Icma.az
close
up
RU
Qorxu fonunda HAKİMİYYƏT UĞRUNDA MÜBARİZƏ TƏHLİL

Qorxu fonunda HAKİMİYYƏT UĞRUNDA MÜBARİZƏ TƏHLİL

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa prezidenti mahiyyət etibarı ilə qlobal transformasiya prosesində ancaq rəhbərlik etdiyi ölkənin “yerini” və “rolunu” qoruyub saxlamağa çalışır. Makronun məqsədi həm də özünü qorumaqdır. Çünki öz postunu itirmək kimi bir qorxusu var. Elə məhz həmin qorxu fonunda da hakimiyyət uğrunda mübarizə aparır və bütün səyləri ancaq buna görədir.

Emmanuel Makron üçün ən vacib məsələ indi məhz “öz çulunu sudan çıxarmaq” məsələsidir

Bəli, Makronu narahat edən əsas və ən başlıca məsələ, ilk növbədə, öz hakimiyyətidir. Özü də yaxşı bilir ki, onun prezidentlik müddəti artıq başa çatır və indi də öz hakimiyyəti başa çatdıqdan sonra “yeni hökumət” qurmaq barədə düşünməli olduğu qənaətindədir. Onsuz da Fransanın hazırki lideri heç zaman qlobal məsələlərə vaxt belə ayırmaq niyyətində olmayıb və indi də belə niyyətdə olmaması bəllidir. Bəlli olan odur ki, Emmanuel Makron üçün ən vacib məsələ indi məhz “öz çulunu sudan çıxarmaq” məsələsidir. Barəsində nə düşünüldüyünü də Fransa prezidenti çox yaxşı bilir və “bulanıq sulara baş vurması” da bu baxımdan başadüşüləndir. Bilir ki, aqibəti heç də yaxşı olmaya bilər və onu nələr gözlədiyini düşündüyü üçün də yuxularını qarışdırır, çünki bərk qorxur.

Əlbəttə ki, Makron üçün hazırki vəziyyəti heç də ürəyincə ola bilməz. Bu qədər “yöndəmsiz” fəaliyyəti fonunda qorxması təbiidir. Əvvəla, onun timsalında məhz “qaranlıq yol” seçən hər bir siyasətçi vəzifədən getdikdən sonra öz təhlükəsizliyini düşünür və qorxuya düşür. Digər tərəfdən də axı Makron bilir ki, oynadığı oyunlar onun başına bəla ola bilər. Bilir ki, hakimiyyətini əldən verən kimi dərhal hansısa müstəvidə ittiham olunacaq. Ən azından, müstəmləkəçilik siyasəti yürütdüyünə görə qınanılan bu adamın istənilən anda “zərbə” gözləməsi anlaşılandır. Fransa prezidenti hamıdan yaxşı başa düşür ki, heç kim üçün “müqəddəs” hesab olunmur. Onu da başa düşür ki, hakimiyyətini itirdiyi zaman təhlükəsizliyini də itirmiş olar və bu zaman onun vəziyyətinin tamamilə acınacaqlı olması gözləniləndir. Bax elə bir tərəfdən də məhz qorxu fonunda hakimiyyət uğrunda mübarizə aparır və qorxduğu üçün də hakimiyyətini, vəzifəsini əldən vermək istəmir. Belə bir fikir belə onun üçün qətiyyən qəbul edilən deyil.

Özünü “sülhsevər”, guya “sülh niyyətli” olduğunu göstərməklə, artistlik edir və Amerikanın kölgəsindən məhrum olduğu də üçün qorxur

Məsələ burasındadır ki, qeyd olunanlar özü belə bəzi məqamlara aydınlıq gətirilməsi üçün kifayət edir. Belə məlum olur ki, Fransa prezidentinin hərəkətlərində şəxsi amillə yanaşı, qlobal aspekt də var. Ukraynadakı müharibə zamanı Fransa prezidentinin, əslində, həqiqətən də mühüm rol oynamaq fürsətini əldən verdiyini nəzərə alsaq, indi onun məhz qlobalistcəsinə “canfəşanlıq” etməsi də anşalışandır. Bu qədər qırğınlara, məlum soyqırımlara imza atan Fransanın lideri guya özünü indi “sülh niyyətli” göstərməyə çalışırsa, deməli, bir “rol oynayır”, artistlik edir və oynadığı rol da qorxusuna görədir. Məhz hakimiyyəti naminə özünü belə dırnaqarası “sülhsevər” göstərir. Amma buna çətin ki, inanan olsun.

Fransa son illər ərzində ancaq Bayden administrasiyasının “kölgəsində” olub. Həmin kölgə indi artıq Makronun da əlindən çıxıb və artıq kölgə yoxdur. Paris indi “qızmaq günəş altındadır” və kölgəsiz qalmış vəziyyətdə hadisələrin gedişində “yandırıcı təsirlərə” məruz qalması da Fransa liderini narahat edir. Əgər ABŞ indi tamamilə fərqli mövqe sərgiləyirsə, müharibə üçün maliyyə dəstəyi göstərməkdən imtina edirsə, deməli, rəsmi Paris “ortada qalmış” olur. Bir zamanlar ukraynalılara dəstək olacağını bəyan edən avropalıların əksəriyyəti kimi, məhz Emannuel Makron da tərəddüd və qorxu içərisindədir. İndi onun özünə yardım lazımdır və bu vəziyyətdə heç bir köməklik göstərə bilməyən biri kimi özünü guya qlobalist olaraq göstərməyə çalışır. Bəli, belə göstərməyə çalışır ki, heç olmasa hansısa formada özünü müdafiə etmiş olsun. Başa da düşür ki, indi bütün Avropa onun bir “yararsız” olması qənaətindədir və bundan sonra avropalılardan kömək umması üçün hər varianta əl atmaqdadır. Məsələnin də kökündə, əlbəttə ki, özü, öz vəziyyəti ilə bağlı qorxu hissi durur.

Heç bir resursu olmayan birinin iddiaları manipulyasiyadır və avantüraya əl atması da qorxunun təzahürüdür

Avropanın bir çox mətbuat səhifələrində rast gəldiyimiz məlumatlara istinadən qeyd edirik ki, indi Fransa guya Avropanı belə “qurmağa” hazır olduğunu iddia edir. Ancaq “problemin” mahiyyəti ondan ibarətdir ki, bir növ bünövrəsi belə qoyulmamış binada Makron “mənzil arzusuna” düşüb. Axı onun nəinki bu layihəni, ümumiyyətlə, hansısa bir ideyanı belə həyata keçirmək üçün kifayət qədər “resursu” yoxdur. Deməli, yenə də manipulyasiya edir və qorxu fonunda yenə də avantüraya əl atır. Makrondan soruşmaq yerinə düşərdi ki, o Fransanı düz-əməli idarə edə bilmədiyi halda, Avropanı necə “qurmaq” iddiasına düşə bilər? Məgər fransızlar arasında belə nüfuz sahibi ola bilib ki, indi də bütövlükdə avropalılara ümid etsin?

Əlbəttə ki, Fransa liderinin iddiaları cəfəngiyyatdan başqa bir şey deyil. Bunu bütün dünya ictimaiyyəti yaxşı bilir. Yaxşı bilir ki, Feansanın özünün vəziyyəti bu gün bir sıra səbəblərə görə heç də yaxşı deyil. İndi Fransa prezidenti həmin o yaxşı olmayan vəziyyətə bir çarə tapmaq məcburiyyətindədir. Bəlkə də Makron bununla göstərməyə çalışır ki, guya vəziyyəti düzəltmək üçün addımlar atmaq niyyətindədir. Lakin başa da düşə bilmir ki, səyləri mənasızdır. Qətiyyən dərs ala və nəticə də çıxara bilməyən bu adam bilməlidir ki, yalnız yüksək səslə və bəyanatlarla heç nəyə nail ola bilməz. Doğrudur, bu tərz də onun çıxılmaz vəziyyətdən yaxa qurtarmaq niyyətinin təzahürüdür. Amma sual olunur ki, hara qədər? Nə vaxta qədər belə ağılsız addımlarla, axmaq və mənasız iddialarla özünü sığortalaya bilər?

Hakimiyyət uğrunda mübarizə aparmaq məqsədi ilə bütün vasitələrə əl atmaq ənənəsi qorxu fonunda hələ də davam edir

Dəfələrlə müşahidə etmişik ki, Fransa lideri üçün hansısa ağılsız addım atmaq adi hal sayılıb. Yəni, Avropanın sayılıb-seçilən ölkəsi olan Fransada ən ağlasığmaz addımların atılmasına dünya ictimaiyyəti bir növ, çoxdan öyrəncəlidir. Bu ölkənin nümayişçilərə qarşı vəhşicəsinə davrandığının, məsələn, aksiyalar zamanı etirazçılara qarşı güc tətbiq etdini dəfələrlə müşahidə etmişik. Hər halda, atlardan, itlərdən istifadə edən, rezin güllələrlə aksiyaçıları “cəzalandıran”, gözyaşardıcı qazlarla insanların səsini boğmağa çalışan bir ölkənin, yəni, Fransanın “tərzini” bilməyən olmaz. İnsanlar onu da yaxşı bilirlər ki, bu qədər vəhşilikləri jandarmlar özbaşına edə bilməzlər və buna əmr verən Makron kimi lideri var Fransanın. Hətta bu vəhşiliklərin ardınca da dünyaya insan hüquqlarından, azadlıqlarından dərs keçmək iddiasında olduğu da bəllidir və bütün bunlar Fransa liderinin əls simasıdır.

Xatıradaq ki, bir zamanlar təqaüdlərlə bağlı da Emmanuel Makron vədlər vermişdi. Nümayişlərin qarşısını almaq üçün belə bir vədi versə də, sonda öz vədinə əməl belə etmədiyi də xatirimizdədir. Amma bu qədər yalançılığın, avantüranın fonunda başqalarını həyasızcasına qınamaq üçün olmayan üzündə üz də tapır. Artıq üzünün dərisi o qədər bərkiyib, o qədər öyrənib ki, “Avropa qurmaq” iddiasını da səsləndirir. Fransanın liderinin timsalında bir ölkə rəhbəri nə qədər üzsüz olmalı idi ki, belə bir iddia ilə çıxış etsin.

Təbii ki, hakimiyyətinin bütün dövrlərində Makronun bircə dənə də olsun sözünə əhəmiyyət verilmədiyi hamıya bəllidir. Yenə də onun cəfəngiyyatlarına əhəmiyyət verilmir və bundan sonra da verilməyəcək. Amma unutmasın ki, onun hakimiyyətinin başa çatmasına kifayət qədər “əhəmiyyət” veriləcək. Bunu başa düşməsə belə, özü hamıdan yaxşı duyur. Duyur ki, bundan sonra daha “məsələni uzada bilməz” və elə qorxusu da buna görədir. Elə hakimiyyət uğrunda mübarizə aparmaq məqsədi ilə bütün vasitələrə əl atmaq ənənəsi belə qorxu fonunda hələ də davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Mart 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri