Icma.az
close
up
RU
Menu

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Qlobal sistem iflas edir: Bakı ön cəbhədə

Qlobal sistem iflas edir: Bakı ön cəbhədə

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 “Çoxqütblü dünya nizamının formalaşması beynəlxalq sabitliyin təmin olunması üçün yeni mexanizmlərin axtarışlarını zəruri edib. Müasir beynəlxalq münasibətlər sistemində ənənəvi qlobal idarəetmə institutlarının səmərəliliyinin azalması münaqişələrin qarşısının alınması və onların həlli məsələlərində çevik yanaşmalara olan ehtiyacı daha da aktuallaşdırır. Məhz bu kontekstdə Sülh Şurası beynəlxalq dialoq və əməkdaşlıq üçün yeni platforma kimi meydana çıxır”. 

Bu fikirləri Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Sülh Şurasının yaradılması beynəlxalq təhlükəsizlik sistemində mövcud mexanizmlərin imkanlarının məhdudlaşması fonunda ortaya çıxan obyektiv tələbatın nəticəsidir. Müharibədən sonrakı dövrdə formalaşmış institutlar bu gün getdikcə daha çox siyasi ziddiyyətlər, qərarların qəbulunda ləngimələr və institusional böhranlarla üz-üzə qalır. Bu şəraitdə daha az bürokratik, daha çevik və konkret nəticələrə yönəlmiş formatlara ehtiyac yaranır. Sülh Şurası da məhz belə bir mexanizm kimi, dövlətlər arasında birbaşa siyasi dialoqu təşviq etməyi və münaqişələrin qarşısının alınmasında praktik diplomatiyanın rolunu gücləndirməyi hədəfləyir.

Deputatın fikrincə, Azərbaycanın Sülh Şurasında iştirakı təsadüfi deyil və ölkənin son illərdə formalaşdırdığı xarici siyasət xəttinin məntiqi davamı kimi qiymətləndirilməlidir. Azərbaycan regionda yeni siyasi reallıqlar yaradan, münaqişədən çıxmış və postmünaqişə dövründə bərpa, reinteqrasiya və davamlı sülh modelini həyata keçirən dövlət kimi beynəlxalq miqyasda mühüm təcrübə qazanıb. Bu təcrübə artıq yalnız regional deyil, qlobal səviyyədə də maraq doğurur. Eyni zamanda, Azərbaycan balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdərək blok qarşıdurmalarından kənar mövqe tutur, müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq qurur və dialoqu prioritet hesab edir. Sülh Şurasında iştirak rəsmi Bakıya beynəlxalq sülh gündəliyinin formalaşdırılmasında daha fəal rol oynamaq, öz mövqelərini və yanaşmalarını yeni diplomatik platformalarda ifadə etmək imkanı yaradır.

Sevinc Fətəliyeva qeyd edib ki, Sülh Şurasında bir sıra türk dövlətlərinin təmsil olunması da diqqətçəkən məqamdır: “Bu, formal siyasi blokdan daha çox, ortaq strateji baxışlara və uzunmüddətli maraqlara əsaslanan əməkdaşlıq modelidir. Regional sabitlik, nəqliyyat və enerji təhlükəsizliyi, eləcə də Avrasiya məkanında əlaqəliliyin artırılması bu dövlətləri birləşdirən əsas istiqamətlərdəndir. Azərbaycan üçün bu konfiqurasiya həm siyasi dialoqun dərinləşdirilməsi, həm də regional təşəbbüslərin qlobal müstəviyə çıxarılması baxımından əlavə imkanlar açır”. 
Bununla yanaşı, deputat diqqətə çatdırıb ki, Sülh Şurasının fəaliyyəti və institusional mexanizmləri hələ formalaşma mərhələsindədir. Qərarların qəbulu mexanizmləri, hüquqi çərçivə və uzunmüddətli mandat məsələləri gələcəkdə daha aydın konturlar alacaq. Bu isə müəyyən suallar və tənqidi yanaşmalar doğura bilər. Lakin məhz bu mərhələdə Azərbaycanın proseslərdə iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bakı yeni beynəlxalq formatların dar siyasi maraqlara xidmət edən platformalara çevrilməməsində, onların suverenlik, qarşılıqlı hörmət və praqmatizm prinsipləri əsasında formalaşmasında maraqlıdır.

“Nəticə etibarilə, Azərbaycanın Sülh Şurasında iştirakı qısamüddətli diplomatik addım deyil, ölkənin qlobal siyasətdə artan rolunun tərkib hissəsidir. Müasir beynəlxalq münasibətlər sistemində sülhün möhkəmləndirilməsi yalnız bəyanatlarla deyil, real təcrübə və məsuliyyətli yanaşma ilə mümkündür. Azərbaycan məhz bu yanaşmanı təklif edərək, yeni qlobal dialoq arxitekturasında etibarlı və konstruktiv tərəfdaş kimi mövqeyini daha da gücləndirir”,- deyə Sevinc Fətəliyeva vurğulayıb.

 Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Yanvar 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see338

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see306

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see293

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see290

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see281

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see281

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see248

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see208

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see204

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see202

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see200

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see197

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see194

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see192

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see189

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see186

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see166

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri