Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti işə başlayıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Bakıda Gülüstan sarayında BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və Azərbaycan Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) mövzusunda beynəlxalq sammit öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev beynəlxalq sammitin iştirakçılarına müraciət edib. Müraciəti Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev oxuyub.
Sammit çərçivəsində dövlət idarəçiliyi sahəsində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsi üçün çoxşaxəli yanaşmaların tətbiqi ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, habelə bu sahədə Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq kimi mühüm mövzuların müzakirəsi nəzərdə tutulur.
Tədbirdə 100-dən çox ölkənin nazirləri və yüksəksəviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri iştirak edir.
Müxbirlər - Günel Türksoy, Tərgül Babayeva
Fotoqraf - İlkin Cavanşirov
Operator - Vüsal Taqiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 05 Noyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















