Icma.az
close
up
RU
Qohum evliliyi edən şəxslər həbs oluna bilər

Qohum evliliyi edən şəxslər həbs oluna bilər

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ilin iyulun 1-dən qohum evlilikləri qadağan olunub. Maraqlıdır, bu qadağanı pozan şəxsləri hansı caza gözləyir?

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı Metbuat.az-a danışan vəkil Asim Abbasov bildirib ki, yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə qanunvericiliyə bir sıra dəyişikliklər edilb:

"Hər iki məsələ insan hüquq və azadlıqlarının təmin edilməsinə və cəmiyyətin sağlam gələcəyinə zərbə vuran fəsadlara səbəb olur. Qanunvericiliyə edilmiş dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, eyni zamanda cəmiyyətin sağlam gələcəyinə zərbə vuran fəsadların aradan qaldırılması və sağlam gələcək formalaşdırılması məqsədi daşıyır. Bu məqsədlə Azərbaycan Respublikasının Ailə, Cinayət və İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər və əlavələr edilib.

Ailə Məcəlləsinin “Nikahın bağlanmasına mane olan hallar” başlığı daşıyan 12-ci maddəsinə “qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları” (12.0.2-1-ci) və “bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu” (12.0.2-2-ci) məzmunda bəndlər əlavə edilib.

Qohum evliliyi ilə bağlı qadağanı pozan şəxslərin həm inzibati, həm də cinayət məsuliyyəti vardır.

Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə görə qadını nikaha daxil olmağa məcbur etməyə görə şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qəbul edilmiş qanun lahiyəsində Cinayət Məcəlləsinin “Qadını nikaha daxil olmağa məcbur etmə” adı daşıyan 176-1-ci maddəsinin adının dəyişdirilərək “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilmiş və bununlada cinayətdən zərər çəkmiş şəxslərin dairəsi genişləndirilib.

Cinayət Məcəlləsinə əlavə edilmiş “On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili” başlıqlı 176-2-ci maddəyə görə On altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər. Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır".

Asim Abbasov bildirib ki, cəmiyyətdə bir sıra hallarda yetkinlik yaşına çatmayanlar barəsində elçilik, nişan kimi mərasimlər keçirilir.

"Bu cür mərasimlər faktiki ailənin qurulması halı olmasa da, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olmaqla yanaşı, uşaq hüquqlarının məhdudlaşdırılmasına və onların təhsildən yayınmasına gətirib çıxarır. Bu əməllərin qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsinə 189-1 (On altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma), 189-2 (Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi) və 189-3-cü (Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə) madəlləri əlavə edilmişdir. Bu maddələrin tələblərini pozan şəxslər barəsində inzibati tənbeh növündə inzibati cərimə və ya inzibati həbs tətbiq edilir.

Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər 2025-ci il iyulun 1-dən qüvvəyə minəcəkdir.

Qeyd edim ki, qanunvericiliyə edilmiş dəyişikliklər və əlavələr erkən evliliklə mübarizədə mühüm addımlardan biri olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Aprel 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see225

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see141

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see120

Mifləşdirilən hökmdar, susdurulan tarixçi KONKRET

07 Dekabr 2025 00:32see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri