Qorxuram ki, aktyorları da süni intellektlə əvəz etsinlər
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Həmidə Ömərova plastik əməliyyat etdirən aktrisalara səslənib.
Axşam.az xəbər verir ki, aktrisa "MTV"-yə açıqlamasında sənət adamının plastik əməliyyatla gündəmdə qalmayacağını deyib:
"Rol tələb edirsə, estetik əməliyyat etmək olar. Kimsə bu cür gündəmə gəlmək istəyirsə, gündəmdə çox qalmır. Kiminsə qüsuru varsa, estetik əməliyyatla düzəldir. İstedadlı aktrisa bununla yadda qalmaq istəməz. Az, çox peşəkar sənətkar bilir ki, bununla gündəmdə qala bilməzsən. Obrazla, maraqlı rolla yadda qala bilərsən".
Aktrisa süni intellektlə hazırlanan videolardan danışıb:
"Aktyoru süni intellektlə əvəz edirlər, rolu canlandırırlar. Qorxuram, gələcəkdə aktyor peşəsi də arxa plana keçsin. Onu süni intellektlə əvəz etsinlər. Böyük bir problemdir. Təkcə bizim yox, bu, bütün peşələrə aiddir".
Baxış sayı:100
Bu xəbər 19 Fevral 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















