Icma.az
close
up
RU
Qrenlandiyada “spiral kampaniyası”nın qurbanları öz hüquqları uğrunda mübarizəni davam etdirirlər

Qrenlandiyada “spiral kampaniyası”nın qurbanları öz hüquqları uğrunda mübarizəni davam etdirirlər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Stokholm, 26 aprel, Nərgiz Cəfərli, AZƏRTAC

1960-1970-ci illərdə Danimarka hakimiyyətinin təşkil etdiyi gizli kampaniyanın bir hissəsi olaraq minlərlə qrenlandiyalı qıza zorla bətndaxili spirallar implantasiya edilib. Ada ətrafında böyük bir siyasi münaqişənin fonunda zərərçəkmişlər indi ədalət uğrunda mübarizə aparır.

AZƏRTAC xəbər verir ki, 1953-cü ildə Qrenlandiya rəsmən Danimarkanın tərkibinə daxil olduqdan sonra hakimiyyət adanın müasirləşdirilməsi istiqamətində fəal siyasətə başlayıb. Praktikada bu, məcburi assimilyasiya prosesinə gətirib çıxardı: uşaqları təhsil almaq üçün Danimarkaya göndərirdilər, ailələr yeni yaşayış məntəqələrinə köçürdü, Danimarka dili və mədəniyyəti tətbiq edilirdi.

Inuit əhalisinin doğum nisbətinin sürətlə artması şəraitində Danimarka səlahiyyətliləri əhalinin artımını problem kimi qəbul etməyə başladılar. Bu problemi həll etmək üçün 1966-cı ildə “spiral” adlandırılan kampaniya başladıldı. Bu çərçivədə üç il ərzində 14-39 yaşlı qadınların yarıdan çoxu onların razılığı olmadan intrauterin spiralların qoyulmasına məruz qalmışdı.

Kampaniya sonralar öz təsirini göstərdi. 7 ildən sonra Qrenlandiyada doğuşların sayı iki dəfə azaldı. İki amerikalı demoqraf bunun dünyada doğuşun ən böyük azalması olduğunu bildirib. Qrenlandiyada olan danimarkalı həkimlər üçün bu, uğurlu hesab edilirdi və proqram davam etdirilirdi.

Bir çox qurbanlar onlara nə baş verdiyini dərk etmirdilər. Onların valideynləri isə çox vaxt həyata keçirilən tibbi prosedurlar haqqında heç nə bilmirdilər. Sui-istifadələrin miqyası yalnız 2022-ci ildə, “Danmarks Radio” araşdırması ən azı 4500 qız və qadının bu cür müdaxilələrə məruz qaldığını aşkar etdikdə aydın oldu. Qurbanlardan bəzilərinin 12 yaşı var idi. Kampaniya 1990-cı illərin əvvəllərinə qədər davam edirdi.

Zərərçəkənlər ağır fiziki və psixoloji nəticələr barədə məlumat verirdilər. Çoxları xroniki ağrılardan, sonsuzluqdan və reproduktiv orqanların zədələnməsindən əziyyət çəkirdi. Bəziləri üçün uşaq sahibi olmaq imkanı həmişəlik itirilmişdi. Qadınlar aldıqları travmalardan, uzun illər onları müşayiət edən utanc və tənhalıq hisslərindən danışırdılar.

Psixoloq Naiya Lüberta 2017-ci ildə ictimaiyyət qarşısında təcrübəsi haqqında danışandan sonra onlarla qadın öz hekayələrini paylaşmağa başladı. İctimai etirazlar sayəsində Danimarka beynəlxalq səviyyədə tənqidə məruz qaldı, Qrenlandiya siyasətçiləri isə soyqırım faktları ilə bağlı iddia irəli sürdülər. BMT də hadisələri mümkün ciddi insan hüquqları pozuntusu kimi qiymətləndirərək narahatlığını ifadə edib.

Təzminat tələbləri fonunda 143 qadın Danimarka dövlətinə qarşı kollektiv iddia qaldıraraq rəsmi üzr istəməsini və 43 milyon Danimarka kronu (6,2 milyon dollar) tələb edib. Danimarka indiyədək tələbləri təmin etməkdən imtina edib və işə Şərqi Danimarka Apellyasiya Məhkəməsində baxılacaq.

Baş nazir Mette Frederiksen hadisəni "Danimarka və Qrenlandiya tarixində qaranlıq səhifə" adlandırıb.

Zorakılığa məruz qalan qadınlar vurğulayırlar ki, onların mübarizəsi təkcə özləri üçün ədalət axtarmaq deyil, həm də gələcək nəsilləri oxşar sui-istifadələrdən qorumaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri