Icma.az
close
up
RU
Qlobal iqtisadi proseslər Azərbaycanın tranzit potensialını daha da aktuallaşdırır EKSPERT DANIŞDI

Qlobal iqtisadi proseslər Azərbaycanın tranzit potensialını daha da aktuallaşdırır EKSPERT DANIŞDI

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Müasir dövrdə müharibələr yalnız hərbi və siyasi hadisə deyil, həm də qlobal iqtisadiyyata təsir göstərən mühüm amildir. Münaqişələr enerji bazarlarında qiymət dəyişikliklərinə, beynəlxalq ticarət marşrutlarının pozulmasına, inflyasiyanın yüksəlməsinə və investisiya fəallığının azalmasına səbəb olur. Beynəlxalq Valyuta Fondunun 2026-cı ilin oktyabr ayına dair proqnozuna əsasən, dünya iqtisadiyyatının artım tempinin 2026-cı ildə 3,1 faiz, qlobal inflyasiyanın isə 4,7 faiz olacağı gözlənilir".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov deyib.

Samir Heydərov sözlərinə belə davam edib: "Bu göstəricilər geosiyasi risklərin dünya iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir.

Azərbaycan iqtisadiyyatı qlobal proseslərə əsasən iki istiqamətdə reaksiya verir. Bir tərəfdən, neft və qaz qiymətlərinin yüksəlməsi ixrac gəlirlərini və dövlətin maliyyə imkanlarını artıra bilər. Digər tərəfdən, enerji, ərzaq və logistika xərclərinin artması idxal inflyasiyasını gücləndirir. Beynəlxalq Valyuta Fondunun 2026-cı il üzrə qiymətləndirməsinə əsasən, Azərbaycanın iqtisadi artımının təxminən 2,1 faiz, ilin sonuna inflyasiyanın isə 5,8 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Bu, enerji ixracından əldə edilən əlavə gəlirlərin iqtisadiyyat üçün müəyyən üstünlüklər yaratmasına baxmayaraq, risklərin də mövcud olduğunu göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 129,1 milyard manat təşkil edib, real iqtisadi artım isə 1,4 faiz olub. Qeyri-neft-qaz sektorunda artım 2,7 faiz təşkil edib, istehlak qiymətləri isə əvvəlki illə müqayisədə 5,6 faiz yüksəlib. 2026-cı ilin yanvar-sentyabr aylarında ÜDM real ifadədə 1,5 faiz, qeyri-neft-qaz iqtisadiyyatı isə 2,6 faiz artıb. Bu rəqəmlər qeyri-neft sektorunun iqtisadi inkişafda rolunun artırılmasının vacibliyini göstərir.

İlk növbədə, Azərbaycanın tranzit və logistika imkanları ön plana çıxır. Beynəlxalq ticarət marşrutlarında risklər artdıqca, alternativ dəhlizlərin əhəmiyyəti də yüksəlir. Azərbaycan Orta Dəhlizin inkişafı, Şərq-Qərb ticarət əlaqələrinin genişləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və qeyri-neft ixracının artırılması istiqamətində əlavə imkanlar əldə edə bilər.

Müharibələr dünya iqtisadiyyatında həm risklər, həm də yeni imkanlar yaradır. Azərbaycanın əsas məqsədi bu imkanlardan səmərəli istifadə etmək, xarici şoklara davamlılığı artırmaq və enerji gəlirlərini dayanıqlı iqtisadi inkişafa çevirməkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Noyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri