Icma.az
close
up
RU
Qrenlandiyada keçirilən təlimlər Danimarkaya güc qatmayacaq, Trampa qarşı müqavimət ini artırmayacaq

Qrenlandiyada keçirilən təlimlər Danimarkaya güc qatmayacaq, Trampa qarşı müqavimət ini artırmayacaq

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

15 nəfərlik Fransa hərbi kontingenti Qrenlandiyanın paytaxtı Nuuka çatıb və bir sıra digər Avropa ölkələri də Danimarkanın rəhbərlik etdiyi kəşfiyyat təlimi olan "Arktika Gücü Əməliyyatı" çərçivəsində oraya əsgər göndərir. Fransa, İsveç, Almaniya, Böyük Britaniya və Norveç artıq təlimlərdə iştirak edəcəklərini açıqlayıblar və daha sonra Hollandiya da onlara qoşulub. Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen çərşənbə günü hazırda Qrenlandiyada təxminən 200 Amerika əsgərinin olduğunu açıqlayıb - bu, Soyuq Müharibə dövründən xeyli azdır. Adanın əhalisi təxminən 57.000 nəfərdir.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qrenlandiya ilə bağlı məsələlər getdikcə daha kəskin bir forma almaqdadır və ABŞ prezidenti, onun adminstrasiyası adanı ilhaq etməklə bağlı qərarlı olduqlarını nümayiş etdirirlər: “Bir neçə gün öncə Danimarka xarici işlər nazirinin ABŞ-da keçirdiyi görüşlər də nəticə vermədi. Bundan sonra Danimarka, o cümlədən bir sıra Avropa ölkələri “Arktika gücü” əməliyyatı adı ilə təlimlər keçirməyə qərar verdilər. Bir çox ölkələr bu təlimlərdə iştirak edirdi. Nəzərə alsaq ki, Arktikanın əslində Qrenlandiyanın Avropa ilə olan məsafəsi Amerika ilə olan məsafəsindən daha uzaqdır.

Digər tərəfdən Danimarkanın da Qrenlandiya üzərində hakimiyyəti nominal xarakter daşıyır. Burada İkinci dünya müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri məskunlaşıb. Düzdür, onların sayı azdır, amma bütün hallarda Amerikanın orada hərbi bazası var”.

Oqtay Qasımov

Oqtay Qasımov qeyd edib ki, hazırkı gərgin dönəmdə Avropa ölkələri nə qədər Danimarkaya dəstək olmağa və Trampı öz mövqeyindən döndərməyə çalışsalar da, Amerika Birləşmiş Ştatları öz qərarından vaz keçməyəcək və bu məsələ ilə bağlı bir formada tərəflər anlaşmaya gələ biləcəklər. Politoloqun fikrincə, bu da ən azı ilhaq formasında olmasa belə, Amerika Birləşmiş Ştatları faktiki olaraq ada üzərində bir formada hüquqların tanınması məsələsi gündəmə gələ bilər.

“ABŞ Avropa ilə bu məsələdə bir anlaşma ilə razılaşa bilər. Yəni anlaşmanın şərtləri bu formada ola bilər ki, ABŞ Qrenlandiyanı yenidən öz nəzarətinə götürməklə, Avropanın təhlükəsizliyinə təminat verir. Bu da olmayacağı təqdirdə, Avropa və Amerika Birləşmiş Ştatları arasında gərginlik davam edəcək”-deyən politoloq bildirib ki, Avropanın hazırki zəif durumunda onun üçün müəyyən risklər yaradır, ən azı Rusiyanın Avropaya təhdidləri də bu məsələdə Avropanı daha yumşaq mövqe tutmağa məcbur edə bilər.

Oqtay Qasımov hazırda keçirilən təlimlərlə bağlı qeyd edib ki, bu təlimlər simvolik xarakter daşıyır: “Donald Tramp ciddi şəkildə bu məsələ ilə bağlı hansısa qəti hərəkət edəcəksə, bu təlimləri Amerika Birləşmiş Ştatları tərəfindən əməliyyatların yaxud digər hərəkətlərin qarşısının alınmasına çox da böyük təsir etməyəcək: “Amerika Birləşmiş Ştatları bu məsələdə hazırki mövqeyini davam etdirəcəksə və konkret olaraq adanı nəzarətə götürməyə çalışacaqsa, Avropa ölkələrinin buna mane olacaq imkanları çox da ciddi deyil. Müqavimət ciddi olmayacaq. Amerika Birləşmiş Ştatları bunu özünün artıq milli təhlükəsizlik məsələsi elan edib. Əks təqdirdə, Rusiya və Çinin Arktikadakı fəallığı və gələcəkdə Qrenlandiya üzərində də müəyyən təsirləri olacağını əsas göstərməklə öz niyyətlərinə çatmaq istəyir. Bu səbəbdən də, hazırda bu tipli təlimlərin Danimarkanın müqavimətinə ciddi bir güc qatacağı və Trampı əngəlləmə ehtimalı yüksək deyil”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Yanvar 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri