Icma.az
close
up
RU
Qloballaşan dünyada ailə dəyərlərimizi necə qorumalı?

Qloballaşan dünyada ailə dəyərlərimizi necə qorumalı?

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Hər bir cəmiyyətin inkişafında yeniliklərin yaxşı və ya pis tərəfləri olmaqla müəyyən təsirləri var. İnformasiya texnologiyalarının inkişafı və gündəlik həyatımıza inteqrasiya etməsi yeni biliklərin əldə olunması, məlumatların axtarışında yaxşı vasitə olsa da, sosial şəbəkələrin yaranması və bu sahənin az qala insanların həyat tərzinə çevrilməsi sözün həqiqi mənasında insanların həyatında ciddi problemlərə yol açıb. İşgüzar müstəvidə sosial şəbəkələr ünsiyyət vasitəsi kimi əlaqələrin yaradılması, məktubların çatdırılmasında vaxt itkisinin aradan qaldırılması baxımından olduqca səmərəlidir və bu işə də öz müsbət təsirini göstərir. Bununla belə sosial şəbəkələrdəki insanların bir-biri ilə yeni tanışlıq və ünsiyyət imkanı bir çox hallarda ailələrdə ciddi problemlərə yol açır. Yeni tanışlıqlar, aldadıcı və şirnikləndirici vədlər bəzən insanları virtual aləmə o qədər cəlb edir ki, nəticədə insanların istər sosioloji, istər psixoloji, istərsə də ailədaxili münasibətlərində ciddi problemlərə yol açır.

Azərbaycanda boşanmaların sayı artmaqdadır

Azərbaycanda son beş ildə boşanma hallarında nəzərəçarpacaq artım müşahidə olunur. Rəsmi statistikalara görə, 2020-ci ildə ölkədə 14 628 boşanma qeydə alınmışdısa, 2023-cü ildə bu rəqəm 21 688-ə çatıb. 2024-cü ilin göstəriciləri isə təxminən 21 384 boşanma faktını əhatə edir.
Boşanmaların hər 1000 nəfərə düşən sayı da artmaqda davam edir. Əgər 2020-ci ildə hər 1000 nəfər əhali üçün 1,5 boşanma qeyd olunurdusa, 2023 və 2024-cü illərdə bu göstərici 2,1-ə yüksəlib. Bu isə ailə qurumunda baş verən dəyişikliklərin, sosial və iqtisadi faktorların təsirini göstərir.
Xüsusilə 50 yaş və yuxarı yaş qruplarında da boşanma hallarının artması diqqət çəkir — məsələn, 2023-cü ildə 50-54 yaş arası şəxslər arasında 1 810 boşanma faktı qeydə alınıb.
Bundan əlavə, sosial şəbəkələrin geniş yayılması ailə münasibətlərinə təsir edən vacib faktor kimi qiymətləndirilir. Gənc nəsil arasında virtual ünsiyyətin çoxalması ailədaxili kommunikasiya problemlərini artırır və nəticədə münasibətlərin pozulmasına səbəb ola bilər.
Fərqli baxışlar
Sosial şəbəkələrin insanların həyatında yeri getdikcə artarkən, onların ailə münasibətlərinə, ünsiyyətə və psixoloji sağlamlığa təsirləri də mediada zaman-zaman ciddi müzakirə mövzusuna çevrilir. QHT təmsilçiləri, hüquqşünasların mediaya açıqlamalarında fərqli baxışlara şahido oluruq. Məsələn, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov vurğulayır ki, yalnız sosial şəbəkələr deyil, ümumilikdə internet insanları bir-birindən uzaqlaşdırır və ünsiyyətdə soyuqluq yaradır:
"Hazırda sosial şəbəkələr boşanmalarda müəyyən rol oynayır. Bütövlükdə internet insanlar arasında ünsiyyət problemi yaradır. Xüsusən də cütlüklər arasında. Əvvəllər evli cütlüklər bir-biri ilə daha çox canlı ünsiyyətdə olur, bir-birinin problemləri ilə daha yaxından maraqlanırdılar".
Hüquqşünas Səməd Vəkilov isə müasir dövrdə internetin cütlüklər arasında böyük boşluq yaratdığını bildirir:
"Canlı ünsiyyət azaldıqca, insanların bir-birindən gözləntiləri artmağa başlayır. İnsanlar bir-biri ilə normal canlı ünsiyyət qurmadıqlarından, ailədaxili konfliktlər həll olunmamış qalır. Xırda bir detal belə böyük problemə çevrilir. Anlaşılmazlıq zaman keçdikcə böyüyüb ailələrin dağılmasına səbəb olur".
O əlavə edir ki, internetdə çox vaxt sərf edən insanlar əslində mənəvi boşluqlarını doldurmağa çalışırlar, lakin bunun əksi baş verir.
Psixoloq, fəlsəfə doktoru Təranə Paşayeva isə sosial şəbəkələrin həm üstünlüklərini, həm də risklərini vurğulayır:
"Sosial şəbəkələr işimizin həllində, informasiyanın əldə edilməsində, yeni əlaqələrin qurulmasında önəmli vasitədir. Lakin normadan artıq istifadə fiziki və psixoloji fəsadlar yaradır. Mütəmadi istifadə edənlərdə aqressivlik, stress, yuxu və qida rejiminin pozulması, depressiya halları müşahidə olunur".
O qeyd edir ki, sosial şəbəkələrdə saxta profillərdən hədə-qorxu və şantaj nəticəsində insanların psixoloji narahatlığı artır, vaxtında müdaxilə olunmazsa, bu, ağır nəticələrə gətirib çıxara bilər. Sosial şəbəkələrdə şəxsi məlumatların paylaşılmasında ehtiyatlı olmaq, vaxt məhdudiyyətləri qoymaq və psixoloji problemlər yaranarsa, mütəxəssis yardımı almaq vacibdir. Həmçinin, ailə və yaxınlarla açıq ünsiyyət qorunmalıdır.
Sosial şəbəkələr və gənclər
Bununla yanaşı sosial şəbəkələrdən istifadəyə nəzarətin olmaması bir çox hallarda yetkinlik yaşına çatmayanların sosial həyatı ilə bağlı fəsadlar yaradır. Məsələn, sosial şəbəkə tanışlığı vasitəsi ilə şirnikləndirici vədlərə uyan və evdən qaçan onlarla yetkinlik yaşına çatmayan oğlan və qızları göstərə bilərik. Eləcə də bu gün dünyada sosial şəbəkə üzərindən “evlilik” təklifi alıb sonradan insan alverinin qurbanına çevrilən minlərlə qadın var. Bu kimi faktlar hər il artmaqdadır və belə hallar Azərbaycanda da var. Onu da qeyd etmək lazımdır ki, qloballaşan dünyada informasiya texnologiyalarının və sosial şəbəkələrin inkişaf dinamikası getdikcə artdığına görə bu sahədən gələn təsirləri tənzimləmək üçün müəyyən tənzimləyici qayda və qanunlara ehtiyac da günü gündən artır. Məsələyə qlobal müstəvidə baxanda bəzi ölkələr yaranmış təhlükənin qarşısını almaq üçün çıxış yolu kimi hansısa şəbəkəni bağlamağı doğru addım saysa da, ekspertlər bu cür inzibati tədbirlərin prosesin gedişinə ciddi təsiri olmayacağını bildirirlər. Bu baxımdan hazırda dünyada bu mövzu ilə bağlı ikili yanaşma var. Sosial şəbəkələrin təsir dairəsinin artmasının insanların şəxsi həyatından tutmuş uşaqların tərbiyəsinə qədər təsir etdiyini bildirən bəzi ekspertlər bu şəkildə davam edərsə ailə institutlarının daha böyük zərbəyə məruz qalacağını bildirirlər. Ekspertlər sosial şəbəkədən istifadədə müəyyən baryerlərin və yaş senzinə görə məhdudiyyətlərin tətbiq edilməsinin daha məntiqli olduğunu bildirirlər.
Azərbaycan reallığı
Onu da qeyd edək ki, Azərbaycan sosial şəbəkələrin açıq və heç məhdudiyyəti olmayan ölkələr sırasındadır və burda insanlar internetdən sərbəst istifadə edirlər. Bu insanların sərbəstliyi və heç bir senzuranın olmaması baxımından yaxşı hal olsa da, son illər artan boşanma prosesləri və ailə münaqişəsi müstəvisində baş verən kriminal olaylar və qətllər bu hadisələrdə sosial şəbəkələrin payının böyük olduğunu təsdiqləyir. Başqa sözlə desək, bu gün Azərbaycanda ailələrin dağılmasında sosial şəbəkələrin rolu böyükdür.
Problemin həlli: qanun, yoxsa sosial məsuliyyət?
Bu vəziyyətdən çıxış yolu nədir? Hansısa sahədə məhdudiyyətlərin olması problemin həllinə kömək olacaqmı? Bəzi ekspertlərə görə burda söhbət hansısa məhdudiyyətlərdən yox, fəaliyyətin norma və qaydalar çərçivəsində tənzimlənməsindən gedə bilər. Məsələn, Facebook, İnstagram, YouTube kimi platformaların istifadəçiləri üçün şəxsiyyət vəsiqəsi və ya yaş senzi tətbiq oluna bilər. “13 yaşında qız uşağının sosial şəbəkələrdə nə işi var ki 45 yaşlı kişini cavan oğlan bilib onun şirin vədlərinə və evlənmək söhbətlərinə inanaraq evdən qaçır”.
Ailə məsuliyyəti və tərbiyə modelləri
Digər qrup ekspertlər isə hesab edirlər ki, təhlükəli tendensiyanın qarşısının alınması inzibati mexanizmlərdən çox ailələrin özündən gəlməlidir. “Bu günkü ailələrdə ailə modeli doğma insanların bir araya gəlməsindən çox sanki bir qrup insanın toplu yaşamasına çevrilib. Bəzi hallarda valideynlərin özü şəbəkələrə o qədər aludə olurlar ki, sonda nəinki ailə dağılır, o ailədə olan uşaqlar da nəzarətsizlikdən müxtəlif yollara düşürlər. Bunun ziyanı isə ən çox cəmiyyətə dəyir. Çünki cəmiyyətdə sağlam düşüncəli insanların çoxluğu yalnız o cəmiyyətə yaxşı gələcək vəd edə bilər”. Bu baxımdan da ekspertlər həm ailələrin qorunması, həm uşaqların təlim-tərbiyəsi və düzgün böyüməsi baxımından sosial şəbəkələrə nəzarətin qanunlarla deyil, ailənin özündən gəlməli olduğunu düşünürlər.
Fərqli baxış müstəvisi
Müasir dövrdə sosial şəbəkələrin, yeni kommunikasiya vasitələrinin ailə institutuna təsiri ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələri də maraq doğurur. “Azərbaycanda nəsillərarası münasibətlər: ailə həmrəyliyi və qayğı” tədqiqatı ölkədə nəsillərarası münasibətlərin və ümumiyyətlə ailədaxili münasibətlərin bir çox fundamental tərəflərinə işıq salmağa kömək edir.
Sorğunun nəticələrini açıqlayan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirir ki, genişlənmiş ailələrin azalıb, nüvə ailələrinin artması ilə onlar sayca təqribən bərabərləşib. Ölkə üzrə geniş ailələr 50,8%-dirsə, nüvə ailələr 46,2%- dir. 3,0% isə tək yaşayır. Bəzi iqtisadi rayonlarda isə nüvə ailələri daha çoxdur. Tək yaşayan vətəndaşlar isə ən çox Mərkəzi Arandadır. Ailə dəyərləri ailə üzvlərinin bir-birinə münasibətdə məsuliyyət hissləri ilə bağlıdır. Nəsillərarası münasibətlərdə mənəvi məsuliyyət hissi (xüsusilə övlada münasibətdə) sosial norma kimi qalsa da, üfüqi istiqamətli münasibətlərdə - bacı-qardaş, digər qohumlara münasibətdə bu hisslər gənc nəsildə yaşlılarda olduğu qədər qalıcı deyil. Yəni, dəyişən yalnız ailənin strukturu deyil, həm də ailə daxilində münasibətlərdir: “Yeni kommunikasiya vasitələri nüvə ailələrinin artdığı, ailə üzvlərinin ayrı yaşadığı dövrdə ailədə ünsiyyətin qorunub saxlanılmasına xidmət edir. Əksinə düşünüənlər daha çox olduğu halda, reallıq fərqli mənzərəni ortaya qoyur. Bir-birini canlı olaraq tez-tez görə bilməyən ailə valideynlər və yetkin övladlar məhz bu vasitələrlə kommunikasiyanı qoruyub saxlayırlar. Ev telefonu əlaqə vasitəsi kimi aktuallığını itirib, mobil telefonlar, mobil tətbiqlər aparıcı vasitəyə çevrilib. Nəsilə gəncləşdikcə, fərdiyyətçilik meyilləri artır. Bu gənclərdə mənəvi bağlılığı saxlamaq şərti ilə fiziki olaraq, məkan olaraq ayrı ev təsərrüfatında müstəqil yaşamaq meyllərinin güclənməsində özünü göstərir. Seçim olduğu halda birlikdə yoxsa, ayrı yaşamaq istəyinin olması kimi. Burda görürük ki, respondentlərin təqribən yarısı birlikdə yaşamaq istəyir. Hər on respondentdən biri isə yaşlı və cavan nəslin nəinki ayrı yaşamasının, hətta “ayrı və uzaq” yaşamasının tərəfdarıdır. Nənə\baba institutu əvvəllər olan miqyasını itirməkdədir. Yaşlı nəslin nəvələrə təsiri əsasən nəvələrin əsasən azyaşlı olduğu vaxt mümkündür. Yetkin insanların cüzi hissəsi nənə\babası ilə birlikdə yaşayır, ayrı yaşadıqda isə ünsiyyət intensivliyi bir o qədər də yüksək deyildir. Ən tezi nənə-babasını ayda bir dəfə, ya da ildə bir neçə dəfə görənlər daha tez-tez görüşənlərdən daha çoxdur. Bu da onu göstərir ki, əgər biz nəsillərarası münasibətlərdən bəhs ediriksə, potensialını saxlaya biləcək münasibətlər valideyn-övlad münasibətləridir”.
Bütün bunlar göstərir ki, cəmiyyət artıq sosial şəbəkələrin ailə instituna təsirinə daha həssas yanaşmağa başlayıb...
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 İyun 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri