Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Qoca qitə soyuqdan üşüməmək üçün Bakıya sarılır...

Qoca qitə soyuqdan üşüməmək üçün Bakıya sarılır...

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki güclü mövqeyini və artan təsirini ortaya qoyur”

Bakı dünya iqtisadiyyatı üçün önəm daşıyan daha bir beynəlxalq toplantıya uğurla ev sahibliyi etdi. Son illər dünya iqtisadiyyatı üçün həlledici məsələlərin müzakirə məkanına çevrilən Azərbaycan paytaxı, bu dəfə enerji təhlükəsizliyi barədə müzakirə mərkəzi olaraq seçilmişdi. Avropanın enerji təhlükəsizliyində hər keçən il xüsusi rola sahib olan Azərbaycan dövlətinin nüfuz və etibar sahibi olduğu növbəti dəfə nümayiş olundu.
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının yekunları barədə danışarkən bir sıra mühüm məqam ortaya çıxır. İlk ondan başlayaq ki, budəfəki toplantı hər şeydən öncə Azərbaycan qazına olan böyük tələbatı və əksər hegemon Avropa dövlətlərinin öz enerji təhlükəsizlikləri üçün Azərbaycana olan ciddi marağını ortaya qoydu. Bu toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin qatılması artıq rəsmi Bakının qoca qitənin enerji təhlükəsizliyi üçün açar ölkə statusunu da qaçılmaz reallığa çevirir.
Bir məsələni də xüsusi olaraq vurğulayaq ki, “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nda da Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürülür. Eyni zamanda, tərəflər Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin genişləndirilməsinin maliyyələşdirilməsini təşviq etməyə səy göstərir. Azərbaycan bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında iştirak edir.
Uğurlu enerji siyasəti reallaşdıran ölkəmiz Avropanın enerji bazarında mühüm faktor kimi statusunu qoruyub saxlayır. Bu vaxta qədər əldə olunan uğurlu təcrübə, yaşıl enerji potensialının düzgün istiqamətləndirilməsi ölkəmizin cəlbediciliyini daha da artırır.
Beləliklə, Avropa qitəsində potensial əməkdaşlıq imkanları da genişlənir. Nəzərə almalıyıq ki, Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Xüsusilə Ermənistan işğalından azad edilmiş ərazilərin potensial yaşıl enerji sahəsində də uğurlu əməkdaşlığın davam etdirilməsini şətrləndirir. Yaşıl enerji interkonnektor layihələri Avropanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, dayanıqlı enerjiyə keçidi də sürətləndirəcək. Məşvərət Şurasının toplantılarında aparılan müzakirələrdə enerji təhlükəsizliyini möhkəmləndirmək, Cənub-Şərqi Avropada daha təmiz enerjiyə keçidi dəstəkləmək üçün birgə səylər nəzərdən keçirildi.
Digər bir məqam barədə danışaq. Boru kəmərinin keçdiyi ölkələrin qaz ehtiyaclarının ödənməsi baxımından bu layihə böyük əhəmiyyətə malikdir. Çünki İtaliya, Slovakiya və digər region ölkələrinin qaz tələbatının orta hesabla təqribən 20%-ə qədəri bu kəmər vasitəsilə ödənilə bilər ki, bu da böyük bir addımdır. Bu istiqamətdə TAP və TANAP layihələri də mövcuddur. Hər iki layihə həm Avropaya, həm də qardaş Türkiyəyə qaz nəqlinin həyata keçirilməsi baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Bu layihələr, "Şahdəniz" yatağında qaz ehtiyatlarının kəşfindən sonra həyata keçirilməyə başlanılıb. Bu təşəbbüslər Azərbaycanın təkcə regionda deyil, dünya miqyasında da mövqeyinin möhkəmlənməsinə səbəb olub və strateji əhəmiyyət kəsb edir. Azərbaycan əhali baxımından kiçik olsa da, bu cür irimiqyaslı layihələrlə dünya siyasətində və iqtisadiyyatında vacib rol oynadığını artıq sübut edib. Hazırda qaza olan ehtiyac, dünyada nüfuz mübarizəsində böyük əhəmiyyət daşıyır. Dövlətlər arasında qarşılıqlı tətbiq olunan sanksiyalarda da qaz və energetika amili mühüm rol oynayır. Bu qaçılmaz reallıqdır ki, Azərbaycan bu məsələdə həm Avropanın, həm də Türkiyənin qazla təmin olunmasında əsas oyunçulardan biridir. Bu isə geosiyasi baxımdan ölkəmizin digər dövlətlərlə münasibətlərində mühüm rol oynayır və həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirir.
Mənim diqqətimdən qaçmayan daha bir vacib detal barədə danışım. Artıq Avropa İttifaqı Azərbaycan qazına olan marağını növbəti dəfə ifadə edib. Belə ki, Aİ-nin enerji və mənzil təsərrüfatı məsələləri üzrə komissarı Dan Yorgensen Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa İttifaqı (Aİ) Azərbaycandan qaz idxalını genişləndirməkdə maraqlıdır. SİTAT: “Biz Azərbaycana son illərdə idxal edə bildiyimiz qaza görə təşəkkür etməklə yanaşı, bu əməkdaşlığı davam etdirəcəyimizə də ümid edirik. Azərbaycan qazı həqiqətən də Rusiya qazından asılılığımızı azaltmaqda son dərəcə vacib idi. Üstəlik, biz onun genişləndirilməsində çox maraqlıyıq, çünki bu gün qazımızın 13 %-i hələ də Rusiyadan gəlir və məqsədimiz onun idxalını tamamilə dayandırmaqdır”, - o deyib. Yorgensenin sözlərindən belə nəticə hasil olur ki, “yaşıl keçid”in fəal təşviqinə və bərpa olunan enerji mənbələrinin inkişafına baxmayaraq, qaz hələ bir müddət də Aİ-nin enerji balansının bir hissəsi olaraq qalacaq. Bu faktın özü yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin Avropanın enerji təhlükəsizliyindəki güclü mövqeyini və artan təsirini açıq şəkildə ortaya qoyur. Beləliklə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün açar ölkə olduğu bir daha əyani şəkildə təsdiqləndi. Bu isə həm də o deməkdir ki, geosiyasət faktorunda rəsmi Bakı mühüm mövqe sahibidir. Qoca qitənin enerji təhlükəsizliyi üçün Bakıya sarılması da Azərbaycanın dünya siyasəti üçün önəmli aktoruna çevrilməsi üçün mühüm faktdır.

Mətləb Salahov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri