Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

“Qlobal iqtisadi resessiya riski var” Əgər müharibə davam edərsə...”

“Qlobal iqtisadi resessiya riski var” Əgər müharibə davam edərsə...”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rövşən Ağayev: “Belə bir enerji bazarında ciddi struktur və institusional dəyişikliklərə gətirib çıxara bilər”

“Son 50 ildə dünya neft bazarında baş verən böhranların tarixini analiz edərkən iki mühüm nəticə ortaya çıxır. Birinci nəticə ondan ibarətdir ki, neftin müəyyən maksimum qiymət həddi var və dünya iqtisadiyyatı bundan daha yüksək qiymətlərə uzun müddət tab gətirə bilmir. İkinci mühüm məqam isə budur ki, neft qiymətləri uzun müddət yüksək səviyyədə qaldıqda qlobal iqtisadi resessiya qaçılmaz olur və bunun ardınca qiymətlərin kəskin düşməsi baş verir”.

“AzPolitika” bildirir ki, bunu iqtisadçı Rövşən Ağayev dünya enerji bazarında mövzud vəziyyəti şərh edərkən deyib.

İqtisadçı qeyd edir ki, 1973–1974-cü illərdə ərəb ölkələrinin ABŞ və Qərb dövlətlərinə qarşı tətbiq etdiyi neft embarqosu nəticəsində qiymətlər dörd dəfə artdı: “Pik qiymətlər cəmi beş ay davam etsə də, ümumilikdə yüksək qiymətlər təxminən dörd il saxlanıldı. Bunun nəticəsi çox ağır oldu: aparıcı iqtisadiyyatlarda yüksək staqflyasiya yarandı və neft bazarında kəskin eniş başladı. Hətta bəzi analitiklər hesab edir ki, bu proses Sovet İttifaqı iqtisadiyyatının iflasının sürətlənməsində də müəyyən rol oynayıb”.

R.Ağayev xatırladır ki, 1990–1991-ci illərdə İraqın Küveytə hərbi müdaxiləsi nəticəsində yaranan neft böhranı isə daha qısa müddət davam etdi. Təxminən doqquz ay çəkən bu böhran qlobal iqtisadiyyat üçün sarsıdıcı nəticələr doğurmadı: “2008-ci ildə baş verən neft qiyməti şoku isə təxminən 6–7 ay davam etdi. Həmin dövrdə neftin qiyməti 147 dollara qədər yüksəlmişdi. Qiymətlərin bu qədər kəskin artması qlobal maliyyə bazarlarında artıq başlamış böhranı daha da dərinləşdirdi və ağır nəticələrə səbəb oldu. Bəzi qiymətləndirmələrə görə, həmin böhran dünya iqtisadiyyatına təxminən 10 trilyon dollar ziyan vurdu. Qlobal ÜDM təxminən 3 faiz azaldı, dünya ticarəti isə 10 faiz gerilədi”.

İqtisadçının sözlərinə görə, ərəb dünyasında baş verən inqilablar və İrana qarşı sanksiyalar nəticəsində 2011–2014-cü illərdə yaranan qiymət şoku isə ən uzun davam edən neft bazarı böhranı hesab olunur. Həmin dövrdə neftin qiyməti 125 dollara qədər yüksəlmişdi.

“Lakin o mərhələdə dünya iqtisadiyyatı tam böhrana girmədi. Çünki ABŞ 2008-ci il maliyyə böhranından sonra iqtisadi yüksəliş mərhələsini yaşayırdı, Çin isə sürətli iqtisadi artım dövrünün ortasında idi. Qlobal iqtisadi artım müəyyən qədər zəifləsə də, dünya iqtisadiyyatı böhran mərhələsinə keçmədi”, - iqtisadçı xatırladır.

R.Ağayev qeyd edir ki, bu dövrdə mühüm rol oynayan amillərdən biri də ABŞ-da şist neft hasilatında baş verən inqilabi dəyişikliklər idi. Bunun sayəsində ABŞ cəmi 3–4 il ərzində neft hasilatını demək olar ki, iki dəfə artırmağa nail oldu.

İqtisadçı qeyd edir ki, 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində yaranan qiymət şokunun da ciddi nəticələri oldu. Qlobal inflyasiya sürətlə artdı: ABŞ-da inflyasiya 9 faizə, Avrozonada isə təxminən 10 faizə yaxınlaşdı. İqtisadi artım isə mənfi zonaya keçdi. Bu proses həm pandemiyanın təsiri, həm də onun ardınca enerji qiymətlərinin sürətlə yüksəlməsi ilə bağlı idi.

Rövşən Ağayev hesab edir ki, hazırkı qiymət şokunun nə qədər davam edəcəyini iqtisadçılardan daha çox geosiyasi proseslər müəyyən edəcək.

Əsas sual isə budur: İrana mümkün müdaxilənin nəticəsi necə olacaq və hərbi qarşıdurma nə vaxt başa çatacaq?

O, bildirir ki, bir neçə mümkün ssenari var: “Əgər yaxın bir ay ərzində razılaşma əldə olunarsa, qlobal iqtisadiyyat ciddi itkilərlə üzləşmədən qiymət şoku aradan qalxa bilər. Məsələn, 1990–1991-ci illərdə baş verən hadisələr zamanı qiymətlər təxminən üç ay ərzində əvvəlki səviyyəsinə qayıtmışdı.

Əgər müharibə daha uzun – bir ildən çox davam edərsə, alternativ enerji mənbələri hesabına istehsalın artırılması və yeni nəql marşrutlarının yaradılması qiymətlərdə müəyyən sabitlik yarada bilər. Lakin Tramp administrasiyasının dövründə formalaşmış ucuz enerji qiymətlərinə qısa müddətdə qayıtmaq çətin olacaq. Bu halda uzun müddət yüksək qalan enerji qiymətləri qlobal iqtisadi resessiya riskini artıracaq. Əgər qarşıdurma daha da uzanaraq iki-üç il davam edərsə, qlobal qarşıdurma riski əhəmiyyətli dərəcədə arta bilər. Belə bir ssenari 1970-ci illərdə olduğu kimi enerji bazarında ciddi struktur və institusional dəyişikliklərə gətirib çıxara bilər”.

Ekspertin sözlərinə görə, 1970-ci illərin enerji böhranı nəticəsində nüvə enerjisi və kömürdən istifadənin sürətlə genişlənməsi, qaz infrastrukturlarının inkişafı və OPEC-in bazarın əsas oyunçularından birinə çevrilməsi baş vermişdi: “İndi isə oxşar dəyişikliklər başqa istiqamətlərdə baş verə bilər. Alternativ enerji sektorunun sürətlə genişləndirilməsi, enerji səmərəliliyinə və enerji saxlama texnologiyalarına investisiyaların artırılması, LNG və atom enerjisinə böyük sərmayələrin qoyulması, həmçinin enerji təchizatı coğrafiyasının daha da şaxələndirilməsi – xüsusilə Afrika və Amerika qitələri hesabına – gələcək struktur dəyişikliklərinin əsas istiqamətləri ola bilər”.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Mart 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see620

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see434

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see429

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see398

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see381

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see378

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see339

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see278

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see263

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see261

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see243

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see240

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see222

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see220

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see219

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see216

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see215

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see214

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see205

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri