Icma.az
close
up
RU
Astaranın qocaman həsirçisi

Astaranın qocaman həsirçisi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tanınmış həsir ustası Rüfət Rzayev ömrünün 73-cü baharını yaşayır. Astara rayonunun doğma Kakalos kənd məktəbində oxuyarkən qardaşının ömür-gün yoldaşı Arəstə xanımdan həsir toxumağı öyrənib. Beləcə, hələ uşaq yaşlarından bu sənətin sirlərinə yiyələnib.

“Uzaq keçmişdən həsir məhsulları mənzillərimizdə döşəmələrin əvəzsiz örtüyü olub. Keçən əsrin 70-cı illərinə kimi gəlin köçən qızlara cehiz kimi həsir də verilirdi”, - deyə Rüfət Rzayev söhbətə başlayır. “Arəstə xanım evimizə gəlin gələndə 7 həsir gətirmişdi. Bizim bölgə rütubətli olduğundan yerə həsir, üstünə də xalça sərirlər. Həsir həm nəmişliyi çəkir, revmatizmin, digər xəstəliklərin qarşısını alır, həm də yayda mənzili sərin, qışda isti saxlayır. Dədə-babadan ərzaq məhsullarını saxlamaq, çəltiyi qurutmaq üçün həsir materialından hörülmüş zənbil və səbətlərdən istifadə olunur”.

Ağsaqqal sonra sözünə davam edərək bunları dedi:

– Yadımdadır, bir vaxtlar dükan-bazara zənbillə gedərdilər. Zarafatla zənbilə “sən bil” də deyirdilər. Çünki aldığını zənbildə heç kim görə bilmir. Arəstə xanımdan 20-dən artıq çeşiddə həsir, yun corab, xalça, palaz, ustad sənətkar Səmid kişidən isə zənbil toxumağı öyrəndim.

Rüfət Rzayev o vaxtdan yay aylarında sahələrdən qamışın bu tərəflərdə geniş yayılan növü olan pizəni yığır, onu qurudaraq həsir, zənbil, papaq, çanta, tərəzi və digər məişət əşyaları toxuyur. Çox vaxt müxtəlif naxışlı həsirlərin toxunuşunda həndəsi fiqurlardan istifadə edir. Bir həsirin toxunması ölçü və naxışlarından asılı olaraq 3-5 günə başa gəlir.

Həsirçi Rüfət Rzayevin cənub rayonlarında və Bakı şəhərində keçirilən festivallarda, mədəni-kütləvi tədbirlərdə dəfələrlə fərdi sərgisi nümayiş olunub. Yerli və xarici turistlər onun əl işlərini yüksək qiymətləndiriblər. O, hazırda Kakalos kənd diyarşünaslıq muzeyində el sənətini böyük həvəslə gənclərə öyrədir. “Təki ulularımızdan qalmış sənət nümunələri unudulmasın, onları gələcək nəsillərə ötürmək, yaşatmaq borcumuzdur”, - deyir.

Rüfət Rzayev cənub bölgəsində həm də həvəskar aktyor, gözəl səsə malik müğənni kimi də tanınır. O, Kakalos kənd mədəniyyət evinin Şəhriyar adına xalq teatrının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarında baş rolları məharətlə oynayıb.

Yeni il və Novruz bayramı şənliklərində Şaxta baba, Keçəl və Kosa rollarının ifa edib. O, bu günün özündə də Astara rayonunu kəndbəkənd gəzərək unudulmaqda olan el nəğmələrini, rəqsləri, digər folklor nümunələrini toplayıb təbliğ edir.

Sonda qeyd edək ki, Rüfət Rzayevin gərgin əməyi Mədəniyyət Nazirliyi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi tərəfindən dəfələrlə diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see165

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see159

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see158

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri