Icma.az
close
up
RU
“Qoyunların ayağını sayıb 4 ə bölmək” islahatı KONKRET

“Qoyunların ayağını sayıb 4 ə bölmək” islahatı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Çoban oğlunu elm dalınca Bakıya göndərir. Oğlan 20 ildən sonra qayıdır və atasına deyir ki, qoyunları saymağın yeni üsulunu kəşf edib: onların ayaqlarını sayıb 4-ə bölür.

Təhsil naziri də çarəsiz şəkildə bir işə əl atıb: əmək haqqını müəllimə dərs saatlarına görə deyil, məktəbin ərazisində göründüyü müddətə görə vermək.

Çarəsizdir, çünki nəyə nail olacağını bilmir və hesab edir ki, bu təklif etdiyi islahat proqramıdır, o belə olur. Təəsüf, mərkəzi nazirliklərimizin də iqtisadi potensialı çox aşağıdır və bunu islahat proqramı adı altında yeyirlər.

Bir nazir dəyişiklik təklif edirsə, bunun:

1. Məsul olduğu sahənin (təhsilin) kəmiyyətinə ya keyfiyyətinə faydasını deməlidir.

2. Mümkün zərərləri və riskləri deməlidir:

Pilot keçirməlidir, riskləri praktikada öyrənməlidir, nəticəsini bölüşməlidir və riskə qarşı tədbirlərini

3. Məsul olduğu sahənin strategiyası ilə əlaqəsini qeyd etməlidir (yoxdur indi belə əlaqə).

4. Bunun hansı təhsil parametrlərinin hansı səbəbdən nə qədər dəyişəcəyini deməlidir: Deməlidir ki, hansı paramterlər üzrə davamlı monitorinq və məsələn 2 ildən və 5 ildən sonra qiymətləndirmə aparacaq. O qiymətləndirmə hansı suallara cavab verəcək

5. Nəticə-yönümlü maliyyələşməyə (NYM) töhfəsini qeyd etməlidir. ETN yeri gəlmişkən, NYM üçün pilot nazirlik seçilib.

6. Büdcəyə təsirini qeyd etməlidir: bu avantüra nə qədər pul yeyəcək?

Yox, o bunları demir, çünki bilmir, “təhsil onsuz da dibə gedir, bir eksperiment edək nə ola-ola” yanaşmasıdır. O, heç bilmir ki, o qədər müəllim məktəbdə harada oturub gözləyəcək.

Müəllimlərin üzərinə belə yük qoyulması lazımdırsa, dərs saatlarına proporsional belə yük də qoy və ödənişi yenə planlaşdırılması, ölçülməsi və izlənilməsi daha açıq və daha şəffaf olan dərs saatları üzərindən apar (bir saata verilən əmək haqqını artır). Qoyunların ayağını sayıb 4-ə bölmə.

Heç müəllimin boş vaxtını məktəbdə necə keçirəcəyini də bilmir. “Valideynlərlə söhbət edəcək, şagirdlərlə söhbət edəcək” nağıldır. Bu söhbətlərin iş vaxtının qalan saatlarına uyğun olması nə hesablanıb, nə də izlənməsi mümkündür. Tamam qeyri-şəffafdır, korrupsiogendir.

Bəs bu təklif əslində nə vəd edir?

1. Resursun buxovlanması səbəbindən kiçilən təhsil sektoru və azalan ÜDM.

2. Büdcəyə əlavə xərc.

3. Bu xərcin də görülən işə görə və verdiyi nəticəyə görə deyil, müəllimin keçirdiyi saata görə paylanması.

4. Təhsilə zərər: Müəllim təhsildə resursdur. Onu məktəbdə boş saxlamaq, yorub əldən salmaq ölkədə təhsilin kəmiyyətini də, keyfiyyətini də salacaq.

Haşiyə:

Görünən odur ki, məqsəd də budur: müəllimlərin vaxtlarını əlindən alıb onların başqa yerdə təhsil vermələrinə əngəl yaratmaq.
Nazir özü deməsə də, ona yaxın media məqsədin bu olduğunu ağzından qaçırır. Yəni, dövlətdən əlavə pul alıb, onu təhsili və təhsil resursunu boğmağa xərcləyəcək.

5. Biri çox işləyib az pul alacaq, digəri tərsinə. Motivasiya nəzəriyyələri ilə tanış olanlar bilir ki, bu sistem daxilində motivasiyanı dağıdan ən güclü amildir. Yəni təhsilin keyfiyyəti bir də bundan zərər görəcək.

6. Korrupsiya: Direktorlar nəzarət edəcək və müəllimin boş oturmasına görə dövlətdən alınan pulu müəllimlə böləcək.

7. Güc asimmetriyası – direktorun müəllimlər üzərində (təhsilin keyfiyyətinə aid olmayan balanssız səlahiyyət):
Müəllim biləcək ki, o gördüyü işin keyfiyyətinə görə deyil, direktorla nə dərəcədə əlbir olmasına görə qiymətləndirilir, əmək haqqı alır, boş vaxt qazanır və ümumiyyətlə iş yerini qoruya bilir. Bu özü təhsilin keyfiyyətinə ayrılıqda daha bir mənfi təsir edəcək.

8. Güc asimmetriyası – nazirin direktorlar üzərində.

Bu da yüxarıda deyilənə uyğun olaraq, məktəbin (təhsilin) keyfiyyətini salacaq.

9. Nəticə-yönümlü maliyyələşmə (NYM) prinsipinə xəyanət.

NYM tətbiq olunanda bütün şöbələr, işçilər buna səfərbər olunmalıdır və mümkün olduqca eyni prinsiplə çalışmalıdır.

Haşiyə:

ETN 3 nazirlikdən biridir, guya NYM tətbiqinə başlandığı.

2020-ci il:

NYM planlaşdırılır, Maliyyə nazirliyi TN ilə görüş keçirir, Emin Əmrullayev də iştirak edir. Həmin görüşdə ETN ortaya bir dənə nəticə-yönümlü büdcə maddəsi təqdim edə bilmədi. Təqdim etdikləri belə idi: Filan beynəlxalq tədbirə 10 nazirlik əməkdaşı qatılır, xərci filan qədər, nəticə isə 10 nəfərin tətbiqdə iştirakı. Maliyyə nazirliyi nə qədər çalışdı, izah edə bilmədi və görünür sonra təslim oldu. Belə ki…
2023-cü il:

MN və ETN görüş keçirir, NYM-in necə tətbiq olunduğunu müzakirə etmək üçün və TN təqdimatından görünür ki, o hələ də nəticə nə olduğunu bilmir və fəaliyyətlərini nəticə adı ilə sırıyır.

Qeyd: TN üçün bunun 6 dəfə təlimini aparmışam, təəssüf ki, təlim iştirakçıları bu prosesə cəlb olunmayıblar.

Elçin Rəşid
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Noyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri