Icma.az
close
up
RU
Qospodin Əhməd bəy rusdur, şiədir... Ağaoğlu ittihamlar qarşısında

Qospodin Əhməd bəy rusdur, şiədir... Ağaoğlu ittihamlar qarşısında

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Dilqəm Əhmədin "İttihamlar qarşısında Ağaoğlu" adlı yazısını təqdim edir.

"Qospodin Ağayev", "Agayef", "Ağayev rusdur", "Şiədir..."

Malta sürgünündən azad olub, Türkiyə Cümhuriyyətinin quruluşunda iştirak edən Əhməd bəy Ağaoğlu, demək olar ki, vəfatına qədər bu səpkili ittihamlara məruz qalıb. Qısqanclıqdan doğan bu hücumlara qarşı Ağaoğlu bir sıra hallarda sərt şəkildə cavablar verib, bəzi hallarda isə ona "ustad" deyən şəxslər sinələrini irəli verərək müdafiə ediblər. Cəlal Nuri bəyin "Ağaoğlu adlı şəxs rusdur" ifadəsinə qarşı Əhməd bəyin "Son Posta" qəzetində yazdığı məqalə olduqca ibrətamizdir və onun bu kimi polemikalarda necə cəsur davrandığını göstərir. Sitat: "Mən Ağaoğlu Əhməd, anamın və atamın, bütün əcdadımın damarlarında Türk qanından başqa heç bir qarışığı olmayan qarabağlı bir türkəm".

Fazil Əhməd bəylə münaqişə

Türkiyənin "Vakit" qəzetinin 19 noyabr 1930-cu il tarixli sayındakı xəbərə görə TBMM dəhlizində millət vəkili Fazıl Əhməd bəylə Ağaoğlu arasında münaqişə baş verib, nəticədə ağır həqarətlər söylənilib. Ağaoğlunun ifadəsinə görə Fazil Əhməd bəy ona bu şəkildə ağır ifadə istifadə edib: "Bu məmləkətdə sənə edilən hörmət bir sədəqə qabilindəndir. Bunu sui-istimal etməyinə müsaidə etmərik". Buna qarşılıq olaraq Əhməd bəy ona belə cavab verib: "Sən kimsən ki, sənin kimilərin hörmətindən müstəğniyəm [ehtiyacım yoxdur], çəkil burdan".
Həmin gün çıxan "Milliyet" qəzeti isə Ağaoğlunun bu ifadələrini də dərc edib: "Mən burada - Ankarada, çamurlar içərisində məmləkətin iztirabı ilə qəlbim müəllim olaraq çalışdığım zaman sən Əli Kamalın yanında çalışırdın, hər şey hazırlandıqdan sonra gəlib burada bizlərə hörmət-filan sözləri söyləyirsən".

Mustafa Kamal paşanın başlatdığı milli mücadiləyə qarşı olan Əli Kamalın adamı olmaqda suçlanan Fazil Əhməd bəy bu cavabdan hirslənərək, "Milliyet" qəzetinin 25 noyabr 1930-cu il tarixli sayında Əhməd bəyə sərt şəkildə açıq məktub ünvanlayıb. O, Əhməd bəyi iftira atmaqda günahlandırıb və bu ağır cümlələri istifadə edib: "Siz türk vətəninin yerlisi olmadığınız üçün bizim milli incəlik və kübarlığımıza da yad qalmış ola bilərsiniz. Ancaq içində sığındığınız bu torpağın haqqınızdakı atıfətinə [şəfqətinə] hörmət edərək vətəndaşlara yalan və şənaət [xəbislik] çirkabı atmaq nankorluğundan çəkinəcək qədər olsun nəzakət göstərin. Mən ruh və xilqət qardaşınız Əli Kamal bəylə bir tək dəqiqə belə çalışmadım. Hətta Əli Kamal bəy maarifdə təklif etdiyi vəzifələri qəbul etmədiyim, qəzetinə yazı yazmadığım və özünü həcv etdiyim üçün mənə küsmüşdü.... Təkrar edirəm, siz bu torpağın bağrından çıxmadığınız üçün atalarımızın yurdumuza bəxş etdiyi milli və tarixi nəcabət mirasından hissə almamış ola bilərsiniz... İçində bu qədər il qalmış olmağınıza rəğmən əsl mahiyyətindən Türk vətəninin bir xüsusiyyəti daha vardır. Bunu da sizə yenə bəndəniz öyrətsin: Ən göstərişsiz və gurultusuz mənşədən dəxi gəlmiş olsa, Türkiyənin hər öz övladı Ağaoğlu deyil, əfəndi çocuğudur".

Fazil Əhməd bəyin Ağaoğlunun mövcud Türkiyə Cümhuriyyəti torpaqlarına kənardan gəlməsini yazması, onu yad hesab etməsi bədxahlarının ən birinci əl atdıqları yol olub. Təəssüf ki, Ağaoğlu bu "sığıntı" məsələsini sonradan ən ali rəhbərdən - birbaşa Atatürkün özündən eşidəcəkdi. Elə o an öyrənəcəkdik ki, indiyə qədər bu mövzuda edilən ittihamlar onu qəlbən yaralamamışdı, amma paşa həzrətlərinin söyləməsi onun üçün ən ağır hadisə olmuşdu.

Atatürkün əmri ilə qurulan Sərbəst Cümhuriyyət Firqəsində onun göstərişi ilə yer alan Ağaoğlunun bu müxlifət macərasından sonra ittihamların mərkəzinə gəlməsi təbii idi. Çünki SCF-nin ləğvi ilə Ağaoğluna qarşı olan qüvvələr səfərbər olmuş, firqənin sədri Əli Fəthi bəylə birgə mətbuatda xeyli karikaturası da çəkilmişdi.

Fəqət siyasət və döyüş meydanında heç vaxt geriyə çəkilməyən Ağaoğlu qarşısında həm elmi, həm də siyasi fəaliyyəti yetərsiz qalanlar onun kənardan - Rusiyadan gəldiyinə dair davamlı işarələr ediblər. Hətta uzun illər sonra oğlu Səməd bəy siyasətdə uğur qazandığı dövrdə Falih Rıfkı Atay kimi şəxslər ona qarşı hücum edən zaman atası haqqında bu ittihamları yenidən qəzet səhifələrinə daşımışdılar. Eyni səpkili hücumlara məruz qalan Əli bəy Hüseynzadə də bu qədəri yaşamış, istər İstiqlal məhkəməsində, istərsə də digər dönəmlərdə bu ittihamlara sinə gərməli olmuşdu.


Malatyadan ucalan etiraz

Fazil Əhməd bəyin Ağaoğluna qarşı bu ittihamları heç də birmənalı qarşılanmamışdı. Əhməd bəyin türklük və Türkiyə uğrunda gördüyü işləri bilən şəxslər kifayət qədər idi. Digər tərəfdən, Türkiyə Cümhuriyyətinin qurulmasında və inkişafında Yusuf Akçura, Sədri Məqsudi Arsal kimi misaqi-milli xəritəsinin kənarından gələn şəxslər də yer almışdılar. Nəzərə alaq ki, Ağaoğlu Malta sürgünündən qayıtdıqdan sonra İrşad Heyətində yer almış, milli mücadiləni izah etmək üçün Trabzona qədər getmiş, orada mühüm konfranslar vermişdi. Atatürk onu mətbuat və istixbarat müdiri təyin etmiş, güvənmişdi. Digər tərəfdən, Türk Ocağının qurulmasında bilavasitə iştirak etdiyi üçün ocaqçılar onun yazılarına, gördüyü işlərə yetəri qədər aşina idilər. Buna görədir ki, Fazil Əhməd bəyin məktubunda yazdıqlarına ucalan etiraz da elə Türk Ocağından gəlmişdi.

Malatya Türk Ocağının ümumi katibi H. Hulki bəy "Akşam" qəzetinə məktub göndərərək Ağaoğlunu müdafiə edib, Fazil Əhməd bəyi sərt şəkildə tənqid edib. Qəzetin 7 dekabr 1930-cu il tarixli sayında dərc olunan məktubunda Hulki bəy yazırdı:

"...Fazil Əhməd bəy Ağaoğlu Əhməd bəyi yad bir məmləkətdən gəlmiş və Türkiyəyə sığınmış igrəti [müvəqqəti, sonradan əlavə] bir adam kimi görür. Bu görüş mənim və mənim kimi düşünən yüzlərlə, minlərlə ocaqlının qənaətinə əsla və əsla uymayan bir şeydir. Siyasi hüdudları bir millətin iki parçasını bir-birindən tamamilə ayıran bir mahiyyətdə görür... Halbuki eyni tarixdən gələn, ana dili olan türkcə danışan, tamamilə özünü türk sayan bir fərdin onun və bizim ixtiyarımızın xaricində bir qrup səbəblərlə başqa hökumətlərin idarəçiliyi altında qalması onu bizə yad göstərməyə kifayət etməz. Dünyanın harasında olursa-olsun, hər hansı bir türkü biz türk olaraq tanıyırıq və onların səadətini, fəlakətini mənimsəməkdən bizi mən edəcək heç bir qüvvət tanımırıq. Ağaoğlu Əhməd bəy kimi Türk dünyasının müxtəlif köşələrindən ana vətənin azad bayrağı altına gələn hər hansı bir türk, mənşəyi istər Misir, istər Qafqaz, istər Çin və ya Əfqanıstan olsun, o, bizim nəzərimizdə ana vətənə gələn, öz yurduna qayıdan bir türkdür. Bizim indiyə qədər milliyyət haqqında bütün mütəfəkkirlərimizdən və alimlərimizdən aldığımız tərbiyə və təlqin Fazil Əhməd bəyin qənaətilə tam bir təzad halındadır. Ağaoğlu Əhməd bəy kimi Qafqazda çarlıq idarəçiliyində başlayaraq bu günə gəlincəyə qədər qəzetçi, müəllim, müdərris, məbus, daima türk milləti və türk milliyyəti üçün çalışmış bir adamı Türk torpağı üzərində bir sığıntı vəziyyətində görmək ciddən hər kəsdən daha çox elm və sənət adamlarımıza yaraşmayan yanlış bir düşüncədir".

Azərbaycan türkcəsi məsələsi

Əhməd bəy haqqında yazılan xatirələrdə müzakirələr zamanı, hətta dərslərində də onun Azərbaycandakı türkcədə danışdığı yazılır. Bu fərqlilik daha çox müsbət anlamda işlədilib, nadir hallarda bu məsələ əleyhinə hal kimi istifadə edilib. Lakin Fazil Əhməd bəylə münaqişədə bu məsələ də qabardılıb. Ona görə də Hulki bəy geniş məktubunda bu mövzuya da toxunub: "Bu vəsilə ilə ərz edim ki, istər Fazil Əhməd bəyin qələmində, istərsə də digər bir çox mühərrirlərimizdə azəri ləhcəsini bir yadlıq fəriqəsi [ayıran] kimi göstərmək istəyən mütaliələrə də təsadüf edirik. Halbuki Anadolunun qos-qoca bir parçası azəri ləhcəsi ilə danışır. Bağdadın yetişdirdiyi Füzuli azəri şivəsiylə danışdığı və yazdığı kimi Ərzurum başda olmaqla Şərq vilayətlərimizin bir çoxu indi də azəri şivəsiylə görüşməkdədir. Nə qəribədir ki, ocaqlının çox məhəbbətlə, çox zövqlə dinlədiyi azəri ləhcəsi hətta Fazil Əhməd bəy kimi ustadlarımıza da yad və soyuq gəlir..."

Nəhayət, Hulki bəy Fazil Əhməd bəyi öz "silahı" ilə vurur, onun şəcərəsi ilə bağlı özünün yazdıqlarını xatırladır: "...Fazil Əhməd bəy bir misrasında deyir ki, "Atam tatar, anam çərkəz, demək xalis mələzəm..." Bunu söyləyən zat tatar bir atadan və çərkəz bir anadan olmaqla son iddiasına görə Ağaoğlu Əhməd bəyə "sən yadsan" deyəcək vəziyyətdə olmamalıdır... Bizim nəzərimizdə Ağaoğlu Əhməd bəy nə qədər öz vətənindədirsə, Fazil Əhməd bəy də öz vətənindədir".

Ağaoğlu adı

Fazil Əhməd bəy məktubunda Əhməd bəyin soyadına da qəribə fikirlər ifadə etmişdi. Ona görə də Hulki bəy bu məsələyə də toxunub, maraqlı izahlar verib: "Bir də Fazil Əhməd bəyin məktubunun sonunda "Türkiyənin hər öz övladı Ağa oğlu deyil, əfəndi çocuğudur" deyir. Bu cümləni oxuduğum vaxt necə bir heyrət və təəssürə düşdüyümü ifadə etməyə acizəm. "Ağa" təbiri Türk dünyasında və bilxassə Anadoluda bir əsalət ifadəsidir. Türk ailəsində kiçik qardaş böyüyünə "ağabəy" deyir. Bütün böyüklərə "ağamız" deyərlər. Hindistanın - orada türklüyün uzun müddətdən bəri zavalına rəğmən - hələ də "Ağa" adını daşıyan məruf şəxsiyyətləri vardır. Ağa xan kimi. "Ağa" o ünvandır ki, hətta "xan"ın başında gəldiyi vaxt ona böyüklük verir. Anadolunun hər tərəfində, məsələn, Adanadakı Ağazadələr kimi, Ağa ünvanı daşıyan əski ailələrə, xanədanlara təsadüf olunur. Hətta Yeniçəri ocağının ən böyük adamı Yeniçəri ağasıdır. Möhtərəm ustadımdan utanmasam, misalları daha da uzada bilərəm. Fəqət bu qədəri kafidir".

Hulki bəy məktub məqaləsinin sonunu bu cümlələrlə bitirib: "Ağaoğlu Əhməd bəyi bu və ya digər vəsilə ilə sevməyənlərə təsadüf oluna bilər. Biz onu türk milliyyətçiliyinə ifa etdiyi xidmətlər dolayısı ilə minnətdarlıq hissi ilə sevərik və onu bir ağamız, bir rəhbərimiz sayarıq..."

Hulki bəyin bu yazısı bir daha onu göstərir ki, quruluşunda Əhməd bəyin də bilavasitə iştirak etdiyi Türk Ocağı yetişdirdiyi şəxslərlə birgə Türk dünyasını özündə birləşdirən ən sağlam düşüncə mərkəzi rolunu oynayıb və indi də bu mövqeyini qorumaqdadır.

"Bu, çox xoşagəlməzdir!" - Leonardo Di Kaprionunun sevgilisindən ETİRAF Şahin Fazilin 85 illik yubileyi keçiriləcək Ən yaxşı yazılar - Həftəlik Top 10
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Aprel 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri