Qocalığı gecikdirən dərmanlar işə yarayır? VİDEO
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İnsanlar hər zaman daha uzun ömür sürməyin və qocalma prosesini gecikdirməyin yollarını axtarıblar. Cənubi Koreyada alimlər daha uzunömürlü olmaq məqsədilə müxtəlif preparatlar hazırlayıblar.
Bəs bu cür preparatlar, həqiqətən də, daha uzun ömür sürməyimizə və qocalma prosesini gecikdirməyimizə kömək edə bilərmi?
Moderator.az Baku TV-yə istinadla xəbər verir ki, fizioloq Jalə Qurbanovanın sözlərinə görə, qocalma orqanizmdə baş verən təbii fizioloji prosesdir və bu prosesi tamamilə dayandırmaq mümkün deyil:
"Orqanizm mükəmməl çalışan bioloji mexanizmdir. Bu mexanizm davamlı olaraq öz daxili balansını qoruyur, özünü həyatda saxlamağa çalışır. Bunu təmin edən isə hüceyrələrin davamlı bölünməsi və yenilənməsidir. Bu prosesdə bütün hüceyrələrin daxilində yerləşən "telomer" adlanan xromosom başlıqları mühüm rol oynayır. Hər hüceyrə bölünməsi zamanı telomerlərin uzunluğu qısalır. Bu proses elə bir kritik həddə çatır ki, hüceyrə artıq bölünməni dayandırır. Bu zaman insanda yaşlılıq əlamətləri görünməyə başlayır".
Baxış sayı:105
Bu xəbər 26 Noyabr 2026 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















