Icma.az
close
up
RU
Qocaman jurnalistin 68 yaşı tamam olur : Təbrik edirik!

Qocaman jurnalistin 68 yaşı tamam olur : Təbrik edirik!

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

Qocaman jurnalistin 68 yaşı tamam olur : Təbrik edirik!

Bu gün əməkdaşımız, istedadlı qələm sahibi, ömrünün 32 ilindən çoxunu mətbuata həsr edən qocaman jurnalist Əziz Mustafanın (Mustafayev Əziz Salam oğlu) 68 yaşı tamam olur. Əziz Mustafanın jurnalistikaya gəlişi məktəb illərindən başlayıb və 1972-1976-cı illərdə "Şəki fəhləsi" qəzetində məqalələrlə çıxış edib. Daha sonra neft mədənində elektrik montyoru, Şərab məhsulları zavodunda və Taxıl məhsulları kombinatında fəhlə, ali təhsilini başa vurandan sonra isə mədəniyyət evinin direktoru işləyib. 1993-cü ildən həyatını mətbuata həsr edib. Əvvəlcə "Milli Birlik", sonra "Yeni Azərbaycan" qəzetində xüsusi müxbir kimi çalşıb.

1994-cü ildən "Zaman-Azərbaycan" qəzetində Prezident Aparatı, Milli Məclis, Xarici İşlər Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi üzrə xüsusi müxbir kimi fəaliyyət göstərib. 1995-ci ildə Milli Məclisin fəaliyyətini geniş şəkildə işıqlandırdığına görə bu qurumun xüsusi Təşəkkür məktubunu alıb. 2017-ci ildən "Oxuməni" qəzetində müxbir kimi fəaliyyətini davam etdirməyə başlayıb. Əziz Mustafa yazmaqdan yorulmayan jurnalistlərimizdəndir. O, jurnalistlər arasında keçirilən çoxsaylı müsabiqələrin qalibi olub. Eyni zamanda milli vətənpərvərlik ruhunda yazdığı siyasi analitik yazıların, tarixi məqalələrin və 6 kitabın müəlllifi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Oxuməni.az qəzeti redaksiyası istedadlı qələm sahibi, qocaman jurnalist Əziz Mustafanı 68 yaşı münasibəti ilə təbrik edir, ona mətbuat sahəsində yeni-yeni uğurlar və cansağlığı arzulayır. Qələminiz daha da iti olsun, Əziz müəllim!

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 25 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri