Icma.az
close
up
RU
Özözünüzlə danışmaq normaldırmı?

Özözünüzlə danışmaq normaldırmı?

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mənim əl kremim haradadır? Həmişə hər şeyi hara gəldi qoyursan, sonra da axtarırsan"...  "Aha, budur. Onu yenə çarpayının altına atmısan"... 

Belə sözlər yəqin ki, bir çoxlarına tanış gəldi. Çünki bir çoxumuz bəzən bu şəkildə öz-özümüzlə danışırıq. Ələlxüsus da tək olanda... Lakin küçədə gedərkən və ya ofisdə oturduqda, alış-veriş etdikdə də özü ilə danışanlar az deyil. Bəs bunun səbəbi və məqsədi nədir? Bu bəzən bizə diqqətimiz toplamağa və ya hansısa problemi həll etməyə yardımçı olur.

Bəzilərinə dəlilik kimi görünsə də, bu halın əslində dahilik əlaməti olduğu qeyd edilir. Diqqət edildikdə əksər dahilərin öz-özü ilə danışdığını aşkar etmək olar. Bunun üçün ən böyük mütəfəkkirlərin monoloqlarına, məşhur şairlərin şeirlərinə, tarixə göz gəzdirmək yetərlidir.

Məsələn, Albert Eynşteyn həmişə özü ilə danışıb. Çox zaman həmyaşıdları ilə söhbətdən qaçan Eynşteyn  özü ilə söhbətdə bir cümləni bir neçə dəfə təkrar etməyi xoşlayıb.

Alimlərin fikrincə, insanın özü ilə danışması beyni daha effektiv işləməyə sövq edir.

"Quarterly Journal of Experimental Psychology"jurnalında dərc olunan bir yazıda insanın öz-özü ilə danışmasının faydalı olduğu qeyd edilib. Araşdırmanın müəllifləri Daniel Svigli və Qari Lyupyan 20 müxtəlif insana supermarketdə hər hansı məhsulu tapmaq kimi bir tapşırıq veriblər, məsələn, süd və ya alma. Təcrübənin birinci mərhələsində iştirakçılar səssiz halda həmin məhsulu axtarmalı idi. İkinci mərhələdə isə axtardıqları məhsulun adını möhkəmdən səsləndirməli idilər. Gözlənildiyi kimi, ikinci mərhələdə onlar axtarılanı daha tez tapıblar...

"Live Science" elmi jurnalı bu halı onunla izah edir ki, ucadan, yüksək səslə danışmaq, hətta öz-özünlə də, beynin yaddaşa məsul olan hissələrinin daha aktiv çalışmasına səbəb olur və bu da nəzərəçarpan effekt verir.

Lyupyanın fikrincə isə əgər obyektin necə göründüyünü bilirsinizsə, o zaman özünüzlə söhbət onu tapmaqda sizə yardımçı olacaq. Məsələn, siz bananın sarı və uzunsov formalı olduğunu bilirsiniz. Belə ki, ucadan "banan" dedikdə beyin öz vizual xüsusiyyətlərini aktivləşdirir ki, sizə onu tapmaqda kömək olsun.  Və bu da "işə yarayır".

Öz-özü ilə danışan uşaqlar daha tez inkişaf edirlər

Bəzi elmi məlumatlar göstərir ki, uşaqlıq dövründə öz-özü ilə danışan uşaqlar daha tez inkişaf edirlər. Onlar digərlərindən əvvəl öz ayaqqabılarının bağlarını bağlayır, məktəbdə çox yaxşı oxuyur, daha çox söz bilir və hecaların köməyi olmadan sərbəst oxumağı daha tez öyrənirlər.

Nəzərə alsaq ki, uşaqlar böyükləri dinləyərək və onları təqlid edərək danışmağı öyrənirlər, onda onların özü ilə danışmaq vərdişini valideynlərindən götürdüyünü söyləmək olar. Bu səbəbdən də ailədə və uşaqlarınızın yanında özünüzlə danışmağa utanmaya bilərsiniz.

Öz-özünlə söhbət fikri cəmləməyə yardımçı olur

Əgər fikirlər dağınıqdırsa və onların cəmlənməsinə ehtiyac varsa, buna nail olmaq üçün ən sadə üsul düşündüklərinin yüksək səslə, ucadan deyilməsidir.

Buna əlavə olaraq psixoloqlar bilirlər ki, ucadan dilə gətirilən suallar əsəbləri sakitləşdirir. Buna görə də əgər sizi nəsə narahat edirsə, bunu ucadan dilə gətirin. Bu rahatlamanızı təmin edəcək.

Psixoloq Linda Sepedin iddia edir ki, problemlərin ucadan dilə gətirilməsi həmçinin ciddi və çətin qərarın qəbul olunmasında da yardımçı ola bilər.

Öz-özünlə danışmaq sizə qarşınıza qoyduğunuz məqsədlərə çatmaqda da kömək edə bilər.

Həyata keçirəcəyiniz işlərin siyahısını tutmaq və birbaşa onların reallaşdırılmasına çalışmaq çox yorucudur. Ancaq siz onları ucadan səsləndirsəniz, bu həmin işlərin reallaşdırılmasına öz təsirini göstərəcək. Beləliklə də hər addım daha asan və qısamüddətli görünəcək.

Sepedin bunu belə izah edir ki, siz öz məqsədləriniz haqqında ucadan danışdıqda diqqətinizin cəmlənməsi daha asan olur. Üstəlik, siz öz niyyətinizi sözlərlə daha da möhkəmləndirir və emosiyalarınızı idarə edirsiniz. Beləliklə də beynin bu məqsədlərdən yayınması çətin olur.

Beləliklə, özünüzlə danışmaqdan çəkinməyin, daxili səsinizi dinləyin... Təklikdə qaldıqda özü ilə danışmağı xoşlayanlar çoxlarına qeyri-normal görünsə də, əslində əksəriyyətdən ağıllı və effektiv insanlar olurlar. Onlar öz daxili səslərinə qulaq asmaq üçün sərf etdikləri zamana təəssüflənmir və adətən müsbət nəticə də əldə edirlər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri