyyət: Yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı beynəlxalq konfrans dünya vətəndaş cəmiyyətinin ən nüfuzlu adlarını bir araya gətirib.

Konfransın əsas mesajlarından biri 70 il əvvəl İndoneziyada qəbul edilən tarixi Bandunq Prinsiplərinin aktuallığının yenidən vurğulanmasıdır. Bandunq Prinsipləri dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq, dinc və bərabərhüquqlu əməkdaşlığın təşviqi ideyalarına əsaslanır. Bu prinsiplər bu gün də, postkolonial dünyada yeni ədalətli nizamın bərqərar olması üçün əsas yol göstəricisidir. Azərbaycanın bu təşəbbüsü beynəlxalq sistemdə bir neçə mühüm dəyişiklik yaradır.  Qlobal Cənub ölkələrinin qeyri-hökumət və vətəndaş cəmiyyəti platforması BMT-də və beynəlxalq təşkilatlarda səsvermələrə, qərarların qəbuluna təsir imkanlarını artırır. Qlobal Şimal və Cənub arasında dialoq daha bərabərhüquqlu və balanslı formata keçid edir.  Bakı artıq təkcə enerji və logistika qovşağı deyil, həm də qlobal ideyaların və həmrəyliyin mərkəzi rolunu oynayır.

Bu gün Bakıda təsis olunan Qlobal Cənub QHT Platforması təkcə yeni bir təşkilat deyil. Bu, dünyada ədalətsizliyə qarşı kollektiv dirənişin, suverenliyə və inkişaf hüququna hörmətin, yeni ədalətli dünya nizamı uğrunda birgə fəaliyyətin başlanğıcıdır. Azərbaycan bu prosesin önündə dayanır - qlobal miqyasda həmrəyliyin, dialoqun və ədalətin memarlarından birinə çevrilir. Bakı yeni dünyanın ideoloji və siyasi xəritəsində öz imzasını atır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Aprel 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri