Icma.az
close
up
RU
“Qlobus” yüksəkliyinin fatehi

“Qlobus” yüksəkliyinin fatehi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əfqan Ağasəf oğlu Abdurahmanov 1976-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Ermənilərin Dağlıq Qarabağı işğal etməsi ilə heç cür barışmadığı üçün hərbçi olub torpaqlarımızı qorumaq onun başlıca məramı olub. Buna görə də həqiqi hərbi xidmətdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

Ali hərbi təhsil alan Əfqan Abdurahmanov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində də təcrübə keçərək bir zabit kimi peşakarlıq səviyyəsini yüksəldib, daha müasir hərbi peşə bacarıqlarına və vərdişlərə yiyələnib. Sonra Gəncədəki “N” saylı hərbi hissədə xidmətə başlayıb.

Ömür-gün dostu Rəqinə xanım deyir ki, Əfqan məzuniyyətdə olanda da xidməti işindən ayrılmır, hərbçi dostları ilə zəngləşir, vəziyyətlə maraqlanır, hər biri ilə hal-əhval tuturdu. Qulluq etdiyi müddətdə Türkiyə, Çexiya və Çində təşkil olunan beynəlxalq səviyyəli kurslara, hərbi təlimlərə həvəslə qatılırdı. Təsadüfi deyil ki, 2-ci dərəcəli “Qüsürsuz xidmətə görə” medalı ilə təltif edilmişdi.

Məlum Aprel döyüşlərində ön cəbhədə olanlardan biri də Əfqan Abdurahmanov idi. Dostu – polkovnik Murad Mirzəyevin ölümü ona çox pis təsir etsə də, ümumilikdə ermənilərə əməlli-başlı dərs verilməsinə sevinirdi. Lələtəpənin, Cocuq Mərcanlı, Gülüstan kəndlərinin düşməndən təmizlənməsi, Qazaxlar və Madagiz istiqamətində yolların ələ keçirilməsi onu şair Məmməd İsmayılın “Bu yolların son ucunda – Qələbə!” misrası qədər qanadlandırmışdı.

Vətən müharibəsi başlananda böyük ruh yüksəkliyi ilə ön xəttə yollanan polkovnik-leytenant Əfqan Abdurahmanov ilk tapşırıq olaraq Murov dağı silsiləsindəki zirvələrdən birinin alınmasına rəhbərlik edir. Əməliyyat keçirilən zaman hərbiçilərimiz qatı sis-dümana düşür. Duman o qədər sıx olur ki, bir addım irəlini görmək olmur. Ərazi qayalı, yarğanlı bir yer olduğundan adi bir yanlış addım ölümlə, səhv istiqamətə getmək isə düşmən mühasirəsinə düşmək və ya döyüş əməliyyatının pozulması demək idi. Odur ki, əsgərlərinə deyir: “Sıraya düzülün, öndə mən gedəcəyəm, bir-birinizin kəmərindən tutun və ardımca gəlin”.

Əfqan Abdurahmanovun relyefi düzgün qiymətləndirməsi, ən çətin anda doğru qərar verə bilmək bacarığı sayəsində hərbçilərimiz sağ-salamat döyüş mövqeyinə çıxır, Murovun əlçatmaz zirvəsinin alınmasında qəhrəmanlıq göstərir və oraya Azərbaycan bayrağını sancırlar. Bu fakt ordumuzda psixoloji baxımdan özünəinam hissini daha da gücləndirən amillərdən biri olub.

Hərbi-taktiki baxımdan isə Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən mühüm əhəmiyyətli Vardenis–Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nöqtələri nəzarətə götürülüb. Əldə edilən hərbi üstünlük nəticəsində Ermənistandan əlavə hərbi yüklərin Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısı alınıb. Əməliyyatın uğurlu keçməsində Əfqan Abdurəhmanov və onun döyüşçülərinin aşkar hünəri idi.

Daha sonra Suqovuşana kimi olan kəndlər azad edildi. Suqovuşana çatmazdan əvvəl cəsur polkovnikin dəstəsi mühasirəyə düşmək təhlükəsi ilə qarşılaşıb. Amma Allahın lütfü, hərbçilərin peşəkarcasına çevik hərəkətləri, cəsarətlə risk etmələri onların xilasına səbəb olub.

Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı Qlobus yüksəkliyində şəhadətə ucalıb. Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub. Sağlığında və ölümündən sonra onun təltifləri çox olub. Bu sırada ən başda “Vətən Müharibəsi Qəhrəmanı” medalı və əbədilik şərəfli adı durur.

Ə.DOSTƏLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see261

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see260

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see252

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see250

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see246

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see238

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see235

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see232

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see228

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see220

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see220

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see217

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see205

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see202

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see202

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see195

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see194

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see180

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see173

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri