Icma.az
close
up
RU
Qonşum ailəmi izləyirdi Samuxdakı hadisənin təfərrüatı

Qonşum ailəmi izləyirdi Samuxdakı hadisənin təfərrüatı

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Samux rayonunda 1970-ci il təvəllüdlü Arif həmkəndlisi İlkinə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 18-də baş verib. Arif həmin gün səhər saat 05:30-da küçədə həmkəndlisi İlkin ilə aralarında mübahisə baş verib. O, şəxsi münasibətlər zəminində mübahisə zamanı əli ilə İlkinin üzünün sol nahiyyəsinə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Arifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, İlkin onun həmkəndlisi və eyni zamanda da qonşusudur: “Onunla münasibətlərimiz normal deyil və biz təxminən 8-10 ildir danışmırıq. Avqustun 18-də, səhər saat təxminən 5:30-da həyətyanı torpaq sahəsini suvaran zaman küçədən keçən su arxı dolduğu üçün sahəmə su yaxşı gəlməyib. Buna görə də küçədən keçən su arxını suyun yaxşı getməsi üçün bir qədər qazdım. Sonra əkin sahəsini suvaran zaman İlkin özünə məxsus maşını ilə küçədən keçən zaman yol palçıq olduğu üçün maşını küçədə bataraq qaldı. Mən isə bunu kənardan gördüm və maşının yanına gedərək kömək etmək üçün arxadan itələdim. Bu zaman isə İlkin maşının içindən mənə qarşı nalayiq ifadələr işlətdi və məni təhqir etdi. O, köməyimdən imtina edərək uzaqlaşmağımı tələb etdi. Sonra isə İlkin maşından düşərək üzərimə tərəf gəldi. Həmin vaxt biz əlbəyaxa olduq. Əlbəyaxa olan zaman sağ əlim ilə İlkinin sol üz nahiyəsinə vurdum. Bu zaman isə onun həyat yoldaşı maşınından düşərək üzərimə doğru gəldi. İlkin yerdən daşları götürərək mənə tərəf atdı. Həmin daşların mənə dəyəcəyindən qorxuduğum üçün həmin yerdən qaçmağa başladım. Bu səbəbdən də İlkinin atdığı daşlar mənə dəymədi. Baş vermiş hadisə zamanı xəsarət almamışam. Lakin əlim ilə İlkinin vuraraq ona xəsarət yetirmişəm”.
İş üzrə zərərçəkmiş İlkinin sözlərinə görə, qonşusu Ariflə münasibətləri normal deyil: “Təxminən 4 il bundan öncə Arif həyətyanı sahəmə girərək məni və ailəmi izləyib. Lakin bunu onun boynuna qoya bilməmişəm. Bu səbəbdən də onu güdmüşəm və gecə saatlarında həyətyanı sahəmdə tutmuşam. Həmin vaxt Arif ilə aramızda dava-dalaş olub. Həmin vaxtdan etibarən Arif ilə danışmıram”. 
Samux Rayon Məhkəməsinin hökmü ilə Arif 6 ay  müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı ünvanı hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Samux rayonu hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan əlavə onun üzərinə cəzaçəkmə müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,  müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Fevral 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri