Mingəçevirdə “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda regional konfrans keçirilib
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda konfrans keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisinin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, hüquq mühafizə orqanlarının əməkdaşları, həmçinin din xadimləri, dini icma sədrləri iştirak edib.
Tədbirdə dövlət-din münasibətlərinin tənzimlənməsi, vətəndaşların dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti barədə müzakirələr aparılıb.
Həmçinin, qloballaşmanın ənənəvi dəyərlərə təsiri, müasirliklə tarixi ənənələrin əlaqəsi kimi mövzular nəzərdən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 10 Dekabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















