Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Qlobal güc paritetinin dəyişən koordinatları

Qlobal güc paritetinin dəyişən koordinatları

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ – Çin institusional qarşıdurması kontekstində

VIII məqalə

Qlobal diplomatiya səhnəsində getdikcə dərinləşən və çoxşaxəli bir rəqabət müşahidə olunur: Çin və ABŞ beynəlxalq təşkilatlarda mövqe uğrunda mübarizədə qarşı-qarşıya gəlirlər. Aralarındakı qarşıdurma qlobal idarəetmənin əsas prinsiplərini yenidən formalaşdırır: Çin mövcud qurumlarda təsirini artırmaqla yanaşı, alternativ platformalar qurur; ABŞ isə həm bu təşəbbüslərə qarşı müqavimət göstərir, həm də yeni ittifaqlar vasitəsilə öz liderliyini möhkəmləndirməyə çalışır.

Çinin beynəlxalq təşkilatlarda təsirini artırmaq strategiyası son illərdə həm miqyas, həm də hədəf baxımından daha sistemli və məqsədyönlü xarakter alıb. Onun strategiyası iki əsas istiqamətdə həyata keçirilir: mövcud beynəlxalq qurumlarda nüfuzun genişləndirilməsi və bu institutlara alternativ, paralel strukturların qurulması. Hər iki istiqamət Çinin yüksələn qlobal güc olaraq beynəlxalq sistemin qaydalarını öz maraqları çərçivəsində formalaşdırmaq istəyi ilə bağlıdır. Çin, ilk növbədə, mövcud beynəlxalq təşkilatlarda, xüsusilə, Birləşmiş Millətlər Təşkilatının müxtəlif agentliklərində və Ümumdünya Ticarət Təşkilatında (ÜTT) daha çox mövqe və təsir əldə etməyə çalışır. Xüsusilə, inkişaf etməkdə olan ölkələrlə münasibətlərdə Çin iqtisadi və humanitar yardımları strateji alət kimi istifadə edir. Mərkəzi Asiya, Afrika və Cənub–Şərqi Asiya regionlarında Çin tərəfindən təqdim olunan infrastruktur layihələri, kredit proqramları, tibbi yardım və texniki dəstək formaları vasitəsilə bu ölkələrin siyasi dəstəyini qazanmağa çalışır.

Ticarət və iqtisadi sahədə isə Çin ÜTT çərçivəsində daha fəal mövqedən çıxış edir. Əsas məqsəd ticarət rejimlərinin öz maraqlarına uyğun şəkildə liberallaşdırılması, inkişaf etməkdə olan ölkələr üçün xüsusi güzəştlərin qorunması və texnoloji transfer sahəsində yeni normativ çərçivələrin formalaşdırılmasıdır. Çin rəhbərliyi texnologiyanın milli inkişaf üçün vacibliyini vurğulayaraq, bu sahədə daha ədalətli və inklüziv qaydaların müəyyənləşdirilməsinə çalışır. Burada Pekinin əsas arqumenti odur ki, mövcud qaydalar, əsasən, Qərb şirkətlərinin maraqlarını qoruyur və qlobal inkişafda qeyri-bərabərliyi dərinləşdirir. Çinin bu strategiyası, sadəcə, texniki və idarəetmə məsələləri ilə məhdudlaşmır. Əksinə, bu yanaşma daha dərin ideoloji və normativ hədəfləri özündə cəmləyir. Pekin rəhbərliyi beynəlxalq hüququ və təşkilatları yalnız Qərbin liberal dəyərlərinin daşıyıcısı kimi deyil, həm də qlobal Cənubun maraqlarını və inkişaf modellərini əks etdirən daha çoxqütblü və balanslı platformalara çevirməyi qarşısına məqsəd qoyur.

Çinin qlobal idarəetmə sisteminə yanaşmasında ikinci əsas xətt – paralel və alternativ beynəlxalq institutların yaradılmasıdır. Həmin təşəbbüslər isə həm qlobal qərar qəbuletmə sistemində Çin üçün daha çox təsir imkanı yaratmaq, həm də mövcud Qərb mərkəzli institutların hegemonluğuna alternativ formalaşdırmaq məqsədi daşıyır. Bu istiqamətdə ən bariz nümunələrdən biri Asiya İnfrastruktur İnvestisiya Bankı və “Bir kəmər, bir yol” təşəbbüsüdür. Hər iki layihə iqtisadi vasitələrlə geosiyasi nüfuz qurmaq və beynəlxalq münasibətlər sistemində Çin mərkəzli inteqrasiya modeli yaratmaq niyyəti ilə səciyyələnir. Asiya İnfrastruktur İnvestisiya Bankı 2016-cı ildə fəaliyyətə başlayan və Pekin tərəfindən irəli sürülən bu maliyyə institutu formal olaraq Asiyanın infrastruktur ehtiyaclarını qarşılamaq üçün yaradılıb. Əslində, Dünya Bankı və Asiya İnkişaf Bankı kimi Qərbin nəzarətində olan maliyyə institutlarına qarşı iqtisadi alternativdir. Bankın idarəetmə strukturu və qərar qəbuletmə mexanizmləri elə tənzimlənib ki, Çin burada faktiki veto hüququna sahibdir. Məhz bu amil onu regionda və daha geniş mənada beynəlxalq sistemdə öz iqtisadi və siyasi gündəmini irəli sürmək üçün mühüm aktora çevirir.

Digər tərəfdən, “Bir kəmər, bir yol” təşəbbüsü təkcə iqtisadi layihə deyil, əslində, Çinin XXI əsr üçün nəzərdə tutduğu yeni dünya nizamının geostrateji xəritəsidir. Avropa, Asiya və Afrikanı əhatə edən bu nəhəng layihə infrastruktur sərmayələri, limanlar, dəmir yolları, enerji daşıyıcıları və rəqəmsal texnologiyalar üzərindən ölkələri Pekinin iqtisadi orbitinə daxil etmək məqsədi güdür. Layihə çərçivəsində ölkələrin əksəriyyəti Çinlə ikitərəfli sazişlər imzalayıb, bir çoxu isə kredit asılılığı və borc diplomatiyası nəticəsində Pekinə qarşı siyasi güzəştlərə məcbur qalıb. Çinin bu təşəbbüsləri, xüsusilə ABŞ tərəfindən qlobal güc balansına birbaşa təhdid kimi qəbul edilir. ABŞ və onun müttəfiqləri Çinin “alternativ dünya nizamı”na qarşı həm siyasi, həm iqtisadi, həm də normativ səviyyədə cavab verməyə çalışırlar. Cavab əsasən iki istiqamətdə cəmlənir: yeni alyansların yaradılması və mövcud institutlar vasitəsilə Çin təsirinin qarşısını almaq. Çin–ABŞ rəqabətinin Hind–Sakit okean bölgəsində aldığı strateji ölçülər son illərdə beynəlxalq sistemdə yeni təhlükəsizlik və əməkdaşlıq formatlarının meydana gəlməsinə səbəb olub. Elə bu kontekstdə də AUKUS və QUAD (Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq) kimi alyanslar Qərbin Çinə qarşı koordinasiya olunmuş cavab strategiyasının konkret və sistemli təzahürləri kimi dəyərləndirilir. 2021-ci ildə elan edilmiş AUKUS formatı – Avstraliya, Böyük Britaniya və ABŞ arasında üçtərəfli təhlükəsizlik paktı Çin üçün ciddi geostrateji siqnal idi. Alyansın əsas məqsədi yalnız bölgədə təhlükəsizlik balansını qorumaq deyil, həm də geostrateji deterensiya vasitəsilə Çinin Hind–Sakit okeanda nüfuz artımının qarşısını almaqdır. AUKUS-un ən diqqətçəkən elementi Avstraliyanın ABŞ və Britaniya texnologiyası əsasında nüvə enerjili sualtı qayıqlarla təchiz olunmasıdır ki, bu da təkcə regional güc balansının dəyişməsi demək deyil, həm də texnoloji üstünlük və informasiya paylaşımı kontekstində “məxfi informasiya bloku”nun formalaşmasıdır. AUKUS, eyni zamanda, kiber təhlükəsizlik, süni intellekt və kvant texnologiyaları kimi gələcəyin strateji sahələrində də əməkdaşlığı nəzərdə tutur. Nəticə etibarilə artıq klassik hərbi ittifaqlardan fərqli olaraq, gələcək təhlükələrə qarşı qabaqlayıcı güc mərkəzinin qurulması anlamına gəlir.

Çin bu təşəbbüsü açıq şəkildə “soyuq müharibə təfəkkürünün dirçəlişi” adlandıraraq, onun bölgədə silahlanma yarışını sürətləndirəcəyini və regional sabitliyi pozacağını bəyan edib.

Pekinin narahatlığı başadüşüləndir: AUKUS Çinin “dəniz ipəyi yolu” strategiyasına ciddi zərbə vurur və dəniz nəqliyyat marşrutlarında ABŞ-ın üstünlüyünü gücləndirir. AUKUS-dan fərqli olaraq, QUAD–ABŞ, Yaponiya, Hindistan və Avstraliya arasında dördtərəfli təhlükəsizlik və əməkdaşlıq platforması – daha çevik, genişsahəli və yumşaq diplomatik mexanizmlərlə işləyən bir formatdır. Əvvəlcə “Asiya NATO-su” kimi təqdim edilsə də, QUAD son illərdə daha çox rəqəmsal təhlükəsizlik, tədarük zəncirlərinin şaxələndirilməsi, iqlim dəyişikliyi və səhiyyə diplomatiyası sahələrinə fokuslanır. Eyni zamanda, QUAD-ın texnoloji komponenti – 5G, rəqəmsal infrastruktur və süni intellekt sahəsində Çin alternativlərinə qarşı müqavimət göstərmək – ABŞ-ın texnoloji bloklaşma siyasətinin bölgə miqyasında yayılması ilə üst-üstə düşür. Çin bu formatı da öz maraqlarına qarşı yönəlmiş “regionda blok siyasətinə dönüş” kimi dəyərləndirir və regional inteqrasiyanın açıq və inklüziv formatlarda həyata keçirilməli olduğunu vurğulayır.

Pekin alternativ olaraq Regional Çoxtərəfli İqtisadi Tərəfdaşlıq və Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformaları gücləndirməklə özünə yaxın normativ və institusional məkana yol açmağa çalışır. Digər tərəfdən, ABŞ ÜTT və Dünya Bankı kimi mövcud institutlarda Çin təsirinin balanslaşdırmaqla, eyni zamanda, “Demokratik ölkələrin ittifaqı” ideyasını irəli sürərək beynəlxalq normativ sistemin liberal dəyərlər əsasında qorunmasını gündəmə gətirir. Aralarındakı mübarizə artıq yalnız iqtisadi rəqabət və ya diplomatik manevr deyil, qlobal ideoloji qarşıdurma forması alıb – “avtoritar kapitalizm” və “liberal demokratiya” modelləri arasında sivilizasion səviyyədə gedən bir mübarizədir.

Yeni platformalar beynəlxalq münasibətlər sistemində yaranmaqda olan yeni geosiyasi arxitekturanın siluetini ortaya qoyur. Artıq ənənəvi qlobal institutların – BMT, ATƏT, ÜTT kimi universal təşkilatların – rolu əvvəlki dominantlığını itirir, onların funksiyaları isə tədricən selektiv və məqsədyönlü alyanslar tərəfindən əvəz olunur. Müasir çoxtərəfli diplomatiyanın universal və inklüziv ruhu zəifləyir, yerini regional maraqlara və güc balansına əsaslanan yeni diplomatik modellər tutur.

Bu prosesdə ən maraqlı məqam odur ki, artıq zəif və orta güclü dövlətlər də əvvəlki kimi geosiyasi tənzimləmələrin passiv müşahidəçiləri deyillər. Əksinə, onlar bu çoxmərkəzli mühitdə daha çevik manevr imkanlarına sahib aktiv oyunçulara çevrilirlər. Yeni dünya nizamında uğur, hərbi və iqtisadi gücdən çox diplomatik çeviklik, strateji tərəfdaşlıq seçimi və texnoloji inteqrasiya bacarığı ilə ölçülür. Beynəlxalq təşkilatlar isə əvvəllər olduğu kimi, ümumi konsensus və hüquqi normalar əsasında deyil, daha çox geopolitik maraqların və strateji bloklaşmanın meydanına çevrilir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see392

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see306

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see261

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see239

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see232

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see231

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see229

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see226

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see224

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see218

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see216

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see215

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see204

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see203

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see199

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see191

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see165

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri