Icma.az
close
up
RU
QMİ dini həmrəyliyin qorunmasında hansı rolu oynayır?

QMİ dini həmrəyliyin qorunmasında hansı rolu oynayır?

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda tolerantlıq prinsipləri Prezident İlham Əliyevin əsas siyasi prioritetlərindəndir.

Bakı bu illər ərzində yürütdüyü siyasəti ilə dünyada tolerantlığın və multikulturalizmin yaxşı nümunəsini ortaya qoyub. Ölkənin hər tərəfində məscidlər, kilsələr, sinaqoqlar vahid Yaradana dua edən inanclı vətəndaşlar üçün qapılarını açır. Müsəlmanlar, xristianlar, yəhudilər heç bir maneə olmadan min illərdir etiqad göstərdikləri inamı açıq şəkildə ifadə edirlər, fitnəkarlıq cəhdlərinə qarşı birgə kəskin cavab verirlər.

Azərbaycanın dini tolerantlığı süni və inzibati idarəetməyə əsaslanmır. Bu əməkdaşlıq minillik tarixdən boy alır. Vətənimiz həmişə xalqların və müxtəlif dinə sitayiş edənlərin mehriban yaşadığı bir məmləkət olub.

Qafqaz Müsəlmanları İdarəsi yürüdlən bu dövlət siyasətinin ardıcıl dəstəkçisidir. Bu qurum ölkə daxilində məzhəblərarası birliyi qoruyur, həm də dinlərarası dialoqu dəstəkləyərək tolerant cəmiyyətin formalaşmasına töhfə verir.

QMİ Azərbaycanın dini həyatında təkcə dini mərasimlərin təşkili ilə deyil dini həmrəyliyin təşviqi ilə də seçilir. 1980-ci ildən bu quruma rəhbərlik edən Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə QMİ ölkədə məzhəb birliyinin dünyada nadir modellərdən birini yaradıb. QMİ-nin fəaliyyəti nəticəsində ölkədə məzhəb ayrı-seçkiliyinə yol verilmir, ibadət vaxtları, dini bayramlar və ruhanilərin fəaliyyətləri vahid şəkildə tənzimlənir.

İdarə yalnız müsəlmanlarla deyil, ölkədəki digər dinlərin nümayəndələri ilə də qarşılıqlı əməkdaşlıq içindədir.

Pravoslav, katolik, yəhudi və digər icmalarla ortaq tədbirlər, dualar, xatirə mərasimləri QMİ tərəfindən dəstəklənir. Bu fəaliyyətlər dini həmrəylik və qarşılıqlı hörmət mühitini möhkəmləndirir. Dini liderlərin ortaq tədbirlərdə iştirakı və birgə bəyanatları dinlərarası dialoqun inkişafına xidmət edir.

Qurumun əsas fəaliyyət istiqamətlərindən biri də radikal dini cərəyanlara qarşı maarifləndirici mübarizədir. QMİ-nin yaydığı rəsmi mövqelərdə İslamın yalnız sülh, mərhəmət və birlik dini olduğu vurğulanır və gənclərə dini təhsilin rəsmi və ənənəvi yollarla əldə olunması tövsiyə edilir.

Qafqaz Müsəlmanları İdarəsi müxtəlif beynəlxalq tədbirlərdə – o cümlədən Bakı Prosesi, Dini liderlərin Bakı sammitləri, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşlərdə – Azərbaycanın dini tolerantlıq və həmrəylik siyasətini uğurla təmsil edir. Bu, ölkənin nüfuzunun möhkəmlənməsinə xidmət edir.

Məzhəblərarası balansın qorunması, dinlərarası harmoniyanın təşviqi və dini ekstremizmə qarşı ideoloji mübarizə – bütün bunlar Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan cəmiyyətində həm dini, həm də vətəndaş həmrəyliyinin formalaşmasında oynadığı rolu aydın göstərir.

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun dini həmrəyliyinin qorunması və inkişafında mühüm rol oynayır. Onun fəaliyyəti yalnız dini mərasimlərlə məhdudlaşmır — bu qurum ictimai sabitliyin, dini tolerantlığın və konfessiyalararası əməkdaşlığın strateji dayaqlarından biridir.

QMİ rəsmi bəyanat və çıxışlarında radikal dini çağırışlara qarşı mövqeyini açıq ifadə edir. Ənənəvi islamın dəyərləri — sülh, mərhəmət və qardaşlıq QMİ tərəfindən təkidlə vurğulanır. İctimaiyyətə, xüsusilə gənclərə radikal təbliğatdan uzaq durmaq üçün maarifləndirici çağırışlar edilir.

QMİ beynəlxalq dinlərarası tədbirlərə, konfranslara qatılaraq Azərbaycanın tolerant və multikultural modelini dünyaya nümayiş etdirir. Bunun nəticəsində məzhəb ayrı-seçkiliyi neytrallaşır, dinlərarası dialoq inkişaf edir və dini radikalizmə qarşı mübarizə sistemli şəkildə aparılır.

Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri kimi Azərbaycan müsəlmanlarını təmsil etsə də fəaliyyəti təkcə islam icması ilə məhdudlaşmayıb.

O, xristian (pravoslav, katolik), yəhudi və digər dini icmalarla dialoq quraraq Azərbaycanın multikultural dəyərlərini gücləndirib.

Dini konfessiyalar arasında qarşılıqlı hörmətin möhkəmlənməsi onun çağırış və tədbirlərində əsas mövzulardan biridir. Şeyxülislam müxtəlif illərdə xristian və yəhudi liderlərlə ortaq bəyanatlar verib, tədbirlərdə birlik nümayiş etdirib. Bu, dini konfessiyalar arasında qarşılıqlı etimadın və sosial harmoniyanın gücləndirilməsinə xidmət edir.

Hətta Azərbaycan–Ermənistan münaqişəsi dövründə belə, dini nifrət ritorikasından uzaq durmağa çalışaraq dini zəmində qarşıdurmanın qarşısını almağa çalışıb.

Allahşükür Paşazadə təkcə tolerantlığı deyil, radikal dini cərəyanlara qarşı mübarizəni də daim gündəmdə saxlayır. O, dəfələrlə vurğulayıb ki, Azərbaycanda İslam – sülhü, təmkinliyi və milli həmrəyliyi əsas götürən bir modeldir. Radikalizmin qarşısını almaq üçün ənənəvi dəyərlərin qorunması onun fəaliyyətinin əsas istiqamətlərindəndir.

O, dövlətin dünyəvi mahiyyətini qəbul edən dini liderdir. Bu, Azərbaycan modelində tolerantlığın qorunmasında vacibdir. Prezidentlər Heydər Əliyev və İlham Əliyev dövrlərində Allahşükür Paşazadə din-dövlət dialoqunun əsas tərəfdaşlarından biri olub.

Multikulturalizm ideyasının təbliğatçısı olan Şeyxülislam beynəlxalq dinlərarası dialoq forumlarının, konfransların fəal iştirakçısı və təşəbbüsçüsü olub. Bu tədbirlərdə Azərbaycanın multikultural və tolerant modelini beynəlxalq miqyasda tanıdıb.

QMİ sədri siyasi islam və ekstremizmə qarşı açıq mövqe sərgiləyib. O, həm ölkə daxilində, həm də beynəlxalq tribunalarda radikal qrupların İslamı təhrif etdiyini bildirir və Azərbaycandakı ənənəvi İslamın sülhsevərliyini vurğulayır.

QMİ və onun sədri Azərbaycanın tolerantlıq siyasətində həm simvolik, həm də funksional rol oynayan fiqurlardan biridir. Bu fəaliyyət təkcə dini sahədə deyil, ictimai, diplomatik və siyasi müstəvidə də tolerantlıq mədəniyyətini qorumağa yönəlib.

Aydın ABBASOV

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 İyul 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri