Icma.az
close
up
RU
İstanbulda “Qloballaşan dünyada ailənin qorunması və gücləndirilməsi” mövzusunda Beynəlxalq Ailə Forumu keçirilir

İstanbulda “Qloballaşan dünyada ailənin qorunması və gücləndirilməsi” mövzusunda Beynəlxalq Ailə Forumu keçirilir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbul, 22 may, Günel Karatepe, AZƏRTAC

May 22-də İstanbulda “Qloballaşan dünyada ailənin qorunması və gücləndirilməsi” mövzusunda Beynəlxalq Ailə Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, forum Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaşın himayəsi, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2025-ci ilin Türkiyədə “Ailə İli” elan edilməsi çərçivəsində təşkil olunub.

Tədbirdə dünyanın 27 ölkəsi təmsil olunur ki, onlardan 23-ü forumda nazirlər səviyyəsində iştirak edir.

Forumda Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil edir.

Tədbirin açılış mərasimində çıxış edən Mahinur Özdemir Göktaş ailə dəyərlərindən danışıb və bunun əhəmiyyətinə toxunub.

Bu gün təşkil olunan nazirlər sessiyasında çıxış edən Bahar Muradova tədbirin mövzusunun həyati əhəmiyyət daşıdığını, bu məsələnin belə əhatəli beynəlxalq platformada müzakirəsinin mənəvi və ictimai baxımdan dərinləşən çağırışlara birgə cavab axtarmaq baxımından çox dəyərli olduğunu vurğulayıb.

O bildirib: “Parodoksal haldır ki, indi biz hamımız problemlərin və risklərin daha çox qloballaşdığı, həll yolları və cavabların tapılması sahəsində isə parçalandığı bir dünyada yaşayırıq. Ailə institutunun zəifləməsi, ailədaxili münasibətlərdəki mənəvi boşluqlar və sosial təcrid riski bütün ölkələrdə ortaq problemlərə çevrilib. Bu çağırışlara isə yalnız ortaq dəyərlərin müdafiəsi,birgə təşəbbüslər və beynəlxalq əməkdaşlıq sayəsində cavab tapmaq olar.

Azərbaycan dövləti ailəni cəmiyyətin əsası, milli kimliyin qoruyucusu və strateji inkişafın dayağı kimi qiymətləndirir. Bu baxış Prezident İlham Əliyevin liderliyində ailə institutunun, milli-mənəvi dəyərlərin qorunması şərti iıə dövlətin sosial siyasətinin mərkəzində dayanır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva milli və beynəlxalq miqyasda bu prosesin önündə gedərək bütün səviyyələrdə örnək fəaliyyət sərgiləyir. Eyni zamanda, hazırda “Azərbaycan Respublikasının ailə siyasətinin kompleks və strateji əsaslarını müəyyənləşdirəcək sənədin - "Ailə Konsepsiyası”nın üzərində işlər aparılır”.

Qeyd edilib ki, bu əsasda formalaşan multikultural dəyərlər ailə münasibətləri, uşaq tərbiyəsi və qadınların sosial həyatda iştirakı məsələlərində zəngin təcrübə və uzlaşma nümunələri əldə etməyə imkan yaradıb. İndi cəmiyyətin rifahı, qadınların və uşaqların reabilitasiyası, ailələrin münaqişədən sonrakı dövrdə müdafiəsi və sosial inteqrasiyası prioritet sahələrimizdəndir. Bu məqsədə çatmaq üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində, İslam ölkələri, eləcə də digər regional və beynəlxalq formatlarda qurulmaqda olan əməkdaşlıq modellərimiz ailə dəyərlərinin qorunması üçün nümunəvi istiqamət formalaşdırır.

Forum işini “Yüksək mənfəət müqabilində: Qlobal çağırışların fərdlərə, ailələrə və cəmiyyətə təsiri”, “Təsəvvür və reallıq arasında: Mədəniyyətdə, incəsənətdə və mediada ailə”, “Rəqəmsal dövrdə ailə olmaq”, “Əhali artımı mifidirmi? – Qlobal gündəmin əhali azalmasına təsiri” mövzularında panel iclaslarla davam etdirəcək.

Tədbir çərçivəsində nazirlərin ikitərəfli görüşləri, sərgilər, yarmarkalar və təqdimatlar təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri