Icma.az
close
up
RU
Qoxular Günel Mehrinin hekayəsi

Qoxular Günel Mehrinin hekayəsi

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Günel Mehrinin "Qoxular" hekayəsini təqdim edir.

Telefonu cükküldədi. Bu nə mesaj səsi idi, nə də zəng. Təqvimdən xəbərdarlıq gəlmişdi ki, şənbə günüdür. Bir ay öncə öz əli ilə yazdığı qeydi oxudu: “Ruhumun günü!” Hələ yatağından qalxmamışdı. Yuxulu idi. Bir az da halsız. Amma bircə bu cümlə bəs etdi ki, üzünə gözlərinin içinə kimi gülümsədiyi bir təbəssüm yayılsın. Tez örtüyü üstündən atdı. Yerindən qalxıb başmaqlarını geyindi. Mışıl-mışıl yatan həyat yoldaşının üstünü örtüb barmaqlarının ucunda otaqdan çıxdı. İç səsi daxilində pıçıldayırdı: “Bu gün fərqli olacaq! Günə möhtəşəm enerjiylə başlamaq gözəldir.”

Vanna otağında suyu açdı. Suyun şırıltılı səsi onu bir neçə ay öncəyə apardı. Təxminən bir ay olardı ki, bu hamamda əlləri əsə-əsə nazik kiçik testə sidiyindən bir damcı damızdırıb nəticəni gözləmişdi. Həmin an ona elə gəlirdi ki, maye axıb dəliyi doldurana, orda da da xətlər yaranana qədər dəqiqələr deyil, illər keçdi. Gözünün qarşısında peyda olan ikinci solğun, açıq çəhrayı xəttə necə sevinmişdisə, hələ tarım olan qarnını qucaqlayıb ağlamışdı. Bu anı illərdir, gözləmişdi. Aman Allah, bətnindəki bu bapbalaca cücərti ruhunu necə isidirdi... Möcüzə idi... Elə o dönəmdən də hərəkətli olan həyat tərzində xeyli dəyişiklik baş verdi. Artıq həftənin şənbə gününü sırf özünə ayırmışdı. Həmin gün ancaq ürəyinə yatan təamları dadır, əvvəllər həyata keçirmədiyi, amma arzusunda olduğu bir işlə məşğul olur, sevdiyi insanlarla görüşürdü. Bir sözlə, ruhuna xoş gələcək hər nə varsa, edirdi. Sonra bir həftə boyunca həmin gündən aldığı enerji ona bəs idi. Bir maraqlı vərdişi də yaranmışdı bu ərəfədə. Həmin gün görəcəyi hər işi, gedəcəyi hər yeri, görüşəcəyi hər kəsi düşünüb-daşınıb öncədən bloknotunda qeyd edirdi.

Xalq artisti Amaliya Pənahovaya həsr olunmuş yubiley gecəsi keçiriləcək "Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər? İskəndəriyyə sahillərində 2 min illik "əyləncə gəmisi" aşkarlandı

Əl-üzünü qurulayıb vanna otağından çıxdı. Üstü gümüşü pulcüqlu bloknotunu açıb yalnız özünün anlayacağı qeydlərə göz atdı: südlü-darçınlı qəhvə, isti simit, kitab mağazası, gül dəstəsi. Qeydlərin sonunda da ürək formasıyla haşiyələdiyi “Günün gözəl keçsin, əzizim!” cümləsini yazmışdı. İsti qəhvəni buğlana-buğlana fincana süzəndə mətbəxi xoş bir ətir bürüdü. Qəhvəsini içdikdən sonra əhvalı bir az da yüksəlmişdi. Bu aralar qoxulara qarşı o qədər həssas idi ki. Kor adamlar dünyanı səslərlə qavradığı kimi, o da dünyanı qoxularla duyurdu. Əvvəllər adi reaksiya verdiyi qoxular indi onun üçün məşəqqətə çevrilmişdi. Biri elə həyat yoldaşından gələn spesifik kişi qoxusu. Bu qoxuya görə beyni elə zoqquldayırdı ki, az qalırdı evdən qaçsın. Ona görə də gecəli-gündüzlü əriylə gizlənqaç oynayırdı. Bir dəfə bu barədə dilucu ərinə etiraf da etmişdi. O yazıq da özəl durumundan dolayı anlayışla qarşılamış, həmin gündən əlnə keçən ətirləri, antiperisperantları bədəninin həssas yerlərinə vurmuşdu. Amma bu spesifik qoxunu heç cür ört-bas etmək mümkün olmamışdı. O gün ağlına gələn fikir də beynini lap bulandırdı. Düşünə-düşünə qalmışdı: “Görəsən, bütün kişilərin bədən qoxusu eyni cür olur?”

İdman tərzində olan rahat geyimlərini geyinib havaya çıxdı. Qarnı yumrulanandan ən boş paltarları da əyninə daralmışdı. Gərək yeni geyimlər alaydı. Payızın üşütən sərinliyinə baxmayaraq hava adama gəl-gəl deyirdi. Şəhərin mərkəzi küçələriylə bir xeyli gəzişdikdən sonra un məmulatları satılan dükana girdi. İsti bişintilərin qoxusu adamı elə küçədən bihuş edirdi. Üç simit sifariş etdi: “Biri mənim, biri onların, biri də Alim babanın.” Simit yeyə-yeyə irəlilədi. Fəvvarələr şırhaşırla işləyirdi. Ətrafda bir dəstə vəhşi göyərçin uçurdu. Öz simitini büküb çantasına qoydu. İkinci simiti xırdalayıb quşlara səpələdi. Quşlar lap yaxınından uçur, ayaqlarının altında yerə qonur, quruldaya-quruldaya qırıntıları dimdikləyirdilər. Onları izləməkdən həzz alırdı. Üst-başını çırpıb qol saatına baxdı. İndi kitabxanaya gedə bilərdi. Dar dalanlardan birinə buruldu. Balaca bir qız asfaltda təbaşirlə günəş şəkli çəkirdi: Gülən bir günəş. Yadına düşdü ki, Alim baba da ona “Günəş” deyir. O, hər dəfə bu kəliməni elə təsirli səsləndirirdi ki, həmin an günəş olduğuna inanırdı. Bütün ruhuyla əmin olurdu ki, təbəssümü ilə hər kəsə istilik paylayan bapbalaca günəşdir. Gözləri, əlləri, ayaqları olan günəş... Yeriyən, danışan, qəhqəhə çəkən, küsən, bəzən də hönkür-hönkür ağlayan günəş. Günəş də ağlayarmış... Uşaqların çəkdiyi bütün rəsmlərdə, cizgi filmlərində günəş həmişə gülürdü axı. İndiyə kimi heç yerdə ağlayan günəş təsviri görməmişdi. Ona görə də günəşin ağlamağını təsəvvür edə bilmirdi...

Kitabxanaya çatmışdı. Hər dəfə bu kandara ayaq basanda elə bilirdi, ayrı dünyaya düşür - ona doğma olan qədim bir dövrə. Nədənsə özünü başqa zamanın insanı sayırdı. Geyimi və həyat tərzi nə qədər müasir olsa da, ruhu buralı deyildi. Ona görə də tarixi kitabları, qədimi aksessuarları, əntiq əşyaları sevirdi. Axtardığı o qədim abu-hava illərdir, bu divarlar arasında dəyişmədən qalırdı. Bir də sırf bura xas olan o təkrarsız qoxu...İçəri girən kimi kitabxananın özünəməxsus qoxusu içinə doldu. Bu qoxu üçün də, kitabların arasında əyləşib eynəyinin altından gülümsəyən Alim baba üçün də burnunun ucu göynəmişdi:

- Xoş gördük, Günəş qızım.

Simitləri masaya qoyub ərklə qoca kitabcanaçını qucaqladı:

- Xoş gördük. Təzə çay var, Alim baba? Simiti indicə almışam. Hələ soyumayıb.

Alim baba başını tərpədib mətbəxə keçdi. O gələnə kimi rəflərə göz atdı. O qədər təzə kitab gəlmişdi ki. Bilmirdi, hansına baxsın. Alim baba əlindəki məcməyini kiçik masanın üstünə qoydu:

- Niyə görünmürsən? Danış görüm, necəsən, işin-gücün, yoldaşın necədir?

Gözünü məcməyiyə zillədi. İki armudu stəkan pürrəngi çay, bir də qədimi qənddan var idi:

- Hər şey axarıyla gedir elə. Sənin üçün darıxmışdım. Dedim, həm oxumağa bir-iki kitab götürüm, həm də səni görüm.

Alim baba çaydan bir qurtum alıb diqqətlə ona baxdı:

- Gülürsən, danışırsan, amma səndə nəsə dəyişib.

Əliylə saçlarını tumarladı:

- Hə, gözündən yayınmadı. Saçlarımı qısaltmışam, Alim baba.

Alim baba simitdən bir dişdəm alıb susdu. Bu pauzanı ancaq divardakı saatın çıqqıltısı pozurdu:

- Günəş qızım, gözlərin də başqa cür baxır axı... Deyirlər, qadın küsəndə birinci saçlarını kəsir. Hər kəsdən intiqamını belə alır. Sonra əlləri soyuyur, buz kimi olur. Ən sonda da gözləri yadlaşır...

Gözlərini yana qaçırtdı. Dərindən bir ah çəkdi. Alim baba həmişəki kimi quşu gözündən vurmuşdu. Qabaq-qənşər oturub bir xeyli dərdləşdilər. Kitabxanadan çıxanda əlləri dolu olsa da, çiynindən elə bil bir ton yük götürmüşdülər. Alim babanın bir az qabaq dediyi sözləri xatırladı: “Kainata ötürdüyün enerji qədərsən, Günəş. Nə ötürürsənsə, o da sənə qayıdır...”. Özünü səhər yemlədiyi göyərçinlər kimi azad hiss edirdi. Bu necə fərqli gün idi... Gəldiyi yolla geri qayıdırdı. Bayaq quşları gördüyü mərkəzi küçədə indi uşaqlar dəstə-dəstə çiçək satırdılar.

Uşaqlardan biri ona yaxınlaşdı:

- Ay gözəl, gül istəyirsən?

-Bax bunu istəyirəm. Neçəyədir?

Pulunu ödəyib çiçəkləri qoxladı. Əla rayihəsi vardı. Nə vaxtdır əlinə gül dəstəsi almırdı. Necə darıxmışdı bu ətir üçün. Skamyada əyləşmiş cütlük diqqətini çəkdi. Gənc qız güllərə baxıb başını çiyninə qoyduğu gəncə nəsə dedi. Oğlan da güllərə baxdı, baxdı və susdu. Yaxınlaşıb gül dəstəsini onlara uzatdı. İkisi də təəccüblə üzünə zilləndilər. Nəsə demələrini gözləmədən gülləri qızın qucağına qoyub iti addımlarla uzaqlaşdı. Bilirdi ki, evdə indi heç kim yoxdur. Yoldaşı ezamiyyətə yola düşməsi ilə bağlı mesaj göndərmişdi. Açarla qapını açıb içəri keçdi və yerindəcə donub qaldı. Masanın üstündə böyük bir qızılgül dəstəsi var idi. Özü də onun sevdiyi kimi – al qırmızı rəngdə... Gözlərinə inana bilmədi. Güllərin xəyal deyil, həqiqət olduğunu dəqiqləşdirmək üçün əlinə aldı. Barmaqlarını hər gülün üstündə gəzdirib heyrətlə baxdı. Beynində eyni sual təkarlanırdı: “Niyə? ” 5 illik ailə həyatları zamanı yoldaşı bir dəfə də ona çiçək bağışlamamışdı. Həmişə deyirdi ki, əlində çiçək dəstəsi gətirməyi sevmir. Bir də üç günlük ömrü olan çiçəklərə pul xərcləməyi mənasız sayır: “Yaxşı bəs onda bu qızılgüllər hardandır?” Birdən gözü masanın üstündəki kağız parçasına sataşdı. Öz xəttini tanıdı. Bu, bloknotundan qoparılmış vərəq idi: südlü-darçınlı qəhvə, isti simit, kitab mağazası, gül dəstəsi... Altındakı isə yoldaşının xətti idi: “Bu güllər sənin üçündür, əzizim...” Təsirlənmişdi. Daha çox sevindiyinimi, kövrəldiyinimi ayırd edə bilmirdi. Güllər əllərinə yaman yaraşırdı. Elə bil əlləri də sevincdən gül açmışdı... Gül dəstəsini burnuna yaxınlaşdırıb ehtiyatla qoxladı. Qızılgüllərin ətri yox idi. Dəstədən ərinin qoxusu gəlirdi. O an içində nəsə tərpəndi. İlk dəfə yaşadığı bu yad hissdən əvvəlcə vahimələndi, sonra gülümsünüb rahatlaşdı. İçəridəki qonaq qarnının qapısını döyəcləyirdi.

Xalq artisti Amaliya Pənahovaya həsr olunmuş yubiley gecəsi keçiriləcək "Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər? İskəndəriyyə sahillərində 2 min illik "əyləncə gəmisi" aşkarlandı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:292
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Dekabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri