Icma.az
close
up
RU
Qoxular niyə bizi keçmişə aparır?

Qoxular niyə bizi keçmişə aparır?

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzi qoxuların bizi anidən uşaqlığımıza aparması sadəcə xoş bir hiss deyil, beynimizin dərinliklərində baş verən bioloji möcüzədir. Gözlənilməz anda burnumuza gələn təzə çörək qoxusu və ya köhnə ətir bizi saniyələr içində keçmişə qaytarır.
Demokrat.az xəbər verir ki, qoxu hafizəsinin bu cür sürətli və emosional işləməsinin arxasında beynimizin fərqli qurluşu dayanır.
Gördüyümüz, eşitdiyimiz və ya toxunduğumuz hər bir məlumat beyində əvvəlcə "paylama mərkəzi" sayılan talamusa daxil olur. Məlumat orada işləndikdən sonra beynin aidiyyəti hissələrinə göndərilir. Lakin qoxu duyğusu bu qaydanı pozan yeganə istisnadır. Burundan daxil olan qoxu molekulları heç bir vasitəçiyə uğramadan birbaşa beynin duyğusal mərkəzi olan amigdala və yaddaş bankı olan hipokampusa çatır.
Bu birbaşa əlaqə sayəsində qoxunu hiss etdiyimiz an ona dair duyğu və xatirələr heç bir məntiq süzgəcindən keçmədən zihnimizdə canlanır. Qoxu hafizəsi sadəcə qoxunun növünü deyil, həmin an yaşanan hissi də qeydə alır. Buna görə də uşaqlıqda bizi xoşbəxt edən bir anın qoxusunu illər sonra duyduqda həmin günün sevincini yenidən yaşayırıq.
Uşaqlıq dövrü dünyanı ilk dəfə kəşf etdiyimiz dövr olduğu üçün bu illərdə qurulan qoxu-yaddaş bağı çox daha möhkəm olur. Elm dünyasında bu vəziyyət məşhur yazıçı Marsel Prustun bir peçenyeni çaya batırıb qoxusunu alması ilə uşaqlıq xatirələrinə qayıtmasından sonra "Prust effekti" adlandırılır.
Yəni, qoxular beynimizin məntiq hissəsinə toxunmadan birbaşa hiss və yaddaş mərkəzinə keçdiyi üçün bizi anidən və dərindən keçmişə aparır.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 May 2026 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri