Icma.az
close
up
RU
Qlobal sülh və birliyin simvolu ŞƏRH

Qlobal sülh və birliyin simvolu ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Müasir dünyada münaqişələr, sosial bərabərsizlik və mədəni ayrı-seçkilik hələ də ciddi problemlər olaraq qalır. Belə bir dövrdə insanları birləşdirən, dialoq və qarşılıqlı hörməti təşviq edən təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Zayed İnsan Qardaşlığı Mükafatı qlobal sülhə və humanist dəyərlərə töhfə verən nüfuzlu beynəlxalq mükafatlardan biridir.

Zayed İnsan Qardaşlığı Mükafatı 2019-cu ildə təsis edilmişdir. Mükafat öz adını Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti olan Şeyx Zayed bin Sultan Al Nəhyandan alır. Şeyx Zayed insanların fikrinə, dininə, dilinə, milliyyətinə, həyat tərzinə və seçimlərinə hörmətlə yanaşmağın, insanlara mərhəmətli davranmağın və müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir cəmiyyətdə qarşılıqlı hörmət və anlayış şəraitində yaşaması dəyərlərinin fəal müdafiəçisi kimi tanınmışdır. Zayed İnsan Qardaşlığı Mükafatının əsas məqsədi insan qardaşlığı ideyasını təşviq etmək, dini, etnik və mədəni fərqlər arasında körpülər qurmaq və sülh, həmrəylik və birgəyaşayışa töhfə verən şəxsləri və təşkilatları tanımaqdan ibarətdir.

Zayed İnsan Qardaşlığı Mükafatı təkcə bir təltif deyil, eyni zamanda güclü bir mesajdır. Bu mükafat dünyaya xatırladır ki, sülh yalnız siyasi razılaşmalarla deyil, insan münasibətləri ilə qurulur.

Mükafatın təqdim olunması üçün namizədlər beynəlxalq müstəqil komitə tərəfindən seçilir. Seçim zamanı onların cəmiyyətə verdiyi töhfə, fəaliyyətlərinin təsiri və insanlıq dəyərlərinə xidmət etməsi əsas meyarlar kimi nəzərə alınır. Bu mükafatın əsas məqsədi dünyada insan qardaşlığı ideyasını təşviq etmək, müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı anlaşmanı gücləndirməkdir. Mükafat sülhün qorunması, insan hüquqlarının müdafiəsi, humanitar yardım və sosial ədalət sahəsində mühüm fəaliyyət göstərən şəxslərə və təşkilatlara təqdim olunur.

İsveçrənin Davos şəhərində hər il Ümumdünya İqtisadi Forumu tərəfindən təşkil olunan dünya miqyasında böyük əhəmiyyət daşıyan beynəlxalq toplantıda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdə iştirak etmiş, 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri arasında yer almışdır. Bu mükafat ona Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsi üçün göstərdiyi səylərə görə verilmişdir. Mükafatın təqdim olunması bu sahədəki diplomatik uğurların beynəlxalq səviyyədə qiymətləndirilməsi hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2026-cı ildə Zayed İnsan Qardaşlığı Mükafatı mövzusu ilə bağlı çıxışında insan qardaşlığı, sülh və tolerantlığın müasir dünyada xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır. O qeyd etmişdir ki, müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanların qarşılıqlı hörmət və dialoq şəraitində birgə yaşaması qlobal sabitliyin əsas şərtidir. Prezident Cənab İlham Əliyev çıxışında Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə sadiq olduğunu, ölkəmizin bu dəyərlərin təşviqi istiqamətində beynəlxalq səviyyədə fəal mövqe tutduğunu bildirmişdir. Dövlət başçısı Zayed İnsan Qardaşlığı Mükafatını xalqlar arasında sülhün və həmrəyliyin gücləndirilməsinə xidmət edən mühüm beynəlxalq təşəbbüs kimi qiymətləndirmişdir.

Azərbaycanın Respublikasının Prezidenti Cənab İlham Əliyevində sadalanan liderlərin və dünya xadimlərinin cərgəsində yer alması həqiqətən də qürurverici amil olmaqla bərabər, möhtəşəm uğur kimi qəbul edilir.

Əli Əliyev

Şahbuz rayon İcra Hakimiyyətinin əməkdaşı, YAP fəalı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri