Bakıda qonşular arasında mübahisə qətllə nəticələnib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Binə-Savxoz ərazisində qeydə alınıb.
Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib.
Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı qonşu ona bıçaqla xəsarətlər yetirib.
Şübhəli şəxs qonşusuna 30-dan çox bıçaq zərbəsi vurub. Nəticədə ağır xəsarətlər alan şəxs hadisə yerində dünyasını dəyişib.
Qətli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, həyatını itirən şəxsin 3 azyaşlı övladının olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İman İmanlı
Bu mövzuda digər xəbərlər:Bakıda qonşular arasında bıçaqlanma
11 Dekabr 2024 10:54
Saatlıda qonşular arasında ədavət ölümlə nəticələnib
16 Fevral 2025 09:09
Bakıda başlayan mübahisə Qusar meşəsində qətllə bitdi VİDEOREPORTAJ
24 Sentyabr 2026 18:01
Qonşular arasında mübahisə qanla bitdi
11 Dekabr 2024 10:02
Qubada qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib
13 Aprel 2026 11:32
Baxış sayı:131
Bu xəbər 12 İyul 2026 00:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















