Qlobal proseslər 2025 ci ildə Azərbaycanın iqtisadi sabitliyinə necə təsir etdi?
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 26 dekabr, AZƏRTAC
Hazırda qlobal iqtisadiyyatda ciddi təlatümlər və volatillik müşahidə olunur. Bir tərəfdən geosiyasi gərginliklər və müharibələr qlobal iqtisadi artıma mənfi təsir göstərir, digər tərəfdən dünya ticarət dövriyyəsinin azalmasına və strateji məhsulların qiymətlərində dalğalanmalara səbəb olur.
Bu barədə AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə həm neftin, həm də digər strateji məhsulların qiymətlərində dəyişkənlik müşahidə edilib.
“Belə ki, neft və qazın qiymətlərində azalmalar qeydə alındığı halda, qızılın qiymətində artım olub. Qızılın bahalaşması əsasən qlobal iqtisadiyyatda mövcud olan qeyri-müəyyənliklə bağlıdır. Qlobal risklər artdıqca investorlar qızıl bazarına daha çox sərmayə qoymaqda maraqlı olurlar ki, bu da qiymət artımına səbəb olur. Bütün bu qlobal çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2025-ci ildə iqtisadi artım tempini qoruyub saxlayıb. Ən mühüm məqamlardan biri iqtisadi artımda qeyri-neft sektorunun payının artmasıdır. Belə ki, ilin ötən dövründə neft-qaz və ümumilikdə enerji sektorunda 1,8 faiz azalma qeydə alındığı halda, qeyri-neft-qaz sektorunda təxminən 4 faiz artım olub. Bu göstəricilər qeyri-neft sektorunun 2025-ci ildə iqtisadi inkişafın əsas drayverinə çevrildiyini göstərir”, - deyə Vüqar Bayramov vurğulayıb.
Deputatın fikrincə, bu tendensiya iqtisadiyyatın diversifikasiyası və uzunmüddətli dayanıqlığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 26 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















