“İmişli”nin futbolçuları Şirvanda uşaq sığınacağını ziyarət ediblər FOTO/VİDEO
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
“İmişli” komandasının futbolçuları Şirvan şəhərində yerləşən “Mərhəmət Evi” Uşaq Sığınacaq Mərkəzini ziyarət ediblər.
Fanat.Az xəbər verir ki, Yeni il ərəfəsində baş tutan bu xeyriyyə səfərinin əsas məqsədi sığınacaqda yaşayan uşaqlara bayram sevinci bəxş etmək olub.
Ziyarət zamanı klub nümayəndələri uşaqlarla yaxından ünsiyyət qurub, onlara Yeni il münasibətilə hədiyyələr təqdim edib. Səmimi və isti atmosferdə keçən görüş uşaqların sevincinə səbəb olub, onların üzündə təbəssüm yaradıb.
“İmişli” PFK-nın nümayəndələri bu cür sosial təşəbbüslərin cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq, xüsusilə həssas kateqoriyadan olan uşaqlara diqqət və qayğının vacibliyini qeyd ediblər. Klubun bu addımı Yeni il ərəfəsində mərhəmət, paylaşma və humanist dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
“İmişli” PFK gələcəkdə də sosial məsuliyyət layihələri çərçivəsində bu kimi xeyriyyə aksiyalarını davam etdirməyi planlaşdırır və cəmiyyətin müxtəlif təbəqələrinə dəstək olmağı əsas prioritetlərindən biri hesab edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 30 Dekabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















