Avropa Voleybol Konfederasiyasının rəsmiləri qitə çempionatı üçün Bakıya gəlib
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmiləri 2026-cı ildə keçiriləcək Avropa çempionatı üçün Bakıya səfər ediblər. SİA xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Təşkilat Komitəsinin nümayəndələri və yayım hüququna malik CEV-in tərəfdaşı olan "İnfort" şirkətinin əməkdaşları hazırlıq işləri ilə tanış olmaq üçün paytaxta gəliblər.
Səfər çərçivəsində qarşılaşmaların keçiriləcəyi Milli Gimnastika Arenasına və voleybolçuların yerləşdiriləcəyi hotellərə baxış keçirilib, həmçinin bir sıra digər təşkilati məsələlər müzakirə olunub.
Qeyd edək ki, Avropa çempionatının bir qrupunun oyunları Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunacaq. Yarış 21 avqust - 6 sentyabr aralığında təşkil olunacaq. AVRO-2026-da ümumilikdə Avropanın 24 ən yaxşı komandası dörd qrupda mübarizə aparacaq. Digər qruplara Çexiya, İsveç və Türkiyə ev sahibliyi edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 26 Fevral 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















