Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

Qohum evliliklərini qadağan edən qanun təsdiqləndi

Qohum evliliklərini qadağan edən qanun təsdiqləndi

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun təsdiqləndi. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik Prezident İlham Əliyevin sərəncamı ilə qüvvəyə mindi. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib.

Millət vəkili Razi Nurullayev bunu genofondumuzun qorunması baxımından mühüm addım adlandırıb: "Qohum evliliklərinin qadağan olunması ailə sağlamlığı və milli genofondumuzun qorunması baxımından mühüm addımdır. Artıq sabahdan etibarən Azərbaycanda qan qohumları arasında nikahın qanunla qadağan edilməsi ilə bağlı qanun qüvvəyə minir. Bu qanun dəyişikliyini bəyənir, onu cəmiyyətin sağlam gələcəyi naminə atılmış vacib bir addım kimi qiymətləndirirəm".

Deputat qohum evliliklərinin hüquqi şəkildə qadağan olunmasını tam dəstəklədiyini bildirib: "Uzun illərdir ki, elm adamları və səhiyyə mütəxəssisləri yaxın qohumlar arasında qurulan nikahların genetik xəstəliklərin yayılmasına səbəb olduğunu bildirirdilər. Cəmiyyətin rifahı, gələcək nəsillərin sağlam böyüməsi üçün bu risklərə biganə qalmaq olmazdı. Ona görə də qohum evliliklərinin hüquqi şəkildə qadağan olunmasını tam dəstəkləyirəm. Bu addım təkcə tibbi baxımdan deyil, sosial və psixoloji mühitin sağlamlaşdırılması baxımından da önəmlidir. Ailə institutu cəmiyyətin təməlidir. Onun sağlam və davamlı şəkildə qurulması üçün hüquqi mexanizmlər lazımdır. Bu qərar ailə dəyərlərinin qorunmasına, sağlam və vətənə yararlı övladların yetişməsinə töhfə verəcək".

Bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışan millət vəkili daha çox ucqar bölgələrdə yaşayanlar məlumatlandırılmalı olduğunun vacibliyini xüsusi qeyd edib: "Bu sahədə maarifləndirmə işlərinin aparılması da gücləndirilməlidir. Cəmiyyətin bütün təbəqələri, xüsusilə də ucqar bölgələrdə yaşayan insanlar bu dəyişikliklərin səbəbləri və faydaları barədə məlumatlandırılmalıdır. Media, təhsil, vətəndaş cəmiyyəti, aidiyyəti dövlət qurumlarının, o cümlədən din xadimlərinin bu prosesdə fəal rol oynamaları vacibdir".

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, qohum evlilikləri tarixən yaşayış tərzindən irəli gəlib: "Sadəcə əldə olan imkanın, eləcə də var-dövlətin başqa şəxsə keçməməsi kimi məsələlər qohum evliliklərini aktuallaşdırıb. Xüsusilə, ikinci və üçüncü dərəcəli qohumlar arasında nikahlar çox olub. Bu nikahlar genefondun sağlamlaşmasına, onun yeni genlər götürməsinə maneə olub. Belə ki, uşaq hər iki valideyndən gen götürür. Azərbaycanda talasemiya, o cümlədən, müxtəlif genetik, xromosom xəstəliklər var. Təəssüf ki, bu xəstəliklərin sayı da az deyil".

Onun sözlərinə görə, iki qohum evlənirsə və onların hər ikisi xəstədirsə, uşağın normal genlər götürmək imkanı məhdud olur: "Bu da xəstəliklərin yayılmasına gətirib çıxarır. Bu baxımdan qohum evliliklərinin qadağa olunması müsbət haldır. Genefondun sağlamlığının qorunması üçün bu addım atılmalı idi".

Həkim-pediatr Vaqif Qarayev deyir ki, təkcə əmiqızı, əmioğlu yox, lap uzaq qohumların da evlənməsi arzuolunmazdır. Çünki xromosom kodunda eynilik var, indi olmasa da, gələcək nəsillərdə dəyişiklik ehtimalı həddindən artıq çoxdur. Ona görə də, bizdə irsi genetik xəstəliklər çoxalıb. Bu problem təkcə bizdə deyil, yəhudilərin də müəyyən bir qolu var ki, onlarda da yaxın qohumla evlənirlər. Ancaq dünya miqyasında müsəlman arealında qohum evlilikləri daha çoxdur, ən çox isə ərəb ölkələrindədir: "Azərbaycanın çox böyük bir kəndində beynəlxalq təşkilat qohum evliliklərinin monitorinqini aparıb, hesabatda ortaya çıxıb ki, əksəriyyəti qohumu ilə evlənib. Mən elə bir ailə tanıyıram ki, yaxın qan qohumu ilə evlənib, 4 uşağın 4-də də əqli və fiziki qüsur var. Soruşuram ki, bunların ikisi xəstə doğuldu, digərlərini niyə müayinələr aparmadan dünyaya gətirirsiniz? Cahillikdir və deyirlər ki, Allahın verdiyi paydır. Bu gün də bu yanaşma var. İstənilən xəstəliyin öhdəsindən gəlmək olar, ancaq irsi-genetik xəstəliklərə təbabət heç nə edə bilmir. Qohum evliliklərində irsi xəstəliklərin olması ehtimalı çoxdur, insanlar bunu anlamalıdırlar. Bəlkə də cahillik dövründə bunun izahı var idi. Ancaq maraqlıdır ki, indi təhsili olan insanlar da var ki, övladını yaxın qan qohumu ilə evləndirir".

Pediatrın sözlərinə görə, məhz bu səbəbdən irsi-genetik xəstəliklər sürətlə artır, Azərbaycanda ən çox yayılan talassemiyadır: "Autizmin isə səbəbləri tam bəlli deyil, irsi-genetik faktorun da rolu var. Ancaq Avropada da autizm geniş yayılıb, hərçənd onlarda qohum evlilikləri yoxdur. Yeni doğulan uşaqlara 7 gün ərzində daban testləri olunmalıdır, orada 4 çox ağır xəstəliyin ilkin diaqnostikası aşkar olunur. Ana bətnində Daun xəstəliyinin diaqnostikası mümkündür, laborator analizlərlə, ultrasəs müayinəsi ilə təyin edirlər. Yaxın qohumların nikahından olan hamiləliklərində xromosom patologiyaları ola bilər, bəzi klinikalarda bunu təyin etmək mümkündür. Əqli və fiziki qüsur yaradan xromosomları müəyyən etmək olur. Qohum evliliklərində  genetik istiqamətdə müayinə çox vacibdir. Daun xəstəliyi hamiləliyin elə dövründə aşkarlanır ki, ana onda uşağı məhv  etmək və ya dünyaya gətirməklə bağlı seçim qarşısında qalır. İndi bir humanist yanaşma var. Çünki Daunla doğulan uşaqlar arasında kifayət qədər intellektli olanlar da var. Ancaq valideynlər göz dağı görmək istəmirsə, yaxşı olar ki, qohum evliliklərindən uzaq olsunlar. Təbabət bunun qarşısında acizdir. Diaqnostikasında irəliləyişlər olsa da, müalicəsi ilə bağlı heç nə edə bilmirik. Talassemiya isə nikaha gedən şəxslərin qan analizi ilə müəyyən olunur. Əgər cütlükdə hər iki tərəf talassemiya daşıyıcıdırsa, artıq onların hər 4 övladından biri talassemiya xəstəsi ola bilər. Problem odur ki, bu mərhələdə artıq gənclər nikaha girir, toy ərəfəsindədir, bəzən nə çıxsa da, nikahdan imtina etmirlər. Bu xəstəliyin müalicəsi müəyyən qədər var, xəstəyə sümük iliyi köçürülür. Ancaq risk etməyin mənası yoxdur. Təbabət məsləhət görür ki, iki daşıyıcı evlənməsə, yaxşıdır. Bundan başqa, qohum evlilikləri ilə irsi karlıq və korluq, ürək xəstəlikləri ötürülə bilər. Epilepsiyada, ürək patologiyalarında da irsiyyətin çox böyük əhəmiyyəti var. Ona görə bir daha vurğulayıram ki, yaxın qohumla evlənmək düzgün deyil".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, həyatımızın çox hissəsi ailədə keçir. Ailə cəmiyyətin, dövlətin çox vacib bir nüvəsidir, əsasıdır. Buradakı atmosferdən, münasibətlərdən insanlar arasında, cəmiyyətdə, onun müxtəlif təbəqələri arasında, ən əsası, dövlət və onun qarşısına qoyduğu hədəflərə çatmaq istiqamətində çox şey asılıdır. Biz bu ailədə hansı mühitə malik oluruqsa, buradakı böyüklər, kiçiklər, 1-ci, 2-ci, 3-cü dərəcəli yerlərdə dayanan insanlar, eynilə bu sosial mühitdə əldə etdiklərini cəmiyyətə daşıyırlar. Qanunlara münasibətdə ona daha çox üstünlük verirlər, öhdəliklərindən, məsuliyyətlərindən daha çox istəklərini, arzularını bu istiqamətdə söyləməyə çalışırlar: "Qohumlar arasında nikah halları və bunun törətdiyi fəsadlar digər ölkələrdə olduğu kimi, Azərbaycan cəmiyyətində də narahatlıq doğuran aktual ailə məsələlərindən biri idi. Belə nikahların baş verməsi bir çox hallarda sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olurdu. Elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Təəssüf ki, Azərbaycanda da yaxın qohumlar arasında bağlanan nikahlara rast gəlmək mümkündür".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:307
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyul 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see421

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see267

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see252

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see240

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see233

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see222

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see217

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see212

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see211

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see211

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see211

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see208

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see206

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see204

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see202

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see199

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see194

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see193

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see182

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

27 Sentyabr 2026 14:58see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri