Qonşunu öldürdüb meyitini həyətdə basdırdılar Ər arvada hökm oxundu
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Qabaqcadan əlbir olaraq qətl törətməkdə təqsirləndirilən Elşən Müzəffərov, Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Elşən Müzəffərov, Qasım Xankişiyev hər biri 16 il 6 ay, Gülnar Müzəffərova 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. pizza
Hadisə ötən ilin noyabrında Bakının Qaradağ rayonunun Sənqəçal qəsəbəsində baş verib.
İstintaqla müəyyən olunub ki, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətlərində basdırılıb.
Qətli törətməkdə şübhəli bilinən şəxslər hadisədən sonra saxlanılıb.
İbtidai istintaq zamanı cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.
Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 27 Oktyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















