Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Qorxularımızın olması normaldırmı?

Qorxularımızın olması normaldırmı?

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Qorxu hər insanda vahimə yaradan hissdir. Bu hissi çox vaxt özümüz zehnimizdə meydana gətiririk. Demək olar ki, qorxusuz həyat mümkün deyil. Bəzən isə qorxu həyatımıza xoşagəlməz təsirlər göstərir. Bəs qorxu nədən qaynaqlanır? Onun öhdəsindən gəlmək mümkündürmü?”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova hər şeyin kökündə ölüm qorxusunun olduğunu bildirib: “Qorxu insanın təməl instinktlərindən biridir. İnsanı fəaliyyətə sövq edə bilən, bəzən isə fəaliyyətdən saxlayan məqamlardan biri də qorxudur. Burada əsas məqam fərddə qorxunun hansı səviyyədə olduğunu və nəyə kökləndiyini müəyyənləşdirməkdir. Hələ insan ana bətnində olarkən belə ana uşağını itirməkdən qorxur. Uşaq dünyaya gəlib böyüdükcə insanın ölümdən qorxma instinkti formalaşır. Ümumiyyətlə, bütün qorxuların kökündə ölüm qorxusu dayanır. Çünki heç bir insan ölmək istəmir. Həmçinin bir çox psixoloji problemlər də, məhz bu qorxuların fonunda yaranır. Yəni bu gün təşviş, həyəcan pozuntusu, depressiya və fobiyaların təməlində ölüm qorxusu dayanır. Məsələn, insanların əksəriyyəti qapalı məkana, liftə və təyyarəyə minə bilmir. Elə də uğurlu müqayisə olmasa da, deyəcəm ki, lift qəbir evinə oxşayır”. Psixoloq hesab edir ki, bütün qorxulara qarşı tədbirlərin görülməsi qeyri-mümkündür: “Qorxu hissi çox olan insanların fəaliyyətə sövq edilməsi əsas məsələdir. Məsələn, qəhrəman, mərd və ya müxtəlif yaxşı keyfiyyətlər şamil edilən insanlar arasında müşahidələr aparsaq, onlarda ölüm qorxusunun az olduğunu görərik. Ona görə də həmişə cəmiyyətdə onlara qarşı qibtə hissi ilə yanaşılıb. Ümumiyyətlə, hər bir insan öz düşüncəsinə, dünyagörüşünə uyğun olaraq qorxularla savaşır. Bu da instinktiv olaraq baş verir. Məsələn, insan ac qalanda həyatını itirə biləcəyini bildiyi üçün hansısa formada bunun öhdəsindən gəlir. Qorxunun insanı fəaliyyətdən saxladığı, kiminləsə ünsiyyət qurmadığı, özünə qapandığı, ətrafa olan münasibətinin pis olduğu mərhələdə onlara peşakar dəstək göstərmək lazımdır. Psixoloq qorxunun pataloji səviyyəyə gələn məqamı ilə iş aparır. Yəni fərd özünə və ətrafında olan insalara ziyan verir. Ümumi olaraq bu qorxunun təməlini tapmaq üçün xüsusi analizlər aparmaq lazımdır. İnsan beynində o qorxunu həll edəndən sonra normal cəmiyyətə, həyata qayıdır. Amma bütün qorxulara qarşı tədbirlərin görülməsi qeyri-mümkündür. Müəyyən qədər qorxunun olması çox yaxşı bir şeydir. Bu, həm fərdin özünü, həm də cəmiyyətə olan münasibətini tənzimləyir. Qorxu hissi heç olmayan insan yoxdur. Əgər varsa, onun psixiatrik problemləri var. Çünki hər bir insanın qorxacağı və çəkinəcəyi bir yer olmalıdır. Bu hisslərin heç biri olmayan insan təhlükəlidir. Məsələn, bir çox insanlar yalnız Allahdan qorxduğunu deyir. Bu qorxunun da olması önəmlidir. Çünki qorxu bəzən insanlara yol göstərir, bəzən isə yolundan edir”, - deyə psixoloq Yeganə Əsgərova söhbətə yekun vurub.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Aprel 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri