Icma.az
close
up
RU
Qoca qurdlar pərdəarxasında ortaq məxrəcə gəlməyə çalışacaqlar ŞƏRH

Qoca qurdlar pərdəarxasında ortaq məxrəcə gəlməyə çalışacaqlar ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Tam əminliklə deyirəm ki, həm Tramp, həm də Xamneyi genişmiqyaslı hərbi eskalasiyadan ehtiyyat edir"

ABŞ hər gün İranı hərbi hücumla hədələyir və artıq ekspertlər də bu müharibənin qaçılmaz olduğunu hesab edir. Lakin bununla belə danlşıqlar da istisna edilmir. ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, İran danışıqlar üçün bizə müraciət etdi. "Ağ Evə gəlmək istəyiblər".

 ABŞ lideri bununla belə, danışıqlar üçün gec olmadığını da qeyd edib. İran XİN başçısı Abbas Əraqçı isə deyib ki, İran son günlər ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə heç bir əlaqə saxlamayıb və danışıqların aparılması ilə bağlı müraciət etməyib.

ABŞ- İran arasındakı danışıqlar ehtimalını şərh edən politoloq Elvin Baxşalızadə “Sherg.az”a açıqlamasında bir aydır İran ətrafında gərgin vəziyyətin davam etdiyini xatırladıb. O qeyd edib ki, ötən ayın sonunda başlayan daxili etirazlar İranı ciddi şəkildə silkələyib:

“Qeyri-rəsmi məlumatlara görə etirazlar nəticəsində minlərlə İran vətəndaşı həlak olub. Güc strukturlarının sərt müdaxiləsindən sonra etirazlar səngisə də,ümumən İran ətrafında gərginlik qalmaqdadır. Donald Tramp adminstrasiyası İranı ciddi təzyiq altında saxlayır. ABŞ-yə məxsus hərbi gəmilər Fars körfəzində aktivləşib, bundan başqa ABŞ-nin bölgədə yerləşən hərbi bazaları yüksək döyüş hazırlığına gətirilib. Tramp artıq bir neçə dəfə İranı hərbi müdaxilə ilə hədələyib. Buna cavab olaraq İran ordusu yüksək döyüş hazırlığına gətirilib. Ölkəyə hücum olarsa bölgədəki ABŞ hərbi gəmilərinin və bazalarının vurulacağı bildirilib”.

Politoloq qeyd edib ki, diplomatik təmaslarla bağlı ziddiyyət də davam edir:

“Tərəflər bir-birinin siyasi açıqlamalarını təkzib etməkdə davam edir. Amma biz Tramp və Xamneyinin kifayət qədər təcrübəli siyasətçi olduqlarını nəzərə alsaq, pərdəarxası danışıqlar getdiyini də istisna etmək olmaz. Bu böyük ehtimaldır. "Qoca qurdlar" pərdəarxasında diplomatik təmaslarla ortaq məxrəcə gəlməyə çalışacaqlar. Bəli, biz qarşıdakı dövrdə lokal miqyaslı, qısamüddətli hərbi əməliyyatlara şahidlik edə bilərik. Amma tam əminliklə deyirəm ki,həm Tramp həm də Xamneyi genişmiqyaslı hərbi eskalasiyadan ehtiyyat edir. İran 90 milyonluq nəhəng ölkədir. İranla açıq və uzunmüddətli savaş aparmaq ABŞ-ni "dərin bataqlığa" çəkə bilər. Bundan başqa bu savaş ABŞ üçün həddindən artıq bahalı prosesə çevrilər. Bölgə isə tam bir xaos durumuyla üzbəüz qalar. Xamneyi də bu miqyasda hərbi eskalasiyada maraqlı deyil. Bu həm ölkə,həm də Xamneyinin öz hakimiyyət maraqlarına zidd addım olardı”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Yanvar 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri