Qonşunu öldürüb həyətdə basdırmışdılar Həmin ailəyə 53 il iş istənildi...
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Qaradağda qonşularını öldürməkdə ittiham olunan bacı, qardaş və kürəkənin məhkəmə istintaqı başa çatıb.
"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfi çıxış edib.
Bu iş üzrə Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və Gülnarın qardaşı Qasım Xankişiyev mühakimə edilir. Onların üçü də həbsdədir.
İttihamda deyilir ki, bu hadisənin baş verməsinə səbəb qətlə yetirilən Səxavət İsmayılovun təqsirləndirilən Gülnara bir neçə dəfə təcavüz etməsidir. Onun qardaşı Qasım isə bundan xəbər tutduqdan sonra bacısının həyat yoldaşına məlumat verib.
Qasım, Elşən və Gülnar öncədən plan quraraq Səxavət İsmayılovu boğaraq öldürüblər, meyitini isə həyətlərində qazdıqları quyuda basdırıblar.
Baş verənlərə görə Qasım bacısını da bağışlamayıb, ona “get özünü öldür” deyib. Bundan sonra Gülnar birbaşa polisə gedərək hər şeyi etiraf edib.
Prokuror son çıxışında təqsirləndirilən şəxslərin üçünün də mütəşəkkil dəstə halında adam öldürməkdə təqsirli bilinmələrini, Elşən Müzəffərov və Qasım Xankişiyevin 18 il, Gülnar Müzəffərovanın isə 17 il azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəməyə sədrlik edən hakim Fəxri Məmmədov müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə, son söz üçün təqsirləndirilən şəxslərə vaxt verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Oktyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















