Icma.az
close
up
RU
Mingəçevirdə “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda regional konfrans keçirilib AZƏRTAC

Mingəçevirdə “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda regional konfrans keçirilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Mingəçevir şəhərində “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda regional konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşması, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevin milli-mənəvi, tolerant, multikultural dəyərlərin inkişafına göstərdiyi diqqət nəticəsində Mingəçevir şəhərində də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün normal, hüquqi, demokratik mədəni və mənəvi mühit yaradılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mühüm məsələlərin müzakirəsi və faydalı təcrübə baxımından keçirilən silsilə regional konfransların müsbət təsirindən danışıb. Komitə sədri qloballaşan dünyanın yeni reallıqlarını qəbul etməklə yanaşı, milli-mənəvi dəyərlər və adət-ənənələrə sədaqətimizi Azərbaycan dövlətini güclü edən əsas amillərdən biri kimi dəyərləndirib. Din amilindən bəzi hallarda məqsədli şəkildə cəmiyyəti parçalamaq, milli şüurda ziddiyyətlər yaratmaq üçün istifadə edilməsinin mənfi təzahürlərinə də toxunan R.Məmmədov söyləyib ki, əsas məqsədlərdən biri dinin bu cür yanlış interpritasiyasını dəyişməkdən ibarət olmalıdır.

Konfrans panel formatında davam edib.

Regional konfransın “Ənənəvi İslam: tarixi təcrübə və müasir reallıqlar” mövzusuna həsr edilən panel sessiyasına Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev moderatorluq edib. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılovun moderatorluğu ilə keçirilən “Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin məsuliyyəti və rolu” adlı paneldə İslam dininin əsl mahiyyətinin təbliği və təşviqində, yad dini cərəyanların və zərərli təsirlərin qarşısının alınmasında din xadimlərinin fəallığının artırılması barədə fikir mübadiləsi aparılıb. Paneldə Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov, Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev və Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov çıxış ediblər.

Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Tədbir çərçivəsində “Həmişə bizimləsiniz!” filmi də nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri