Icma.az
close
up
RU
Qlobal istiləşmə əvvəlkindən daha sürətlə təhlükəli həddə gəlir

Qlobal istiləşmə əvvəlkindən daha sürətlə təhlükəli həddə gəlir

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Qlobal istiləşmə əvvəlkindən daha sürətlə təhlükəli həddə gətirib çıxarır və iqlim dəyişməsinin yaratdığı ekosistemlərin kollapsında ilk “geri qayıtmama nöqtəsi”nə artıq çatmışıq, deyə alimlər xəbərdarlıq ediblər. İlk belə “dönüş nöqtəsi” bütün dünyada mərcan riflərinin faktiki olaraq geri dönüşü olmayan yox olub getməsidir.

AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, nəşr 23 ölkədən 160 alimin hesabatına istinad edir. Burada bildirilir ki, Yer kürəsi istixana qazları emissiyası ilə bağlı “fəlakətli geri qayıtmama nöqtəsinə” çatıb. Riflərin 80 faizindən çoxu ekstremal okean temperaturundan zərər çəkib.

Alimlərin hesablamalarına görə, riflər temperatur XIX əsrin ikinci yarısının göstəricilərini 1-1,5 dərəcə üstələyəndə kritik həddə çatır. Hazırda qlobal istiləşmə 1,4 dərəcə Selsi səviyyəsindədir.

“Əgər biz mümkün qədər tez 1,2 dərəcə Selsi olan qlobal orta səth temperaturuna (perspektivdə isə ən azı 1 dərəcə Selsi) qayıtmasaq, biz planetimizdə isti su riflərini hər hansı bir əhəmiyyətli miqyasda saxlaya bilməyəcəyik”, – deyə hesabatda deyilir.

Alimlərin fikrincə, dünya Amazonun quruması, əsas okean axınlarının dağılması və buz təbəqələrinin itirilməsi də daxil olmaqla, digər uçurum nöqtələrinə də çatmaq ərəfəsindədir.

Bununla belə, bəzi ekspertlər hesabatdakı mərcan riflərinin məhv edilməsi ilə bağlı iddiaları şübhə altına alıblar.

Avstraliyanın Kvinslend Universitetinin mərcan rifləri üzrə aparıcı mütəxəssisi professor Piter Mambi bildirib ki, riflər uyğunlaşma qabiliyyətinə malikdir və əvvəllər ehtimal edildiyi temperaturlardan daha yüksək temperaturlarda həyat qabiliyyətinə malik qala bilir.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azpost.info
archiveBu xəbər 14 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri