Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Qlobal güc paritetinin dəyişən koordinatları

Qlobal güc paritetinin dəyişən koordinatları

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Posttransatlantik münasibətlər müstəvisində baxış

(I MƏQALƏ)

Siyasi həmrəylik, təhlükəsizlik əməkdaşlığı, iqtisadi inteqrasiya, mədəni yaxınlıq və institusional hüquqi mexanizmlər – Transatlantik münasibətləri sadə bir ittifaqdan daha artıq, qlobal sistemin dayaqlarından biri olan çoxşaxəli və kompleks bir tərəfdaşlıq modeli halına gətirib. Bununla belə, müasir mərhələdə qlobal güc balansında baş verən dəyişikliklər, yeni təhlükəsizlik çağırışları və regional güclərin yüksəlişi bu modelin davamlılığı və gələcək konturları üzərində suallar doğurmaqdadır. Məhz bu səbəbdən, müasir dövrdə “posttransatlantik” anlayışı tədricən akademik və siyasi diskursun mərkəzində yer almağa başlayır.

Transatlantik münasibətlər çağdaş beynəlxalq münasibətlər sisteminin formalaşmasında və strukturlaşmasında mühüm rol oynamış kompleks bir əməkdaşlıq modelidir. İkinci dünya müharibəsindən sonra yaranan bu münasibətlər sistemi əsasən ABŞ ilə Qərbi Avropa ölkələri arasında qurulmuş və liberal dünya nizamının təməl sütunu olmuşdur və münasibətlərin əsas məğzi siyasi həmrəylik, hərbi ittifaqçılıq, iqtisadi qarşılıqlı asılılıq və ortaq sivil dəyərlərə söykənmişdir.

Transatlantik əməkdaşlıq modeli soyuq müharibə dövründə ABŞ-ın hərbi və iqtisadi gücünə, Avropanın isə sabitlik və bərpa ehtiyaclarına əsaslanaraq, qarşılıqlı faydalılıq formatında inkişaf etmişdir. NATO-nun yaradılması, Marşal planı, Bretton-Vuds maliyyə sistemləri və sonrakı dövrlərdə Avropa İttifaqının tədrici möhkəmlənməsi bu münasibətlərin institusional və hüquqi çərçivəsini formalaşdırmışdır.

Lakin XXI əsrin ikinci onilliyindən başlayaraq “posttransatlantik dövrü” anlayışı aktuallaşmışdır. Bu, ABŞ və Aİ arasında münasibətlərin əvvəlki dövrdəki kimi mütləq koordinasiyaya əsaslanmaması, qarşılıqlı etimadın nisbi zəifləməsi, qlobal təhlükəsizlik və iqtisadi prioritetlərin fərqlənməsi ilə səciyyələnir. Siyasi realizm nəzəriyyəsi baxımından bu mərhələ gücün yenidən bölgüsü və aktorların müstəqil hərəkət təşəbbüslərinin artması kontekstində başa düşülə bilər.

Məsələyə hüquqi aspektdən yanaşdıqda gorürürk ki, posttransatlantik dövrü həm də beynəlxalq müqavilə və razılaşmaların təfsirində, dövlətlərarası öhdəliklərin icrasında və normativ standartların tətbiqində müxtəlifliklə müşahidə olunur. Paris İqlim Sazişindən çıxış, İran nüvə razılaşmasına yanaşmada fikir ayrılıqları və ya rəqəmsal texnologiyalar üzrə tənzimləmələrdə fərqli yanaşmalar bu tendensiyanı göstərir.

Transatlantik münasibətlər dedikdə, əsasən Şimali Atlantik hövzəsində yerləşən və demokratik siyasi sistemlərə malik olan ölkələr – başlıca olaraq ABŞ və Avropa dövlətləri, xüsusilə də Avropa İttifaqı üzvləri – arasında mövcud olan çoxşaxəli siyasi, hərbi, iqtisadi və mədəni əlaqələr sistemi nəzərdə tutulur. Transatlantik münasibətlər yalnız siyasi və strateji maraqlar üzərində qurulmamış, eyni zamanda, dərin tarixi təməllərə və ortaq normativ dəyərlər sisteminə əsaslanır. Transatlantik əməkdaşlıq modeli İkinci dünya müharibəsindən sonra formalaşmağa başlamış və soyuq müharibə dövründə ideoloji bloklaşmanın Qərb qanadını təmsil edən təhlükəsizlik və əməkdaşlıq çərçivəsinə çevrilmişdir. Mahiyyət etibarilə bu münasibətlər sistemi ortaq demokratik dəyərlərə, insan hüquqlarına, hüququn aliliyinə və beynəlxalq sabitliyin təmin edilməsinə yönəlmiş qarşılıqlı strateji həmrəyliyə söykənir.

Siyasi baxımdan Transatlantik münasibətlər ABŞ və Aİ arasında yüksək səviyyəli dialoq və qərar qəbuletmə mexanizmləri ilə xarakterizə olunur. Davamlı sammitlər, birgə bəyanatlar və G7, G20 kimi qlobal forumlardakı ortaq mövqelər əməkdaşlığın siyasi dayaqlarını möhkəmləndirir. Qərb dünyasının bu iki əsas sütunu – ABŞ və Avropa – beynəlxalq sistemdə baş verən proseslərə qarşı vahid mövqe sərgiləyərək qlobal idarəetmədə təsir güclərini qorumağa çalışırlar.

Hərbi və təhlükəsizlik sferasında isə NATO bu münasibətlərin əsas təhlükəsizlik arxitekturası kimi çıxış edir. Alyansın 1949-cu ildə yaradılması ilə Transatlantik təhlükəsizlik anlayışı institusional əsas qazanmışdır. NATO-nun məşhur 5-ci maddəsi – “Bir müttəfiqə edilən hücum hamıya edilmiş hücum sayılır” prinsipi – münasibətlərin kollektiv müdafiə fəlsəfəsinə söykəndiyini göstərir. 2001-ci il 11 sentyabr terror hücumlarından sonra bu maddənin tətbiqi NATO-nun ABŞ-la həmrəyliyinin bariz nümunəsinə çevrilmişdir. NATO həmçinin Avropa və ABŞ arasında hərbi texnologiyaların paylaşılması, birgə təlimlər və təhlükəsizlik strategiyalarının uyğunlaşdırılması sahəsində də mühüm rol oynayır.

İqtisadi sahədə isə ABŞ və Aİ arasında qurulan əlaqələr dünya üzrə ən böyük və ən dərin inteqrasiya olunmuş iqtisadi münasibətlər sistemlərindən biridir. Bu münasibətlər yalnız ticarət dövriyyəsinin həcmi ilə deyil, həm də sərmayə axınları, texnoloji əməkdaşlıq, maliyyə bazarlarının inteqrasiyası və transsərhəd iqtisadi fəaliyyətlərin hüquqi tənzimlənməsi ilə fərqlənir. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində bu iki güc mərkəzi arasında qarşılıqlı öhdəliklər və razılaşmalar iqtisadi əlaqələrin daha sabit və proqnozlaşdırıla bilən xarakter almasına şərait yaradır. Tərəflər arasında baş verən istənilən ticarət gərginlikləri belə bu qurumların vasitəçiliyi ilə normativ şəkildə tənzimlənməyə çalışılır.

Transatlantik münasibətlərin rəsmi diplomatik və iqtisadi münasibətlərlə məhdudlaşmadığını qeyd etmək mühümdür. Bu sistem, eyni zamanda, geniş sivil cəmiyyət təbəqələrini əhatə edən normativ və mədəni yaxınlıq üzərində qurulmuşdur. Akademik mübadilə proqramları, qeyri-hökumət təşkilatları arasındakı əməkdaşlıq, media və informasiya sahəsindəki əlaqələr, eyni ideoloji və dəyərlər bazasına malik olmaq – bütün bunlar Transatlantik münasibətlərin yalnız dövlətlər səviyyəsində deyil, cəmiyyətlərarası inteqrasiya müstəvisində də inkişaf etdiyini göstərir. Demokratiya, azad bazar iqtisadiyyatı, vətəndaş cəmiyyətinin gücləndirilməsi və insan hüquqlarının qorunması mədəni və normativ yaxınlığın əsas sütunlarıdır.

Münasibətlər sisteminin dayanıqlığını və davamlılığını təmin edən əsas elementlərdən biri də institusional hüquqi çərçivələrin mövcudluğudur. NATO, ÜTT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və ATƏT kimi beynəlxalq təşkilatlar transatlantik münasibətləri tənzimləyən və onların hüquqi əsasını formalaşdıran qurumlardır. NATO hərbi əməkdaşlığın və kollektiv təhlükəsizliyin əsas platforması, ÜTT isə ticarət münasibətlərinin hüquqi koordinasiyası üçün əsas mexanizmdir. İƏİT üzv ölkələr arasında iqtisadi siyasətin koordinasiyası və inkişafı istiqamətində birgə strategiyalar hazırlayır, ATƏT isə təhlükəsizlik, insan haqları və demokratik institutların möhkəmləndirilməsi sahəsində monitorinq funksiyasını yerinə yetirir.

Transatlantik münasibətləri beynəlxalq münasibətlər nəzəriyyəsi çərçivəsində təhlil edərkən ənənəvi iki əsas yanaşma – realizm və liberalizm – bu münasibətlərin mahiyyətini və dəyişkənliyini fərqli prizmalarla izah edir. Realist yanaşma beynəlxalq sistemin anarxik strukturda olduğunu və dövlətlərin əsas məqsədinin öz milli təhlükəsizliyini və gücünü maksimuma çatdırmaq olduğunu qəbul edir. Bu baxımdan da Transatlantik münasibətlərdə baş verən dəyişikliklər, ilk növbədə, güc balansındakı təkamül və dövlətlərin strateji maraqlarında baş verən prioritet dəyişikliyi ilə izah olunur. ABŞ-ın qlobal diqqət mərkəzini tədricən Atlantikdən Asiyaya yönəltməsi, xüsusilə Çinlə strateji rəqabətin intensivləşməsi fonunda Asiya-Sakit okean bölgəsinə daha çox fokuslanması, realist nəzəriyyəyə görə Transatlantik əməkdaşlığın nisbi zəifləməsinin əsas səbəblərindən biridir.

Digər tərəfdən, Avropa İttifaqının strateji muxtariyyətə yönəlməsi, yəni təhlükəsizlik və müdafiə sahəsində ABŞ-dan asılılığı azaltmağa yönəlik təşəbbüslər göstərməsi realizmin güc və maraqlar əsasında qurulan münasibətlər sisteminə uyğun şəkildə şərh olunur. Bu yanaşmaya əsasən, dövlətlərarası münasibətlərdə normativ yaxınlıqdan daha çox, milli maraqların uyğunluğu və ya ziddiyyəti həlledici əhəmiyyət daşıyır.

Əksinə, liberal nəzəriyyə Transatlantik münasibətləri əsasən əməkdaşlıq və institusional inteqrasiya prizmalarından qiymətləndirir. Liberal yanaşmaya görə, ABŞ və Avropa arasında davamlı və dərin əməkdaşlığın əsasında ortaq dəyərlər sistemi, qarşılıqlı asılılıqlar və beynəlxalq təşkilatlar vasitəsilə formalaşmış institusional çərçivələr dayanır. Liberal nəzəriyyə tərəfdarları hesab edirlər ki, Transatlantik münasibətlərin uğuru yalnız güc balansına deyil, eyni zamanda, beynəlxalq hüquqa, normativ uyğunluğa və qarşılıqlı etimada əsaslanan strukturlaşdırılmış dialoqa söykənir. Bu prizmadan yanaşdıqda, müasir dövrün çoxşaxəli çağırışları – qlobal iqlim dəyişikliyi, pandemiyalar, kibertəhlükəsizlik, enerji transformasiyası və geoiqtisadi qeyri-sabitlik – yalnız dəyərlərə əsaslanan multilateralizm və çevik institusional koordinasiya vasitəsilə effektiv şəkildə həll oluna bilər. Bu səbəbdən liberal yanaşma Transatlantik əməkdaşlığın müasirləşdirilməsini, yeni çağırışlara uyğunlaşdırılmasını və iştirakçıların ortaq demokratik dəyərlər əsasında daha çevik və dinamik yanaşmalar formalaşdırmasını zəruri hesab edir.

Beləliklə, realizm və liberalizm Transatlantik münasibətlərə fərqli baxış bucaqlarından yanaşsalar da, hər iki nəzəriyyə bu münasibətlər sisteminin beynəlxalq düzəndə mühüm rol oynadığını qəbul edir. Reallıqda isə bu iki nəzəri yanaşmanın elementləri zaman-zaman bir-birini tamamlayan və qarşılıqlı şəkildə təsir edən bir strukturda təzahür edir.

(ardı var)

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see392

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see306

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see261

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see239

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see232

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see231

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see229

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see226

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see224

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see218

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see216

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see215

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see204

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see203

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see199

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see191

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see165

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri