Icma.az
close
up
RU
Qlobal təhlükəsizlikdə yeni strateji xətt: Bakı Təhlükəsizlik Forumu

Qlobal təhlükəsizlikdə yeni strateji xətt: Bakı Təhlükəsizlik Forumu

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlham Əliyev: Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir

Dünya son illərdə geosiyasi ziddiyyətlərin daha da kəskinləşdiyi, yeni hərbi-siyasi bloklaşmaların, hətta qütbləşmələrin formalaşdığı və beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı bir mərhələdən keçir. Qlobal güclər arasında qarşıdurmalar, müharibələr, terrorizm, hibrid təhdidlər və kiber hücumlar beynəlxalq təhlükəsizliyi zəiflədən amillər kimi ön plana çıxır. Belə bir mühitdə təhlükəsizlik sisteminin qorunub saxlanılması, yeni çağırışlara adekvat mexanizmlərin formalaşdırılması və qlobal həmrəyliyin təmin olunması bəşəriyyətin qarşısında duran əsas vəzifələrdən biridir.

Təhülkəsizlik amili: Bakı platforması regional və beynəlxalq miqyasda sülhün qorunmasına xidmət edir

Azərbaycan bu proseslərdə özünəməxsus mövqeyi və balanslaşdırılmış siyasəti ilə seçilir. Ölkəmiz təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında sülhün və sabitliyin təmin olunmasına töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diplomatiya, beynəlxalq tərəfdaşlıq platformaları və təhlükəsizlik təşəbbüsləri Azərbaycanın bu sahədə etibarlı tərəfdaş kimi qəbul olunmasına şərait yaradıb. Azərbaycanın həyata keçirdiyi siyasətin yalnız regional deyil, qlobal təhlükəsizlik indeksinin artırılmasına yönəlməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunu və strateji əhəmiyyətini təsdiqləyir.

Təhlükəsizlik məsələlərinin effektiv həllində vahid yanaşma, dövlətlərin həmrəyliyi və kəşfiyyat qurumlarının əməkdaşlığı xüsusi rol oynayır. Məhz bu baxımdan, Bakı Təhlükəsizlik Forumu müasir dövrün tələblərinə cavab verən mühüm platforma kimi çıxış edir. Bu forum müxtəlif ölkələrin təhlükəsizlik və kəşfiyyat orqanlarını bir araya gətirərək qlobal təhdidlərə qarşı mübarizədə koordinasiyalı fəaliyyətə şərait yaradır. Bakı platforması həm regional, həm də beynəlxalq miqyasda sülhün qorunması, risklərin azaldılması və gələcək təhlükəsizlik modelinin formalaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, qlobal arenada kəskinləşən geosiyasi ziddiyyətlər fonunda beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılmasında vacib rolu olan təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirən Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir: “Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir. Foruma olan marağın ildən-ilə artması müzakirəyə çıxarılan mövzuların vacibliyini əyani şəkildə əks etdirir”.

Qlobal konfrantasiyalar: dünya hansı böhranlarla üz-üzədir?

Müasir beynəlxalq münasibətlər sistemi klassik hərbi qarşıdurmalardan kənara çıxaraq daha mürəkkəb təhlükələr toplusu ilə üz-üzə qalıb. Bu gün terror şəbəkələri, transmilli cinayətkarlıq, narkotik qaçaqmalçılığı, miqrasiya böhranları, kiberhücumlar və informasiya müharibələri dövlətlərin təhlükəsizlik müstəvisini ciddi sınağa çəkir. Mərkəzi Avropada baş verən konfrantasiyalar, Yaxın Şərqdə davam edən qarşıdurmalar, Afrika və Asiyada separatizm ocaqları beynəlxalq təhlükəsizlik sisteminin zəif bəndlərini açıq şəkildə üzə çıxarır. Bu mənzərə göstərir ki, hər bir ölkənin təhlükəsizliyi qlobal sabitlikdən birbaşa asılıdır. Dövlət başçısı müraciətində bildirib ki, dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir. Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır: “Eyni zamanda, beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur. Bu kontekstdə dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddi narahatlıq doğurur. Şübhəsiz, müasir dövrün bu cür problemlərinin həlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir. Bu baxımdan Bakı Təhlükəsizlik Forumunun qlobal və regional təhlükəsizliyin ən aktual məsələləri barədə açıq və konstruktiv fikir mübadiləsinin aparılması üçün faydalı platformaya çevrilməsini görməkdən məmnunluq duyuruq”.

Təhlükəsizlik prioritetləri: mühüm qətiyyət, birmənalı mövqe, ədalətli yanaşma...

Beləliklə, kəskinləşən ziddiyyətlərin hökm sürdüyü qlobal nizamda Azərbaycan təhlükəsizlik siyasətini yalnız öz milli maraqları çərçivəsində deyil, ümumbəşəri dəyərlər və beynəlxalq sabitlik naminə həyata keçirir. Bu isə ölkəmizi qlobal təhlükəsizlik arxitekturasının mühüm dayaqlarından birinə çevirir. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu hazırkı real siyasi proseslərdə özünü doğruldur - beynəlxalq münasibətlərin katklizmlərlə dolu mürəkkəb mərhələsində Azərbaycan Cənubi Qafqazı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir, bütün ölkələrin təhlükəsizlik reflekslərini bölgəyə yönləndirir. Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq maraqlarını bizim coğrafiyada cəmləyir. Terrorizmə qarşı mübarizədə mühüm qətiyyət nümayiş etdirən Azərbaycan qeyri-adekvat halların istisna olunması üçün səylərini səfərbər edir - təhdid və təhlükələrə qarşı koordinasiyalı fəaliyyət təşkil edir, təhlükəsizliyi təmini üçün bütün gücləri birləşdirir.

Azərbaycan son illərdə həm regional, həm də beynəlxalq müstəvidə təhlükəsizliyin təmin olunması istiqamətində çoxşaxəli siyasət yürüdür. Bu siyasətin əsas prioritetlərinə diqqət yetirsək:

- Regional sabitlik və sülhün təşviqi: 2020-ci il Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar əsasında Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı təhlükəsizlik arxitekturasının qurulmasına xidmət edir;

- Enerji təhlükəsizliyinə töhfə: Azərbaycan Avropanın enerji xəritəsində əsas təchizatçılardan biri, Yaxın və Orta Şərqin enerji təchizatında yeni oyunçu kimi qlobal enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Bu, siyasi sabitliklə yanaşı, iqtisadi təhlükəsizliyə də zəmanət verir;

- Beynəlxalq əməkdaşlıq - NATO ilə tərəfdaşlıq, Qoşulmama Hərəkatındakı fəallıq, BMT çərçivəsində təşəbbüslər Azərbaycanın təhlükəsizlik siyasətini daha da gücləndirir. Azərbaycan illərdir ki, qlobal təhdidlərin aradan qaldırılması, terrorizmə qarşı mübarizə periodlarında ön planda çıxış edir.

Beləliklə, ölkəmizin beynəlxalq təhlükəsizlik amilindəki yeri və rolu bütün konturlarla üzə çıxır - bu, digər dövlətlər tərəfindən də təsdiqlənir və dəyərləndirilir. Bakı bütün digər sahələrdə olduğu kimi, təhlükəsizlik məsələsində də regional mərkəz funksiyasını üstlənir. Prezident İlham Əliyev müraciətində vurğulayıb ki, Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib: “Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür. Azərbaycan yerləşdiyi bölgədə - Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atır. Qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır. Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyət gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəkdir”.

Vaşinqton Bəyannaməsi: Qlobal təhlükəsizlik üçün yeni mərhələnin başlanğıcı

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan  və ABŞ liderləri arasında baş tutan görüş, imzalanan Birgə Bəyannamə beynəlxalq münasibətlər sistemində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu sənəd təkcə iki dövlət arasında münasibətlərin yeni müstəviyə yüksəldilməsi deyil, həm də bütövlükdə Avrasiya məkanında sabitliyin möhkəmlənməsi, sülhün təşviqi və qlobal təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Ən əsası, bəyannamə sülh sazişinin imzalanması istiqamətində atılmış ən əsaslı və real addım kimi qiymətləndirilir. Belə bir sənədin imzalanması beynəlxalq sabitlik üçün ümidverici siqnaldır. Bu təşəbbüs müasir qlobal çağırışlara - terrorizmə, hərbi-siyasi risklərə, enerji böhranlarına və iqtisadi qeyri-müəyyənliyə qarşı daha koordinasiyalı yanaşmanı zəruri edir. Vaşinqton bəyannaməsi məhz bu baxımdan yalnız regional deyil, qlobal təhlükəsizlik mühitinə əlavə dəyər gətirir.

Sənədin iqtisadi aspekti də xüsusi vurğulanmalıdır. Avrasiya məkanının mühüm dövlətləri arasında sabitliyin təmin olunması ticarət yollarının təhlükəsizliyini, nəqliyyat dəhlizlərinin dayanıqlı fəaliyyətini və enerji marşrutlarının etibarlılığını daha da gücləndirir. Bu, həm region ölkələri, həm də Avropa və Asiya üçün yeni iqtisadi imkanlar deməkdir. Yəni bəyannamə yalnız siyasi sabitlik aktı deyil, eyni zamanda, Avrasiyanın inteqrasiyasına və iqtisadi əməkdaşlığın dərinləşməsinə yol açan strateji sənəddir. Bir sözlə, 8 avqust tarixli Vaşinqton bəyannaməsi ikitərəfli münasibətlərin çərçivəsini aşaraq qlobal təhlükəsizlik arxitekturasının mühüm elementi kimi çıxış edir. Prezident İlham Əliyev müraciətində qeyd edib ki, 2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda ABŞ-ın şahidliyi ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamə imzalanmışdır: “Beləliklə, ölkələrimiz arasında uzun müddət davam edən münaqişəyə son qoyulması və sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılmışdır. Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunması təkcə bizim region üçün deyil, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaqdır”.

Qlobal təhlükəsizliyə töhfə: Bakı Təhlükəsizlik Forumu ənənəvi platformaya çevrilir

Bu bir həqiqətdir ki, müasir dövrdə heç bir dövlət təkbaşına qlobal təhlükəsizlik problemlərini həll edə bilməz. Buna görə də ölkələr arasında koordinasiya, həmrəyliyin artırılması və kəşfiyyat məlumatlarının paylaşılması həyati əhəmiyyət daşıyır. Qlobal səviyyədə baş verən hər bir təhlükə yalnız lokal deyil, bütün beynəlxalq sistemə təsir edir. Məhz bu səbəbdən Azərbaycan təhlükəsizlik siyasətini milli çərçivədən çıxararaq beynəlxalq əməkdaşlığa yönəldib. Ölkəmizin təşəbbüsü ilə keçirilən və artıq ənənəvi hal alacaq Bakı Təhlükəsizlik Forumu müasir təhlükəsizlik çağırışlarına cavab verən unikal platformadır. Forumun əhəmiyyəti bir neçə aspektdə özünü göstərir:

- Regional və qlobal kəsişmədə yerləşmə: Bakı Asiya ilə Avropanı, Şimal ilə Cənubu birləşdirən strateji məkandır. Bu, forumun coğrafi çəkisini artırır;

- Təhlükəsizlik və kəşfiyyat əməkdaşlığı: Forum müxtəlif ölkələrin təhlükəsizlik və kəşfiyyat strukturlarını bir araya gətirərək təhdidlərə qarşı koordinasiyalı cavab imkanlarını gücləndirir;

- Qlobal dialoqa töhfə: Burada səslənən fikirlər və müzakirələr beynəlxalq təhlükəsizlik gündəliyinə yeni baxış gətirir.

Şübhəsizdir ki, bu tədbir həm də ölkəmizin qlobal təhlükəsizlik arxitekturasında etibarlı tərəfdaş kimi tanınmasının növbəti sübutu kimi ortaya çıxır. Azərbaycan geosiyasi gərginliklərin hökm sürdüyü dünyada beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılması və qlobal həmrəyliyin təmin olunması prosesində balanslı siyasəti, sülh təşəbbüsləri və qlobal əməkdaşlığa verdiyi dəstək ilə mühüm rol oynayır. Bakı Təhlükəsizlik Forumu isə qlobal təhlükəsizlik arxitekturasının gələcək inkişafı üçün yeni imkanlar açır və Azərbaycanın beynəlxalq miqyasda strateji rolunu daha da gücləndirir. Prezident İlham Əliyev müraciətində bildirib ki, keçən il Bakı Təhlükəsizlik Forumunun ənənəvi olaraq hər il təşkil edilməsi və davamlı fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təklif iştirakçı ölkələr tərəfindən fəal şəkildə dəstəklənmişdir: “Bununla əlaqədar olaraq ötən müddət ərzində Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsinin və onun Katibliyinin təsis edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Hazırkı iclasda əldə olunmuş ümumi razılıq əsasında Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsinin və ondan irəli gələn təşəbbüslərin qəbul olunması nəzərdə tutulur. Bütün bunlar Forumun təsisatlanması istiqamətində atılmış mühüm addımlardır. Azərbaycan Təşkilat Komitəsinin işinin koordinasiyası funksiyasını öz üzərinə götürərək Bakı Təhlükəsizlik Forumuna öz dəstəyini verməyə davam edəcəkdir”.

Pərviz SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Sentyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see292

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see177

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see157

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see150

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see143

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see140

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see140

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see126

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see125

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see124

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see123

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see123

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see123

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see121

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see120

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri