Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünya fond bazarlarında əsas indekslər üzrə fərqli dinamika qeydə alınıb. ABŞ-da texnologiya səhmləri ucuzlaşıb, Avropada isə bütün əsas indekslər geriləyib.
“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 51,77 bənd və ya 0,10% artaraq 51 231,64 bəndə yüksəlib. “S&P 500” indeksi 36,41 bənd və ya 0,47% azalaraq 7 765,36 bəndə, “Nasdaq Composite” indeksi isə 345,35 bənd və ya 1,25% geriləyərək 27 193,34 bəndə düşüb. “NYSE Composite” indeksi 0,40% artaraq 23 797,60 bəndə, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,30% yüksələrək 35 145,38 bəndə çatıb.
Avropa fond bazarlarında bütün əsas indekslər geriləyib. “Euro Stoxx 50” indeksi 0,87% azalaraq 6 126,73 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,16% düşərək 10 441,60 bəndə, Almaniyanın “DAX” indeksi 1,18% geriləyərək 24 806,97 bəndə enib. Fransanın “CAC 40” indeksi 0,51% azalaraq 7 729,69 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 0,99% düşərək 18 928,90 bənd təşkil edib.
Asiya-Sakit okean regionunda qarışıq dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 0,51% azalaraq 68 692,11 bəndə, “TOPIX” indeksi isə 0,01% artaraq 4 091,78 bəndə çatıb. Honq-Konqun “Hang Seng” indeksi 1% yüksələrək 24 023,23 bənd, Çinin “CSI 300” indeksi isə 1,27% azalaraq 4 255,65 bənd olub. Avstraliyanın “S&P/ASX 200” indeksi 0,53% artaraq 8 706,50 bəndə yüksəlib. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi 1,66% geriləyərək 273,70 bəndə düşüb.
Bazarlardakı dinamikanın əsas səbəbi neftin kəskin bahalaşması, inflyasiya narahatlıqları və texnologiya səhmlərində satışların güclənməsi olub. ABŞ-da Yaxın Şərqdə gərginliyin artması və qasırğa təhlükəsi səbəbindən neft hasilatının məhdudlaşdırılması qiymətləri yüksəldib. Süni intellekt sahəsinə yatırılan böyük investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlar isə yarımkeçirici şirkətlərinin səhmlərini ucuzlaşdıraraq “Nasdaq Composite” indeksinə təzyiq göstərib.
Avropada istiqraz gəlirliliyinin yüksəlməsi və enerji xərclərinin artması fonunda bank səhmləri üç aydan çox müddətin ən aşağı səviyyəsinə düşüb. Asiyada isə neftin bahalaşması və qlobal faiz riskləri Yaponiya və Çin səhmlərinə təzyiq göstərsə də, Honq-Konq və Avstraliya bazarlarında yüksəliş qeydə alınıb.
Baxış sayı:126
Bu xəbər 09 Oktyabr 2026 08:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















