Icma.az
close
up
RU
Qrinvudun pokeri “Marsel”i lider etdi

Qrinvudun pokeri “Marsel”i lider etdi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Fransa çempionatının 8-ci turunda maraqlı hadisələr baş verdi.

"Football-plus.az" xəbər verir ki, turun mərkəzi oyununda “Strasbur”u qəbul edən PSJ məğlubiyyətdən çətinliklə qurtuldu. Paniçelli 49-cu dəqiqədə hesabı 1:3 edəndən sonra çoxları parislilərin mövsümdə 2-ci dəfə uduzacağını düşünməyə başladı. Ancaq Ramuş və Mayulunun qolları ilə hesab bərabərləşdi. PSJ-nin xal itkisindən yararlanan “Marsel” zirvəni ələ keçirdi. Cənublular evdə “Havr”ı darmadağın etdi. Baxmayaraq ki, ilk yarıdan sonra tabloda 1:1 hesabı “yanırdı”. Amma Qrinvudun 67-76-cı dəqiqələr aralığında vurduğu üç qol oyunun taleyini həll etdi.
Adi Hütteri baş məşqçi postunda əvəzləyən Sebastyan Pokonyoli “Monako”da işə qələbə ilə başlaya bilmədi. “Anje”nin qonağı olan “knyazlar” 72-ci dəqiqədə irəli çıxsa da, sona 4 dəqiqə qalmış Şerif hesabı bərabərləşdirdi.
Turun qalan oyunlarına gəlincə, “Paris”i qəbul edən “Lans” 2:1 hesablı qələbə sayəsində 4-cü pilləyə yüksəldi. Ona görə ki, “Lion” “Nitsa” ilə səfər oyununda məğlubiyyətlə barışdı. “Loryan” – “Brest”, “Renn” – “Oser” oyunlarında məhsuldar heç-heçə qeydə alındı. “Lill” səfərdə “Nant” üzərində inamlı qələbə qazandı. “Tuluza” isə “Mets”in qapısından 4 cavabsız top keçirdi.
8-ci tur
PSJ – Strasbur 3:3

Barkolya, 6. Ramuş, 68-p. Mayulu, 79 – Paniçelli, 26; 49. Moreyra, 41. (47000)
PSJ: Şevalye, Zair-Emeri, Zabarnı, Beraldo (Paço, 61), L.Ernandes, Mayulu (Mendeş, 90), Li Kan İn, Due (Ncantu, 61), Mbay, Ramuş, Barkolya (Kvaratsxeliya, 61).
Marsel – Havr 6:2
Qrinvud, 35-p.; 67; 72; 76. Vaj, 88. Murilyo, 90+4 – Keşta, 24. Ture, 90+2. (64869)
Marsel: De Lanqe, Pavar, Agerd, Balerdi, Emerson (Murilyo, 65), O’Rayli (Nadir, 65), Höybyerq, Qrinvud (Bakola, 80), Qomes (Vaj, 65), Payşao (Vea, 71), Obameyanq.
Anje – Monako 1:1
Şerif, 86 – Baloqan, 72. (13423)
Monako: Kön, Dyatta, Kerer, Salisu, Uattara (İdumbo, 70), Teze (Bamba, 84), Kulibali, Akliuş (İlenihena, 84), Fati (Minamino, 70), Enrike, Biret (Baloqan, 62).
Lans – Paris 2:1
Eduar, 17. Baydu, 64 – Les-Melu, 28. (33773)
Nitsa – Lion 3:2
Bar, 5. Diop, 35. Budaui, 55 – Şults, 29; 90+6. (20000)
Loryan – Brest 3:3
Le Bris, 2. Kuassi, 55. Sumano, 90 – Ebimbe, 34. Makenqo, 44-öz qapısına. Del Kastilyo, 86-p. (16607)
Renn – Oser 2:2
Embolo, 18. Fofana, 56 – Louder, 8. Sinayoko, 72-p. (27148)
Tuluza – Mets 4:0
Maqri, 2. Dennum, 8-p. Qboo, 79. Kressuell, 84. (26078)
Nant – Lill 0:2
Haraldsson, 8. İqaman, 89. (29845)
1. Marsel 8 6 0 2 21-7 18
2. PSJ 8 5 2 1 16-8 17
3. Strasbur 8 5 1 2 17-10 16
4. Lans 8 5 1 2 12-7 16
5. Lion 8 5 0 3 11-8 15
6. Lill 8 4 2 2 16-10 14
7. Monako 8 4 2 2 17-13 14
8. Tuluza 8 4 1 3 15-12 13
9. Renn 8 2 5 1 11-12 11
10. Nitsa 8 3 2 3 12-14 11
11. Paris 8 3 1 4 13-15 10
12. Brest 8 2 3 3 14-14 9
13. Loryan 8 2 2 4 12-19 8
14. Oser 8 2 1 5 7-12 7
15. Nant 8 1 3 4 5-9 6
16. Havr 8 1 3 4 10-16 6
17. Anje 8 1 3 4 4-12 6
18. Mets 8 0 2 6 5-20 2
Bombardirlər: Paniçelli (Strasbur) - 7, Qrinvud (Marsel) – 6, Fati (Monako) – 5.
Növbəti turun oyunları oktyabrın 24-26-sı aralığında keçiriləcək: Paris – Nant, Brest – PSJ, Monako – Tuluza, Lans – Marsel, Lill – Mets, Anje – Loryan, Oser – Havr, Renn – Nitsa, Lion – Strasbur.
Turun rəqəmi
1 – Qrinvud karyerasında ilk dəfə poker etdi. İndiyə qədər MY, “Xetafe” və “Marsel”in heyətində 164 oyun keçirən ingiltərəli forvardın hesabına het-trik belə yox idi. Onu da nəzərə alaq ki, zorakılıqda ittiham olunan Meyson yarım il yaşıl meydana çıxmamışdı.
Turun ulduzu
Meyson Qrinvud (Marsel) – inanılmaz forma yığan ingiltərəli hücumçu klubun tarixinə çempionat oyununda 4 qol vuran ikinci futbolçu kimi düşdü. “Marsel”in tarixində indiyə qədər bunu yalnız əfsanəvi Jan-Pyer Papen bacarmışdı, özü də iki dəfə: 1989-cu ildə “Soşo-Monbelyar” (6:1), 1991-ci ildə “Lion” (7:0) ilə oyunda.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“23 dəqiqə ərzində üç qol buraxmağımızı nə ilə izah edirəm? Rəqibin oyunçularının ustalığıyla. İlk yarının sonu bizim üçün pis alındı, əziyyət çəkdik. İkinci hissədə intensivliyi artırmaqla hesabı bərabərləşdirə bildik. Heyf, xal itirdik – qeyri-adi azarkeşlərləmiz daha artığına layiq idi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri