Icma.az
close
up
RU
Qonşular arasında mübahisə düşdü Pişik həbs edildi

Qonşular arasında mübahisə düşdü Pişik həbs edildi

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Fransada qonşular arasında yaranan mübahisə beynəlxalq müzakirələrə səbəb olan məhkəmə qərarı ilə nəticələnib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Dominik Valdesin Remi adlı pişiyi məhkəmənin qərarı ilə rəsmi olaraq ev dustaqlığına məhkum edilib. 

Belə ki, Valdesin  qonşusu "Remi"dən məhkəməyə şikayət edib. İddialara görə, pişik qonşunun bağçasına və evinə girirmiş. Bununla yanaşı, pişik evdə pəncə izləri buraxırmış. 

Məhkəmə 90 səhifəlik geniş əsaslandırılmış qərar hazırlayaraq heyvanın sahibini məsuliyyətli hesab edib. Qərara əsasən, Reminin hər icazəsiz bağça ziyarəti üçün 30 avro cərimə tətbiq olunacaq. Bundan əlavə, pişiyə “ev həbsi” verilib və o, rəsmi olaraq “dünyanın ilk məhbus pişiyi” kimi qeydiyyata düşüb.

Reminin sahibi Valdes bu qərarın onu şoka saldığını söyləyərək ittihamların sübutsuz olduğunu vurğulayıb:

"Reminin günahkar olduğunu göstərən dəqiq dəlil yoxdur. Üstəlik, məhəllədə ona bənzəyən başqa bir sarı pişik də var. Qonşunun təqdim etdiyi şəkillərdə müxtəlif pişiklər görünür". 

Valdes bildirib ki, Remi illərdir məhəllədə sərbəst dolaşır və qonşu bu səbəbdən “bağça rahatlığının pozulduğunu” iddia edərək indiyədək ondan ümumilikdə 2 050 avro təzminat alıb.

Fransa Hayvanları Qoruma Dərnəkləri qərarın ölkə miqyasında pişiklərin sərbəst hərəkətini məhdudlaşdıra biləcəyini deyərək narahatlıqlarını ifadə edib.

Məhkəmə qərarı ilə ev dustaqlığına məhkum edilən ilk pişik kimi tarixə düşən Remi sosial mediada böyük müzakirələrə səbəb olub. Heyvansevərlər artıq Remiyə dəstək kampaniyası başlatmaq üçün təşəbbüs göstərməyə başlayıblar.

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Dekabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri